Yumurtanın qiyməti artacaqmı? - ARAŞDIRMA

Yumurtanın qiyməti artacaqmı? - ARAŞDIRMAYaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanılacaq. Səbəb bu ölkədə yumurta qıtlığıdır ki, nəticədə quş əti və yumurtanın qiyməti bahalaşıb. Ölkədə qiymət artımının qarşısının alınması üçün idxalın artırılması tapşırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında əldə edilmiş razılaşmaya görə, Azərbaycandan Rusiyaya yumurta ixrac olunacaq. Bu yeni qərarın Azərbaycanın yumurta bazarı üçün mənfi və müsbət tərəfləri nələrdir?

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib:

Üç milyon tələbatdır, dörd milyon istehsal

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli dedi ki, hazırda bizim günlük yumurta istehsalımız 4,6-4,9 milyon ədəddir: "Onun 3,2-3,6 milyon ədədi gündəlik tələbat üçündür. Bir milyonun üzərində yumurta artıq qalır. Bu zamana qədər yumurtanı Yaxın Şərq ölkələrinə ixrac edirdik. Oktyabr ayının əvvəlinə olan məlumata görə, Yaxın Şərq ölkələrinə 40 milyon ədəddən çox süfrə yumurtası göndərmişik".

Günlük 360 min yumurta

M.Həsənli bildirdi ki, Rusiyaya ixrac üçün hazırlıqlar görülür: "Rusiya hazırda bizim beş quşçuluq müəssisəmizi reyestrdən keçirib və sənədləşdirib. Bu da o deməkdir ki, yaxın günlərdə Rusiyaya da yumurta ixrac etməyə başlayacağıq. Ehtimal edirik ki, Rusiyaya günlük 360 min ədəd civarında süfrə yumurtası göndərəcəyik. Qalan tələbatı ödəmək üçün də müəssisələrimiz böyüyür. İnkişaf etdikcə Rusiyanın tələbatının müəyyən qismini ödəyə biləcəyik".

İstehsal daha da artacaq

Sədrin fikrincə, Azərbaycan quşçuları həm Rusiyanı, həm də özümüzü süfrə yumurtası ilə təmin edə biləcəklər: "Hazırda ölkəmizin yumurtaya olan tələbatından 130 faiz çox məhsul istehsal edirik. Düşünürəm ki, yaxın altı ay müddətində istehsalımız 170 faiz olacaq. Beləliklə, bizim gündəlik artıq yumurtamız üç milyon ədəddən çox olacaq. Bu, aylıq 90-120 milyon süfrə yumurtası deməkdir".
Müsahibimizin sözlərinə görə, Rusiya ilə əldə edilən anlaşma həm müəssisələrimiz, həm də ölkəmiz üçün faydalıdır: "İstənilən halda bu addımdan gəlir əldə edəcəyik. Ölkəmiz üçün bir faydası da budur ki, yumurta sahəsində Rusiya kimi bazarımız yaranmış olur. Rusiya bazarına çıxış imkanından sonra həmin istehsal müəssisələrində işləyən işçilərin sayı da artacaq. Ölkəmizə əlavə valyuta gələcək".

Yumurtanın qiyməti qalxmayacaq

M.Həsənli qeyd etdi ki, hazırda yumurta qiymətlərinin yüksəlməsi üçün ciddi əsas yoxdur: "Düşünmürəm ki, bu addım daxili bazarda süfrə yumurtasının qiymətinin artmasına səbəb olsun. Çünki yumurtanın qiymətinin qalxması toyuğun yediyi yemdən asılıdır. Nə qədər ki, yemin qiyməti aşağı olacaq, o zamana qədər yumurta qiymətlərində artım gözlənilmir".

Yeni yaranan ixrac məhsulu

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirdi ki, quş əti və yumurta istehsalında illər üzrə artım mövcuddur: "Azərbaycanda 2022-ci ildə iki milyard ədəd süfrə yumurtası istehsal olunub. Onun təqribən 900 milyonunu sənaye üsulu ilə quşçuluq müəssisələri istehsal edib. O cümlədən, bu ilin doqquz ayı ərzində 1,7 milyard yumurta istehsalı həyata keçirilib. Onun 760 milyonu sənaye quşçuluq müəssisələri tərəfindən istehsal edilib".

F.Fikrətzadənin sözlərinə görə, süfrə yumurtası ixracımız illər üzrə müxtəlif göstəricilərə malik olub: "Məsələn, 2018-ci ildə 44 milyon ədəd yumurta ixrac etmişdik. Bu rəqəm 2019-cu ildə 35 milyon, 2022-ci ildə isə 12 milyon ədəddir. Amma nəzərə alaq ki, bu sahədə ixrac bizdə yeni yaranıb. Bu, quşçuluq müəssisələrinin potensialı hesabına baş verib".

Müsahibimiz düşünür ki, yeni anlaşmadan sonra yerli bazar üçün ciddi bir təhlükə yoxdur: "Rusiyanın quş əti idxalında bazar tələbatı artıb. Bizim müəssisələrdən bu sahədə istifadə edilməsi olduqca məqsədəuyğun addımdır. Bizim 35-45 milyonluq yumurta ixracı göstəricilərimizin bir o qədər də artırılması gözlənilir. Amma bunun daxili bazara heç bir mənfi təsiri olmayacaq. Bizdə əvvəllər də yumurta ixracı təcrübəsi mövcud idi. İxrac varsa, demək, daxili bazarın tələbatından artıq yumurta istehsal edə bilirik. Bizim quşçuluq müəssisələrinin istehsal potensialı yerli tələbatımızın ehtiyacından üstündür. Ona görə də, bu potensialdan istifadə edərək ixracı artırmağın daxili bazara hər hansı bir mənfi təsiri olmayacaq".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1270   Tarix: 09 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14.11.2026 345
.

"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər

"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin

15.11.2026 304
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14.11.2026 452
.

TikTok üçün video çəkilişi faciə ilə bitdi - Şir 19 yaşlı gənci parçaladı

Pakistanın Lahor şəhərində fermada çalışan 19 yaşlı Talha dişi şirin hücumu nəticəsində həyatını itirib. Axşam.az xəbər verir ki, hadisədən sonra gəncin ailəsinə əvvəlcə onun it hücumuna məruz qaldığı bildirilib. Lakin polis araşdırması zamanı həqiqətin fərqli olduğu üzə çıxıb. Yerli mətbuatın məlumatın

13.11.2026 550
.

2026-cı ilin ən təhlükəli 10 şəhəri açıqlandı

Beynəlxalq təşkilatlar 2026-cı ildə "bilet almadan əvvəl iki dəfə düşünməli olduğunuz" ən təhlükəli 10 şəhəri müəyyən edib. bunu xarici mediaya istinadən xəbər verir. Siyahıda elə məşhur turizm məkanları var ki, səyahət planlarınızı tamamilə dəyişmək məcburiyyətində qala bilərsiniz. Gündüzlə

14.11.2026 308
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12.11.2026 513
.

Mətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi

İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya

14.11.2026 532
.

Körpəsinin öldüyü deyilən anaya 42 il sonra oğlundan mesaj gəldi

Avstraliyada yaşayan baytar həkim Dayan Şihan 1976-cı ildə doğuşdan sonra xəstəxana əməkdaşlarının ona körpəsinin öldüyünü söylədiyini danışıb. Lakin 2018-ci ildə aldığı bir elektron poçt onun oğlunun başqa ailəyə övladlığa verildiyini və artıq nənə olduğunu üzə çıxarıb. Şihan sonradan məcburi övladlığ

17.11.2026 311
.

Ölümdən iki gün əvvəl orqanizmdə nə baş verir?

Həyatın son 48 saatında insan orqanizmi həyati funksiyalarını qorumaq qabiliyyətini tədricən itirir. Həyatın son 48 saatında insan bədəni nəzərəçarpacaq dəyişikliklərə məruz qala bilər. İnsan zəifləyir, daha çox yatır, yeməyə az maraq göstərir və nəfəs alma və qan dövranı tədricən dəyişir. Bu təzahürlə

15.11.2026 446
.