"20 Yanvar şəhidləri öz mübarizlikləri ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar"-DEPUTAT

"20 Yanvar şəhidləri öz mübarizlikləri ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar"-DEPUTAT1990-cı il yanvarın 20-də baş vermiş, Azərbaycan xalqının milli yaddaşına Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 34 il ötür.
Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək, küçə və meydanlarda toplaşan dinc əhaliyə amansızcasına divan tutmuş, nəticədə yüzlərlə dinc və əliyalın insan qətlə yetirilmiş, yaralanmışdır.

"20 Yanvar qırğını Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu.

"Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə heç bir təhlükədən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ulu öndərin bu cür cəsarətli addımı xalqı da cəsarətləndirdi.
Onu da qeyd etmək lazımdır ki, yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı.
Bu gün də Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
1990-cı ilin yanvar cinayəti, qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 34 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayır. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 864   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 1
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 195
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

1
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 207
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 356
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.