Azərbaycanda ən aşağı internet sürəti 25 Mbit/s olacaq - ARAŞDIRMA

Azərbaycanda ən aşağı internet sürəti 25 Mbit/s olacaq - ARAŞDIRMARəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Bölgələrdə yüksəksürətli internetin təmin edilməsi üçün görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır. Yəni gələn ildən Azərbaycan tam olaraq fiber-optikə keçəcək. Bəs fiber-optikə keçid internet məkanında nəyi dəyişəcək? Regionlarda internetin sürəti artacaqmı?

"Kaspi" qəzeti mövzu ilə bağlı sözügedən sahənin mütəxəssislərinin fikirlərini öyrənib.

Daha yüksək sürət, az gecikmə

İnformasiya Texnologiyaları əməliyyatlarının təkmilləşdirilməsi üzrə ekspert Azər Əlili bildirib ki, bu dəyişiklik internet istifadəçilərinə yeni imkanlar və daha yaxşı təcrübə vəd edir. Fiber-optik kabel texnologiyası məlumatların işıq sürəti ilə ötürülməsini təmin edir. Üstəlik, texniki problemlərə də daha az meyillidir:

"Fiber-optikin ənənəvi DSL və ya digər internet növlərindən üstün cəhətləri çoxdur. Bunlara daha yüksək sürət, məlumat ötürmə keyfiyyəti və az gecikmə müddəti daxildir. Bu texnologiya dəyişikliyi ilə Azərbaycan informasiya texnologiyaları sahəsində dünya standartlarına uyğunlaşacaq və bu, ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcək".

Müsbət təsirləri gələn illərdə hiss ediləcək

Həmsöhbətimiz bütün ölkə ərazisində fiber-optikə keçidi Azərbaycan üçün İKT sahəsində inqilabi addım adlandırır:

"İstifadəçilər bu dəyişikliklərin müsbət təsirlərini gələn illərdə hiss edəcəklər. Ötən illər ərzində dövlət və özəl internet provayderləri tərəfindən ölkənin şəbəkə və kommunikasiya infrastrukturuna böyük yatırımlar edilib. Nəticədə ən uzaq kənd və qəsəbələr belə, artıq optik internet xidməti ilə təmin edilib. Məsələn, Xınalıq kəndi və Lahıc qəsəbəsi bu yenilikdən yararlanan bölgələrdir. Yeni və sonuncu dalğa olaraq planlaşdırılan fiber-optik xətlərin çəkilməsi, ölkənin tam sürətli internet xidmətinə keçidini təmin edəcək və bu, regionumuz üçün ilklərdən biri olacaq".

Ucqar kəndlərin internet problemi həll olunacaq?

Məlumdur ki, Azərbaycanda ucqar kəndlərdə yaşayan insanlar uzun müddətdir internetin sürəti ilə bağlı problemlər yaşayırdılar. Biz xüsusilə pandemiya dövründə orada yaşayan şagirdlərin dərslərə qoşula bilmədiklərinin şahidi olurduq.
A.Əlili vurğulayır ki, fiber-optikə keçid ucqar kəndlərdə internet problemini tam aradan qaldıracaq:

"Fiber-optik GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiqi ilə bu problemin həllində mühüm addım atılır. Yüksək sürətli internet xidmətinin təqdim edilməsi həm şagirdlərin, həm də müəllimlərin təhsil prosesində işini rahatlaşdıracaq. Nəticədə ucqar kəndlərdə də təhsilin keyfiyyəti artacaq və daha rəqabətli pedaqoji mühit formalaşacaq. Azərbaycanın genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi, ölkənin qlobal İKT məkanında daha da rəqabətqabiliyyətli olmasına və vətəndaşlarının həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edən addımdır. Bu, həmçinin, e-təhsil, e-sağlamlıq və e-hökumət kimi xidmətlərin daha geniş tətbiq olunmasına imkan yaradacaq, bu da ölkənin texnoloji inkişaf yolunda irəliləməsinə kömək edəcək".

"Azərbaycanda ən aşağı sürət 25 Mbit/s olacaq"

İnformasiya texnologiyaları mütəxəssisi Elvin Abbasov da təsdiqləyir ki, gələn il Azərbaycanın ucqar kənd və rayonları 25 Mbit/s internetlə təmin olunacaq:

"Ookla" şirkəti tərəfindən təqdim edilən hesabata görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 30 Mbit/s-i keçib. Bu da o deməkdir ki, ölkədə genişzolaqlı internetin sürətində ümumilikdə 16 faiz illik artım olub. "Baktelecom"un saytında verilən məlumata görə, 2023-cü ilin 10 ayı ərzində Azərbaycanda 700 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,5 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu da ölkədəki ev təsərrüfatlarının 52%-i deməkdir. Artıq ev təsərrüfatlarının yarısından çoxunun genişzolaqlı internetə çıxış imkanı var. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi cari ilin sonuna kimi bu rəqəmin 60 faizə çatdırılmasını hədəfləyib. Gələn ilin sonuna qədər Azərbaycanda ən aşağı sürətin 25 Mbit/s olacağı proqnozlaşdırılır".

"Hava şəraiti internetin sürətinə təsir etməyəcək"

İnternetin sürətinə hava şəraitinin dəyişməsi də təsir edirdi. Mütəxəssis deyir ki, fiber-optiklə bu problemlər də aradan qaldırılacaq:

"Optik kabel texnologiyasının son trendi hesab edilən GPON ənənəvi mis kabel xətləri olmadan yüksəksürətli məlumat ötürülməsinə və hava şəraitindən asılı olmayaraq, kəsintisiz xidmət göstərilməsinə imkan yaradır. Əvvəlki texnologiyada isə yağış, külək simli xətləri deformasiyaya uğradırdı. Bu, həm torpağın, həm də suyun altından keçən dözümlü və sürətli texnologiyadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 26 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol

10:31 240
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 208
.

"Dedilər, Mehdiyev sənin yox, Sadıqovun deputat seçilməsini istəyir"

Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı uzun illər susduğu xatirələrini qələmə alıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. X. Hidayətqızı Mehdiyevlə qarşıdurmasını

15:27 215
.

Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır

Çexiyada parazit gənənin törətdiyi yoluxucu xəstəlik olan qaşınma hallarının sayı artır. Ən çox yoluxma Moraviya-Sileziya diyarında, xüsusilə Ostrava şəhərində qeydə alınır. Qaynarinfo xəbər verir ki, bu barədə Çexiyanın "iDNES.cz" nəşri məlumat yayıb. Çexiya Səhiyyə İnstitutunun məlumatın

27.10.2026 352
.

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny

10:21 250
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 293
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

10:18 196
.

Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin işdən azad olunmasına görə cərimə müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksin

14:22 220
.

Elton Conun illərdir gizli qalan vərdişi üzə çıxdı - dostu danışdı

Dünya şöhrətli müğənni Elton Con ilə uzun illər əməkdaşlıq edən söz yazarı Bernie Taupin onların gənclik illərindən maraqlı bir xatirəni bölüşüb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, Taupin Elton Conla birlikdə yaşadıqları ilk dövrlərdə baş verən qeyri-adi hadisəni danışıb. Onun sözlərin

15:04 173
.