Azərbaycanda bu sürücülər əlavə pul ödəməyəcəklər - Fevralın 1-dən

Azərbaycanda bu sürücülər əlavə pul ödəməyəcəklər - Fevralın 1-dənAzərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də qəzada iştirak edən nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır.

BAKU.WS-in məlumatına görə, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, eləcə də ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etmək üçün nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb.

Fevralın 1-dən qüvvəyə minəcək utilizasiya haqqının məbləği nə qədər olacağı maraqla gözlənilir. Artıq ekspertlər bununla bağlı ilkin fikilərini açıqlayıb və qiymətin 10-30 AZN arasında dəyişəcəyini bəyan edib. Məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyinə müraciət etdik. Nazirliyin Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, məbləğlə bağlı son sözü Nazirlər Kabineti deyəcək:

"İlk növbədə qanunvericilik aktlarında, o cümlədən "İstehsalat və məişət tullantıları haqqında", "Yol hərəkəti haqqında" qanunlarda, eləcə də İnzibati Xətalar və Gömrük məcəllələrində dəyişiklik edilib.

Utilizasiya proqramına əsasən, avtomobillərin utilizasiyası müqabilində güzəşt və birdəfəlik ödəniş nəqliyyat vasitələrinin utilizasiyası fondu hesabına həyata keçiriləcək. Bu məqsədlə, ölkə ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bu fonda utilizasiya haqqı ödəniləcək.

Utilizasiya haqqının məbləği və ödənilmə dövriliyi Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək".

Qeyd edək ki utilizasiya haqqını yalnız minik avtomobillərinin sahibləri ödəyəcəklər. Yük maşınları, avtobus və digər qeyri-minik avtomobillərinə görə utilizasiya haqqının ödənilməsi nəzərdə tutulmur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1675   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26.10.2026 363
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

13:16 205
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26.10.2026 472
.

Bələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?

Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini

12:49 186
.

"Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

11:04 168
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

14:17 134
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 332
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 246
.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

14:23 154
.