"Nikosayağı"nın işi niyə Ağır Cinayətlər Məhkəməsinə göndərilib? - AÇIQLAMA
Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.
Cinayət Məcəlləsinin 263-1.3 maddəsi ilə (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) ittiham olunan bloqerin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bu maddə ilə ittiham olunan şəxslərin əməli sübuta yetirilərsə, onları beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar.
Xatırladaq ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bloqerin işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmə səbəblərini açıqlayıb.
T.Abdullazdənin sözlərinə görə, cəza müddəti 12 ildən yuxarı olmayan əməllər ağır cinayətlər hesab olunur:
"Cinayət Məcəlləsinin 15.4 maddəsinə əsasən cinayətin bu məcəllə ilə qəsdən və ehiyatsızlıqdan törədilməsinə görə, azadlıqdan məhrumetmə cəzasının müddəti 12 ildən yuxarı deyilsə, ağır cinayətlər hesab olunur".
Hüquqşünas Nicat Şakirlinin cəzasının yüngülləşdirilə biləcəyini əlavə edib:
"Elə hallar ola bilər ki, cəzanı yüngülləşdirə bilər. Zərərçəkmiş şəxs və ya hüquqi varisi ilə barışıq əldə olunması, dəymiş ziyanının könüllü ödənilməsi, aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, azaldılması cəzanı yüngülləşdirən haldır.
Zərərçəkmiş şəxs həyatda olmadığı üçün Nicat Şakirli ailəsi ilə barışıq əldə etsə, dəymiş ziyanı ödəsə və bu istiqamətdə müsbət addım atılsa, cəzasını yüngülləşdirə bilər. Şəxsin özünün xəsarət alması, qolunu itirməsi, qəzanın ehtiyatsızlıqdan baş verməsi kimi məsələlərə də hakimlər tərəfindən hüquqi qiymət veriləcək. Cəza təyin olunan zaman nəzərə alınacaq. Əgər Nicat Şakirli istəyirsə, cəzası yüngülləşsin, o vəfat etmiş şəxsin qohumu ilə barışıq əldə etməli və ziyanı ödəməlidir.
Bu kimi halları nəzərə alıb, məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) rəhbər tutmaqla bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edə bilər. Nicata 5 ildən aşağı cəza verilsə, o ümumi rejimli cəzaçəkmə müəssisəsində yox, öz cəzasını məntəqə tiplidə cəzaçəkmədə cəzasını çəkə bilər".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11.10.2026 913 Bunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25.10.2026 387 Ömürlük həbs hökmünün detalları açıqlandı
Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Axşam.az xəbər verir ki, Yalova Ağır Cinayətlər Məhkəməsinin 25 səhifəlik qərarında hadisə zamanı evdə yalnı
25.10.2026 573 Talıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16.10.2026 681 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24.10.2026 303 "Sakitliyim xəbərsizliyim deyil"
"Mən hadisələri kənardan sakit və həlim baxışlarla izləməyi sevirəm. Çünki bilirəm, zaman ən gözəl cavabı verən, həqiqəti ən səssiz şəkildə üzə çıxaran hakimdir". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş sosial şəbəkədəki paylaşımında yazıb. O, bəzi həqiqətlərin zamanla üz
17.10.2026 456 Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11.10.2026 800 Halit Ergenç və Məryəm Üzərli Misirdə
Məşhur aktyorlar Halit Ergenç və Məryəm Üzərli Misirdə keçirilən "El Gouna Film Festivalı"na birgə qatılıblar. Axşam.az xəbər verir ki, aktyorlar "İmrozda bahar" filminin dünya premyerasında iştirak ediblər. Ekran işi festivalın 9-cu buraxılışı çərçivəsində təqdim olunub. Qeyd edə
21.10.2026 487 4 ildən sonra bu seriala çəkiləcək
Türkiyəli aktrisa Leyla Ferayın yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Muhtemel aşk" serialında çəkiləcək. O, layihədə "Kader" obrazını canlandıracaq. Qeyd edək ki, layihənin baş rolları Ekin Koç və Ayça Ayşin Turana həvalə olunub. Leyla sonuncu dəfə 4 il əvvə
18.10.2026 642