Ona görə 13 kişi intihar etdi, 145 kişi aşiq oldu - Tarixin ən qəribə gözəli

Ona görə 13 kişi intihar etdi, 145 kişi aşiq oldu - Tarixin ən qəribə gözəliYoxsul bir çobanın qızı olaraq dünyaya gəlib, ömrünü Qacarlar sarayında başa vuran Anis Əl Dolehin hekayəsidir bu hekayə. Tarixin ən gözəl qadını kimi yadda qalıb, qeyri-adi görüntüsü ilə insanları heyrətləndirən qadının. Niyə qeyri-adi?

Lent.az bax bu barədə məlumat verir.

Gözəllik anlayışı dünyada hər xalq və hər dövr üçün fərqli olub. Xüsusən, Qərb və Şərqin gözəllik anlayışı çox fərqlidir. 19-cu əsrdə İran qadınlarının gözəllik standartı isə kök və bığlı qadınlar idi. Bəli, yanılmadınız, iranlı qadınlar gözəl görünmək üçün özlərinə qələmlə incə bığ çəkirdilər. Bığlı qadınlar kişiləri valeh edirdi.

Bığlı gözəllərin başında isə Anis Əl Doleh dayanırdı. Əfsanələrə görə, kişilər onun dərdindən ölürdü. Hətta saraya gətirilənə qədər ona 145 kişi aşiq olmuş, 13 kişi də onun dərdindən intihar etmişdi.
Anis Tehran yaxınlığındakı Əmmamə kəndində doğulmuş, gənc yaşlarında şah sarayına xidmətə gətirilmişdi. Sarayda gözəlliyi ilə diqqət çəkən Anis Nəsrəddin şah Qacarın diqqətindən qaçmır və şah onu öz cariyəsi elan edir. (Digər cariyələr başqa şahzadələrə verilir və ya başqa ölkələrin hökmdarlarına hədiyyə edilirdi.. Şahın gözdəsi isə toxunulmaz sayılırdı).

Nəsrəddin şah 1848-ci ildə taxta çıxıb düz 47 il hakimiyyətdə qaldı. Onun 100-dən çox xanımı var idi və bunlardan 84-ü ilə evliydi. İslahatçı şah kimi tarixdə qalmış Nəsrəddin şahın dövründə qadınlar üzü açıq şəkillər çəkdirə və qısa ətəklərdə gəzə bilirdilər.

Anis şahın 84-cü xanımı idi. Şahın sarayında xüsusi fotoqraf var idi və o tez-tez xanədan üzvlərinin şəkillərini çəkirdi. Tarixdə qalmış çoxlu sayda çirkin saray qadını şəkillərinin hamısı Anisə aid edilsə də, əslində fotolarda ayrı-ayrı qadınlar təsvir edilib.

13 kişini intihara sürüklədən Anis bığlı, qalın qaşlı qadın idi. Hərəmdə 1911-ci ildə çəkilmiş bığlı qadın rəsmlərinə baxan bir çox ekspertlər fotodakıların qadın deyil, mütrüblər-kişi aktyorlar olduqlarını desələr də, həqiqət bu idi ki, sarayda tüklü qadınlar da var idi. Bu özəllik onlara gözəllik qatırdı deyə, bir düşüncə də hökm edirdi.

Anisə aşiq olan kişilərin sayı barədə dəqiq mənbə yoxdur. Dəqiq olan bir məlumat odur ki, Anisin dövründə qadınlar özlərini ona bənzətmək üçün qaşlarının ortasını qaralayıb təkqaş olur, özlərinə zərif bığlar çəkirdilər.

13 kişinin onun dərdindən intihar etməsi, 145 nəfərin aşiq olması barədə əfsanələr isə ola bilər gombul, tüklü Anisin özü və xidmətçiləri tərəfindən uydurulmuşdu.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1747   Tarix: 24 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hüquqi xidmətlər Xidmetler.az saytında

Xidmətlər saytı -ın Hüquqi Xidmətlər bölməsində özünüzə vəkil tuta və ya işinin peşəkarı olan hüquqşünas tapa bilərsiniz!. Hər kəs düşdüyü çətin, xoşagəlməz hallarda hüquqi yardım əldə etmək istəyir. Bunun üçün yaxşı vəkil tapmaq lazım gəlir. sizə digər xidmətlərlə yanaşı, hüquqi xidmətlərdə də kömə

23.09.2026 823
.

Süni intellekt agentləri "özbaşına" hərəkət edir, saytları sındırmağa çalışır: ABŞ-də NARAHATLIQ

"OpenAI" şirkətinin süni intellekt (Sİ) agentləri nəzarətdən çıxaraq ABŞ-nin üç hökumət qurumunun - Təhsil Nazirliyinin, Ticarət Nazirliyinin və Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) veb-saytları ilə qarşılıqlı əlaqədə olub. xəbər verir ki, bu barədə "The New York Times"

27.09.2026 210
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 289
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20.09.2026 261
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

20.09.2026 202
.

Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir

İdmanın bütün faydaları əslində məşq bitən kimi ortaya çıxır. İnsan bədəni yaşlandıqca əzələlər əzələ yaradan siqnallara və zülala qarşı daha dözümlü olur. xəbər verir ki, xüsusilə 30 yaş və üzəri şəxslərdə əzələ kütləsini qorumaq, toxuma bərpasını təmin etmək və keyfiyyətli yaşlanmaq tamamilə məşqdə

27.09.2026 250
.

Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, bütün müasir yarasaların ortaq əcdadı Avropada yaşayan bir növ olub. Bu nəticə "Nature" jurnalında dərc olunan araşdırmada yer alıb. xarici KİV-ə istinadla bildirir ki, yarasaların indiyədək məlum olan ən qədim qalıqları erkən eosen dövrünə, yən

27.09.2026 164
.

Evakuator xidməti və daşınma xidməti

Avtomobil və yüklərin daşınması üçün Evakuator xidməti göstərilir. Evakuator xidmətinə həm avtomobillərin həm də yüklərin daşınması daxildir. Avtomobil istifadə edənlər bilir ki bəzən avtomobillərdə olan texniki problem və digər xoşagəlməz hadisə zamanı sizi yolda qoya bilir. Bu zaman evakuasiya xidmət

22.09.2026 2750
.

Qeyri-adi tapmaca: cavabını tapa bilərsinizmi?

Sosial mediada sadə bir artı işarəsinin tamamilə fərqli bir qaydanı gizlətdiyi bir riyazi tapmaca populyarlıq qazanır. -ın xəbərinə görə, məqsəd sağdakı rəqəmlərin necə əldə edildiyini anlamaq və sonuncu nümunənin nəticəsini müəyyən etməkdir. Şəkildə aşağıdakı tənliklər göstərilir: 6 + 3 = 15, 7 +

27.09.2026 197
.