Ziya Seyidbəyli: "Atam "Makedon"a sakit oyna deyirdi, məni də məcbur etdi ki, ona möhkəm şillə vurum"
"Bu gün "Bizim Cəbiş müəllim" filminin çəkildiyi həyətə baxanda nostalji anlar yaşayıram. Həyət də dəyişilib, orada yaşayan insanlardan da yəqin ki, heç kim həyatda qalmayıb. Mən həyatda da Namiq rolu kimi sakit təbiətli idim. Makedon rolunu oynayan Aqil Ağacanov isə məndən tamamilə fərqli idi. Biz əks qütblərdə dayanırdıq. Həsən Seyidbəyli filmdə bu təzadı yaratmaq istəyirdi və buna nail oldu. Aqil Pirşağıda yaşayır, kababçıdır. Bəzən çəkilişlərdə görüşürük, indi artıq gəlmir. Çox utancaq idim. Ona şillə vurmağı mənə atam məcbur etdi. 3-4 dubl etdilər yaxşı alınmadı. Atam dedi ki, "dur vur, çəkinmə". Aqil çox enerjili idi, atam hərdən ona deyirdi ki, "sakit oyna, tələsmə".
Bunu Moderator.az-a açıqlamasında "Bizim Cəbiş müəllim" filmində Namiq rolunun ifaçısı Ziya Seyidbəyli deyib.
O daha sonra əlavə edib: "Bu gün də filmi izləyəndə kövrəlirəm. Atamın ruhunu hiss edirəm, dünyasını dəyişmiş qardaşımı, bacım Məryəmi orada görürəm. Atam bizi filmdə çəkdi ki, xatirə qalsın. Əlbəttə ki, biz aktyor deyildik. Atam heç özü də istəmirdi ki, biz aktyor olaq. Çünki bu sənət həqiqətən də çətin idi. Faktiki nə qardaşımla, nə də bacımla birlikdə səhnəm yoxdur. Onlar Şəfiqə xanımla, Süleyman Ələsgərovla bir yerdə çəkilirdi. Çünki onların övladları rolunu oynayırdılar. Atam aktyorlara sərbəstlik verirdi. Mən bilirdim ki, 1-ci və sonuncu dəfədir filmdə çəkilirəm. Heç bu gün də heç kimin mənim o rolu oynadığımı bilməyini istəmirəm. Nəyə lazımdır ki? Tanınmaq istəmirəm, adətən belə şeyləri aktyorlar xoşlayır. Mən axı aktyor deyiləm".
Z.Seyidbəyli bu gün çəkilən filmlərdən gileylənib: "O vaxt hər rejissora icazə vermirdilər ki, film çəksin. Film çəkmək istəyən rejissor bu işə hərtərəfli hazırlaşmalı idi. Ciddi nəzarət var idi. Qeyri-professional, peşəkar olmayan aktyorları filmə çəkmirdilər. Atam da buna böyük önəm verirdi. Ən çox sevdiyi aktyorlar Əliağa Ağayev, Nəsibə Zeynalova, Şəfiqə Məmmədova, Səfurə İbrahimova və s. idi. Elə aktyorlar var idi ki, tanınmış olsalar da atam onları filmə çəkmirdi. Atam xoşlayırdı ki, aktyor hərtərəfli olsun. Sırf müəyyən rolları yox, hər rolu oynaya bilsin. Bu gün tendensiya dəyişib. Yerindən duran rejissordur, film çəkir. Hamı aktyordur, peşəkarlıqdan söz də gedə bilməz. Həm də axı o illərdəki rejissorlar da həyatda yoxdur. Filmi kim çəksin? Əlbəttə ki, çəkilən filmlərin içərisində az da olsa peşəkarları var. Amma onların sayı azdır. Çox istərdim ki, bu gün Rasim Balayevdən, Xalidə Quliyevadan filmlərimizdə istifadə edilsin. Çünki peşəkar aktyorların da sayı azdır".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1702 Tarix: 17 dekabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHüquqi xidmətlər Xidmetler.az saytında
Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə
23.09.2026 823 Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ
"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"
27.09.2026 210 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 289 Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20.09.2026 261 Xidmetler.az - Bütün Xidmətlər bir saytda
XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın
20.09.2026 202 Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə
27.09.2026 250 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT
Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən
27.09.2026 164 Evakuator xidməti və daşınma xidməti
Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət
22.09.2026 2750 Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?
Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +
27.09.2026 197