Yadlaşan QOHUMLAR - Qonaq getmək adətimiz niyə zəifləyib?

Yadlaşan QOHUMLAR - Qonaq getmək adətimiz niyə zəifləyib?Günümüzdə yaxın qohumların, dostların evlərinə qonaq getmək adətimiz zəifləyib. Artıq çox az halda qonaq gedirik. Halbuki, çox yox, 10 il qabaq belə deyildi.

Maraqlıdır, bu adətin sıradan çıxmasına səbəb nədir?

Psixoloq Fuad Əsədov mövzu ilə bağlı Bizim.media-ya danışıb.

O qeyd edib ki, bəşəriyyətin inkişafı, varlığını sürdürməsi və rifahı hər zaman sosiallaşmanın hesabına olub:

"Yalnız sosiallaşan, qrup yaratmağı bacaran insanlar özlərini gerçəkləşdirə və yaxşı həyat yarada bilərlər. Bəs qrup necə yaradılır? İlk vaxtlarda bu, özünü tayfa və qəbilə yaratmaq şəklində göstərirdi. Daha sonra evliliklər hesabına qohumluq əlaqələri yaradıldı və birliklər formalaşdı. Hətta uzun bir dövr dövlət işlərində belə, evliliklər diplomatiyanın bir parçası idi. Son illərə qədər də qohumlarla münasibətin önəmi öz aktuallığını qoruyurdu. Gediş-gəlişin olması və qohumlarla daimi əlaqə həm sosiallaşmanın, həm də birlik yaratmağın, demək olar ki, yeganə üsulu idi.

Amma sonra sosial şəbəkələr həyatımıza daxil oldu.
İnsanlar sosial şəbəkələr vasitəsilə heç tanımadıqları şəxslərlə əyləncəli və səmərəli münasibət yaratmağa başladılar. Sosial şəbəkələr inkişaf etdikcə insanların iş həyatına da təsirsiz ötüşmədi. İnsanlar sosial şəbəkələr vasitəsilə heç bir əziyyət çəkmədən özləri üçün faydalı olan münasibətləri qura bildilər. Bu gün sosial şəbəkə vasitəsilə siz özünüzə xaricdə iş tapa, pul qazana və münasibətlər yarada bilərsiniz. Belə olduqda qohumluq əlaqələrinin davamlılığının önəmi aşağı düşməyə başlayır.

Bundan başqa, insanlar darıxdıqları qohumları ilə videogörüntülü danışa bilirlər. Yəni artıq əziyyət çəkib, qonaq getməyə ehtiyac yoxdur. İnsanlar bir telefon qədər bir-birlərinə yaxındırlar".

Ekspert vurğulayıb ki, sözügedən məsələdə kapitalist sisteminin də rolu böyükdür:

"Kapitalizm sizi məcbur edir ki, çox işləyəsiniz. Kapitalist sistemdə həyatda qalmaq üçün sizin işinizi çox düşünməyiniz lazımdır. Nəticədə qohumlarla zaman keçirməyə vaxt azalır. Burada önəmli rol oynayan məsələlərdən biri də odur ki, son 15-20 ildə dünya sürətlə dəyişməyə başlayıb. Bu, gənclərin daha çox anladığı bir dünyadır.

Əslində, həmişə belə olub. Amma tarixin heç bir dövründə iki nəsil arasındakı düşüncə fərqi bu qədər böyük olmayıb. Hal belə olduqda gənclər qohumları ilə münaqişələr yaşamağa başlayırlar. Hansı tərəfin haqlı olduğunu, əlbəttə, zaman göstərəcək. Amma fakt budur ki, tərəflər üçün birlikdə vaxt keçirmək artıq o qədər də maraqlı deyil. Qohumluq əlaqələrinin möhkəmliyinin pozulmaması üçün hər iki tərəf dövrə uyğunlaşmağa çalışmalıdır".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1183   Tarix: 03 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.