İlham Əliyevin liderliyində tarixin ən qüdrətli Azərbaycanı

İlham Əliyevin liderliyində tarixin ən qüdrətli AzərbaycanıTarixin müxtəlif dövrlərinə nəzər saldıqda xalqların və dövlətlərin taleyini, dünya siyasi arenasında yerini və rolunu müəyyən edən strateji amillər sırasında lider faktorunun həlledici olduğunu görürük.
️️Liderlik siyasi fenomen kimi...
Liderlik ayrıca siyasi fenomendir. Güclü, qətiyyətli, öz fəaliyyətində xalqının mənafeyini və dövlətinin maraqlarını əsas götürən lider milli tərəqqi və həmrəyliyin qarantı qismində çıxış edir. Bu kontekstdə çoxsaylı faktlar mövcud olsa da, Azərbaycan təcrübəsi müsbət örnək - tarixi nümunə kimi dəyərləndirilə bilər.
Xalq-lider birliyi - Azərbaycanın uğur formulu
Azərbaycanın güclü, qüdrətli və nüfuzlu dövlət kimi ardıcıl müvəffəqiyyətlər qazanması, sabitlik adası, inkişaf diyarı kimi strateji hədəflərinə çatması, beynəlxalq münasibətlər sistemində söz sahibinə çevrilməsini təmin edən əsas amil xalqın öz liderinə dəstək verməsi, liderin isə milli mənafelərə adekvat siyasət həyata keçirməsidir. Qətiyyətli lider - müdrik siyasətçi olan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir".
Məqsədyönlü siyasətin real nəticələri
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Ölkəmizin sabitlik adasına və təhlükəsizlik məkanına çevrilməsi isə həyata keçirilən səmərəli daxili və xarici siyasıtin real nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycandakı təhlükəsizlik mühitini çox yüksək qiymətləndirirlər. Xüsusilə də, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malik olmaları təqdirəlayiq hal kimi dəyərləndirilir.
Bunlarla yanaşı, milli maraqlara əsaslanan praqmatik və çoxvektorlu xarici siyasətin həyata keçirilməsi, Azərbaycanın qlobal siyasi arenada mövqeyinin möhkəmlənməsi və dünyada etibarlı tərəfdaş, nüfuzlu dövlət kimi tanınması Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində mümkün olub.
Çoxəsrlik dövlətçilik tariximizin zirvəsində...
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ərazi bütovlüyümüzün və suverenliyin tam təmin olunması, üçrəngli bayrağımızın işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanması, Azərbaycanın konstitusiya quruluşunun bərpası böyük mənəvi-siyasi əhəmiyyətə malik hadisə kimi çoxəsrlik dövlətçilik tariximizin zirvə nöqtəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Beləliklə, xalqımızın çoxillik arzusu gerçəkliyə, dövlətin strateji hədəfi reallığa çevrilir - Böyük Qayıdış prosesi uğurla həyata keçirilir.
Dünya azərbaycanlıları əmindir!
Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz strateji hədəflərini ardıcıl olaraq reallaşdırır, dövlətimizin qüdrəti mütəmadi olaraq artır. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayırlar. Xalq-iqtidar birliyi, güclü milli həmrəylik isə ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 25 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eynşteynin əlyazması hərracda gözləniləndən üç dəfə baha satıldı

Məşhur fizik Albert Eynşteynin təxminən 1929-cu ildə riyaziyyatçı həmkarına göndərdiyi, mürəkkəb riyazi hesablamalarla dolu məktub hərracda 71 811 dollara satılıb. Sənəd üçün ilkin olaraq 20 min dollar və daha yüksək məbləğ nəzərdə tutulsa da, yekun qiymət gözləntiləri xeyli üstələyib. Qaynarinfo xəbə

26.10.2026 363
.

Mirsaleh Seyidov vəzifəsindən azad olundu

Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M. Seyidov bu vəzifəni 2023-cü ildən icra edirdi

13:16 205
.

35 yaşlı qadının başına dirək aşdı: Bədbəxt hadisənin təfərrüatı - Video

Goranboy rayonunun Qarapirimli kəndində baş verən bədbəxt hadisənin təfərrüatı məlum olub. Baku TV-yə istinadən xəbər verir ki, mərhumun həyat yoldaşının sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Elektrik xəttinin bir hissəsinin yerə düşdüyünü görən ailə üzvləri xətti təmir etmək üçün elektri

26.10.2026 472
.

Bələdiyyə sənədi evə çıxarış almaq üçün kifayətdirmi?

Bələdiyyə sənədi əsasında inşa edilmiş fərdi yaşayış evinə çıxarış almaq üçün ilk növbədə torpaq sahəsinin qanuni ayrılıb-ayrılmadığı, təqdim olunan sənədlərin hüquqi qüvvəsi və evin tikinti normalarına uyğunluğu araşdırılmalıdır. İlk mərhələdə vətəndaşın əlində olan bələdiyyə qərarı, torpaq sahəsini

12:49 186
.

"Hər zaman ayıq-sayıq olmalıyıq" - Prezident

"Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları - azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir". "Qafqazinfo" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliye

11:04 168
.

Bir yarpaq artıq olsaydı, taleyimiz dəyişərdimi?

Bəzən düşünürəm də, ay kuzen… Həyat dediyin şey bizim üçün bir çobanyastığının bir yarpaq artıq olmasına bağlı idimi? Məsələn, bir yarpaq artıq olsaydı, bir-birimizi sevəcəkdikmi? Yoxsa yenə də ayrı-ayrı yollara düşəcəkdik?. Bilirsən, uşaq vaxtı çobanyastığı dərərdik axı, "Sevir, sevmir…" deyə-deyə

14:17 134
.

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksə

26.10.2026 332
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

11:59 246
.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

14:23 154
.