Havamızı çirkləndirən köhnə maşınlar: Onların aqibəti necə olacaq?

Havamızı çirkləndirən köhnə maşınlar: Onların aqibəti necə olacaq?Son illərdə paytaxt Bakı başda olmaqla, böyük şəhərlərimizdə havanın həddindən çox çirkli olması barədə narahatlıq mövcuddur. Bu məsələdə ən böyük pay sahibi avtomobillər, xüsusilə də istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Mövcud durum artıq müvafiq qurumları da hərəkətə gətirib. Bəs sözügedən sahədə daha hansı işlərin görülməsinə ehtiyac var?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.

Avtomobilləri sıradan çıxaran səbəblər

Ekoloq Kənan Kərimli dedi ki, nəqliyyat vasitələrinin sayı hər gün artır, xüsusən daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalırlar: "Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətdədir. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin texniki hissələrinin və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric olan qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmazlığı avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa edilməsinə mənfi təsir göstərir. Avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini normada saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir".

Bu avtomobillərə keçid tək çarədir

K.Kərimlinin fikrincə, hibrid və elektromobillərə keçid tək çarədir: "Yararsız və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa edəcək. Bununla yanaşı, tam elektrikli avtomobillərə digər nəqliyyat vasitələrində olmayan müəyyən imtiyazların verilməsi əhali arasında onlara marağın yaranmasına səbəb olar. Bu imtiyazlara dayanacaqların pulsuz olması, faizsiz kredit şərtləri ilə satış, sığorta qiymətində, texniki servis xidmətlərinin qiymətlərində endirim, enerji doldurma məntəqələrinin sayının artırılması və s. daxildir".

Bu sahədə müvafiq addımlar atılacaq

Ekoloqun sözlərinə görə, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan olması avtomobil sahiblərinin də ondan istifadəsinə zəmin yaradar: "Bu baxımdan son illərdə atılan addımlar, xüsusən avtobus hərəkəti üçün ayrılmış xüsusi zolaq bu keçidin sürətlənməsinə səbəb olub. Gələcəkdə istismara yararsız avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar atılması gözlənilir".

Yeni qərarlar veriləcək
Nəqliyyat eksperti Eldəniz Cəfər bildirdi ki, Azərbaycanda ekosistemin yaxşılaşdırılması üçün bir sıra yeni layihələr həyata keçirilib: "2022-ci ilin sonunda Yol Xəritəsi hazırlanıb. Ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük və digər rüsumlardan azad edilib. Görünür, növbəti mərhələdə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün yeni qərarlar veriləcək. Bu gün Azərbaycana idxal olunan avtomobillərin ekoloji standartı Avro-4-dür. Növbəti illərdə ölkəmizdə artıq Avro-5 standartına keçid olacaq. Yəqin ki, hazırlıqlar ona doğru gedir".

Avtomobillərin 80 faizinin yaşı 10 ildən artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimovun sözlərinə görə, ölkəmizə idxal olunan 80 faizdən çox avtomobilin istismar ili 10 ildən artıqdır. Burada 30 ildən daha çox yaşı olan avtomobillərin də payı böyükdür: "Vacib məqamlardan biri avtomobillərin mütəmadi texniki baxışdan keçirilməsi və həmin nəqliyyat vasitələrinin mövcud standartlara uyğunluğunun yoxlanılmasıdır. Avtomobilin bir sıra hissələrinin sıradan çıxması ətraf mühitə ciddi təsir göstərə bilər. Ona görə atmosfer havasına atılan çirkləndirici qazların 80 faizdən çoxu məhz nəqliyyat sektorunun üzərinə düşür. Bu da müvafiq tədbirlərin görülməsinin sürətləndirilməsini tələb edir".

Fevral ayından bu sistem işə başlayacaq

Müsahibimiz bildirdi ki, istismar müddəti bitmiş nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər qəbul olunub: "Tullantılar haqqında" qanuna xüsusi bölmə və yeni maddələr daxil edilib. Hazırda istismar müddəti bitmiş köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı müvafiq tədbirlər görülür. Fevral ayından artıq bu sistem işə başlayacaq. Ödəmələr olunması üçün fond yaradılır. Sentyabr ayından köhnəlmiş nəqliyyat vasitələri müvafiq özəl şirkətlərdən təşkil olunacaq utilizatorlara təhvil veriləcək".

Əhaliyə alternativ təklif etməliyik

F.Mütəllimov qeyd etdi ki, hazırda elektromobillərin istifadəsinin təşviqinə, köhnə nəqliyyat vasitələrinin idxalı ilə bağlı tənzimləmələrin həyata keçirilməsinə daha çox fokuslanılıb. Amma əhaliyə alternativ təklif edilməlidir: "Bu gün hər kəsin bir nəqliyyat vasitəsindən istifadəsi tıxaclara gətirib çıxarır. Lakin ictimai nəqliyyatdan istifadə üçün imkanlar daha da yaxşılaşdırılmalıdır. İctimai nəqliyyat sisteminin yaxşılaşdırılması istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən işlər görülür. Metro şəbəkəsinin genişləndirilməsi, müntəzəm marşrut xətlərinin yaxşılaşdırılması, fərdi avtomobillərdən istifadənin azaldılması, velosiped yollarının olması və digər mühərriksiz nəqliyyat vasitələrindən istifadənin artırılması ilə bağlı kompleks tədbirlərin görülməsi nəzərdə tutulur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1062   Tarix: 14 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.