Yeni il gecəsi sobadan nə üçün corab asırlar? - Belə yaranıb

Yeni il gecəsi sobadan nə üçün corab asırlar? - Belə yaranıbMəlum olduğu kimi Yeni ilin başlanğıcı İsa peyğəmbərin doğum günü ilə hesablanır və xristianlar bu bayramı Milad (mövlud) adlandırırlar. Bu bayramda çoxlu maraqlı ənənələr var ki, böyük əksəriyyəti də dini əfsanələrlə öz açıqlamasını tapır.

Görəsən, Yeni il gecəsi soba başından yeni corabların asılmasının nə mənası var? Lent.az bu barədə məlumat verir.

Katolik dünyasında mehriban, şən Santa Klausun (ona bəzi ölkələrdə San Nicolaus və ya Noel deyirlər) real prototipi olub. O, Müqəddəs Nikolaydır.

Xeyirxahlığı, xeyriyyəçiliyi və sadəliyi ilə yaddaşlarda qalmış Likiya arxiyepiskopu Nikolay III- IV əsrlərin sonlarında Kiçik Asiyada (Türkiyə) Patara şəhərində yaşayıb.

Onun valideynləri varlı zadəganlar olub. Müqəddəs Nikolay ibadət yoluna qədəm qoyaraq bütün varidatını yoxsullara və kimsəsizlərə paylayıb.

Yeni ilin ilk səhəri milyonlarla uşağa sevinc bəxş edən kamin üzərində gözəl rəngli corab asmaq ənənəsi Müqəddəs Nikolayla bağlıdır.

Əfsanəyə görə, Patarada üç gözəl qızı olan bir kasıb kişi yaşayırdı. Onları ərə vermək üçün atanın pulu yox idi və ata ölümündən sonra onların başına nə gələcək deyə çox narahat idi. Çünki cehizi olmayan qızları almırdılar.

Bir gün Müqəddəs Nikolay (Nicholas) onun bu mövzuda danışdığını eşidir və ailəyə kömək etmək qərarına gəlir. Ancaq ona deyirlər ki, qoca çox qürurludur və sədəqə qəbul etməyəcək. Nikolay içi qızıl sikkələrlə dolu üç torba götürərək gecə vaxtı həmin ailənin bacasından içəri girir. Bu çantaları qoymağa yer axtararkən qızların uzun corablarının kamin üstündə asıldığını görür və qızılları corabların içinə qoyur.

Qızlar bu hadisədən sonra xoşbəxt ailə qurular və bu möcüzə barədə bütün şəhər xəbərdar olur.

Ondan sonra Müqəddəs Nikolaydan hədiyyə almaq üçün insanlar corablarını soba ətrafında asmağa başlayırlar və bu ənənə günümüzə gəlib çıxıb.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1074   Tarix: 30 dekabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.