İrəvan özünü sürətlə alovun içinə atır - VİDEO
Bu gün Cənubi Qafqazda formalaşan siyasi mənzərədən çıxış etsək, deyə bilərik ki, Ermənistan region ölkələri ilə əlaqələri normallaşdırmağın yeganə yol olduğunu başa düşməlidir.
Lakin müşahidə olunan odur ki, rəsmi İrəvan qonşu dövlətlərlə münasibətləri nizamlamaq əvəzinə Qərbdən gələn siqnallara reaksiya verir, şirnikləşdirici vədlərdən mədət umur. Halbuki Qərbin öz maraqları naminə alətə çevirdiyi xalqların və ölkələrin aqibəti heç kimə sirr deyil.
Yaxın Şərqin, ərazilərinin bir hissəsinə nəzarəti itirən Gürcüstanın və 2 ildir ki, müharibənin caynağından xilas ola bilməyən Ukraynanın acınacaqlı durumu başda Amerika Birləşmiş Ştatları olmaqla, Qərb təsisatlarının əl işi olduğu hər kəsə məlumdur.
Əslində, heç Ermənistanın da sonrakı taleyi Birləşmiş Ştatları düşündürmür. Yəni bu ölkəni də Ukraynanın taleyi gözləyə bilər desək, yanılmarıq. Lakin İrəvanın siyasi elitası bütün bunları bildiyi halda ölkənin milli maraqlarını qorumaq əvəzinə özünü sürətlə bənzər alovun içərisinə atır.
Təbii ki, ABŞ və Fransa başda olmaqla, Qərbin əsas məqsədi Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırıb, regionda öz maraqlarını həyata keçirməkdən ibarətdir. Bu baxımdan İrəvanın fəlakətlə nəticələnəcək durumu istisna edilmir. Çünki nə Rusiya Ermənistan hakimiyyətini bağışlayacaq, nə də Qərb öz məqsədindən əl çəkəcək. Ona görə də Ermənistan yaxşı düşünməli və dövlət kimi məhv olmaq təhlükəsindən özünü xilas etməlidir.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 25 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kot-d'İvuarda sərnişin daşıyan yük maşını qəzaya uğrayıb: 14 ölü, 21 yaralı
Kot-d'İvuarın Kabaduqu bölgəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, 21 nəfər yaralanıb. bildirir ki, bu barədə ölkənin Nəqliyyat və Dəniz İşləri Nazirliyi "Facebook" səhifəsində məlumat verib. Qurumun bəyanatında qeyd olunur ki, taxıl məhsullarının daşınmas
01.02.2026 141 Rusiya hökuməti istehsalçılar üçün benzin ixracına qoyulan qadağanı ləğv edir
Rusiya hökuməti istehsal güclərinin yüklənməsinin qarşısını almaq məqsədilə neft şirkətləri üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırıb. "Report" xəbər verir ki, bu barədə "İnterfaks"a Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. "İstehsalçı olmayanlar"
01.02.2026 231 Konqoda mədən çökdü, 227 nəfər öldü
Konqo Demokratik Respublikasının (KDR) şərqində mədən çökməsi nəticəsində azı 227 nəfər həlak olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Agentliyin məlumatına görə, hadisə Rubaya şəhəri yaxınlığındakı koltan mineralının çıxarıldığı mədəndə baş verib. Qeyd olunur ki, istiliyədavaml
01.02.2026 226 Ucarda iki nəfər dəm qazından zəhərlənib
Ucarda dəm qazından zəhərlənmə hadisəsi baş verib. BİG.AZ APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında qeydə alınıb. Rayonun Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənm
01.02.2026 207 Obama həbs oluna bilər - Tramp onu günahlandırır
Son günlər sosial mediada və bəzi nəşrlərdə, o cümlədən The American Conservative jurnalında, ABŞ-ın keçmiş prezidenti Barack Obama-nın həbs olunması ilə bağlı xəbərlər yayılıb. xəbər verir ki, məqalələrdə və paylaşımlarda əsasən Donald Trampın keçmiş prezidentə qarşı ittihamlar irəli sürdüyü və həb
01.02.2026 161 Ötən il Azərbaycanda mobil operatorların gəlirləri 1,3 milyard manata yaxınlaşıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3 milyard 989 milyon manat olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, xidmətlərin 69.2 faizi əhali sektorunu əhatə edib. 2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərini
01.02.2026 228 Azərbaycanda toy qaydaları dəyişir - YENİ MODEL BELƏ OLACAQ
Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vada
01.02.2026 356 "Bloomberg": Aİ Rusiyaya qarşı 20-ci sanksiya paketində dəniz daşıma xidmətlərini qadağan edəcək
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı planlaşdırılan 20-ci sanksiya paketi çərçivəsində bu ölkənin neftinin qiymət tavanını dəniz daşıma xidmətlərinə qadağa ilə əvəz etmək imkanını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Məlumat
01.02.2026 159 Hindistan İrandan deyil, Venesueladan neft alacaq
ABŞ Prezidenti Donald Tramp Hindistanın İrandan deyil, Venesueladan neft alacağını bildirib. "Report" xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, dövlətlər arasında sövdələşmənin konsepsiyası hazırdır: "Hindistan İran əvəzin
01.02.2026 87