32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: "Bədəni ələ gəlmirdi, insan insana bunu etməz" - FOTO

32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: "Bədəni ələ gəlmirdi, insan insana bunu etməz" - FOTO"Yoldaşım gedəndə mənə heç nə demədi. Hər ailədə söz-söhbət olur, biz də yanvarın 19-da öz aramızda bir az dalaşdıq. Sözləşdik, küsüb getdi evdən. Özü ilə pul da götürdü, dedi, bir yoldaş var, ona ev baxmağa gedirlər. Həmin gecə səhərə qədər gəlmədi, səhər qapı döyüləndə Rövşənin ölüm xəbərini gətirdilər. O gün elə bildim ki, kimsə balta ilə kürəyimdən bir zərbə vurdu. O gecə qəddim əyildi, 34 ildir, mən o gecəni unuda bilmirəm".

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 20 Yanvar şəhidi Rövşən Rüstəmovun həyat yoldaşı Ziyafət Rüstəmova deyib. 34 ildir, hər gün yoldaşı ilə küskün ayrıldıqlarını özünə bağışlaya bilməyən Ziyafət xanım həyat yoldaşından geriyə qalan üç övlad payı ilə təsəlli tapdığını deyir.

"300 manat pul götürüb, bəlkə, gəlmədim deyib, getdi"

Ziyafət xanım deyir ki, yanvarın 19-nu adi günlərdən biri kimi yaşayırdılar:

"Heç kimin ağlına da gəlməzdi ki, bir neçə saat sonra qiyamət qopacaq. Evdə hər zaman olduğu kimi, günümüzə davam edirdik. Rövşən o vaxt tikinti şirkətində işləyirdi. Elə ayın 19-u evdən pul götürdü, təxminən 300 manat civarında və getdi. Soruşanda dedi ki, bir yoldaş var, ona ev baxmağa gedirik. Sonda dedi ki, məni gözləməyin, ola bilər, gəlmədim. O bunu nə mənada deyirdi, mən hələ o gün anlamamışdım. Sən demə, haradansa nəsə eşidib, bilirmiş ki, nə isə ola bilər. Rövşən çıxdı getdi, mən də evdə uşaqlarla yenə günə həmişəki qaydada davam etdik. Yemək yedilər, oynadılar, bir də baxdım ki, axşam olub. Axşama yaxın işıqlar da söndü. Biz onda "8-ci kilometr" deyilən ərazidə, Naxçıvanski, 9 ünvanında qalırdıq. O gedəndə günorta saat iki-dörd aralığı olardı.

Özüm Hacı Zeynalabdin Tağıyev kombinatında işləyirdim. Faciədən iki-üç gün əvvəl işdən gecə növbəsindən çıxanda orada rus işçilər belə bir cümlə işlətdilər ki, az qalıb, Bakıda müharibə olacaq. Bunu rus dilində dedilər, mən də rus dilini bilmirdim. Yanımdakı qızdan soruşanda o mənə tərcüməsini dedi. O cümlə yadımdan necə çıxdısa... Rövşən gedəndə kaş onu buraxmazdım. Əlinə, ayağına düşərdim ki, evdən çıxmasın".

"Nə yatmısınız, camaatı qırırlar, oyanın..."

Şəhid xanımı yuxudan qışqırıq səslərinə oyandığını deyir:

"Heç bilmədim ki, o arvad nə üçün qışqırırdı. Ağlıma gəlməzdi ki, küçədə camaatı güllələyərlər. Rövşən də mənə zəng etməyib, amma anasıgilə xəbər verib ki, Bakıya ordu girir, biz onların qarşısını almağa çalışırıq. Anasıgil Çobanzadə küçəsi, 51 ünvanında yaşayırdılar. Rövşən, iş yoldaşları, bir də bir neçə şəhər sakini Əzizbəyov tərəfdən (hazırkı 20 saylı məktəbin yanı - red.) tankların qabağını almaq üçün mübarizə aparırmışlar. Bunu da qaynım, qayınanam bilib, amma mənə deməyiblər. Gecəni betonun üstündə Rövşəni gözlədim. Səhər saat 6 radələrində qaynım qapını döydü. Elə qapını açanda dedi ki, sakit ol, uşaqlar eşitməsinlər. O an ürəyim qırıldı, bildim ki, Rövşənə nəsə olub. Amma and içdi, dedi ki, ayaqlarından yaralanıb, 3 saylı xəstəxanaya aparmışıq. Qanım dondu, bilmədim nə edim.

Evdə də pul yox idi. Əlimdə olan qızıllarımı götürüb qaynımla getdim. Elə bildim ki, kimsə balta ilə belimdən vurdu, qəddim qırıldı. Elə bildim, xəstəxanaya gedirik, amma gördüm, qayınanamgilə gətirdi məni. Həyətə girəndə gördüm, qayınanam üzünü cıra-cıra "bala" deyib, fəryad qoparır. Mənim də o vaxt 27 yaşım var idi. Elə hadisələr görməmişdim. Mən ömrümdə silah görməmişdim. Qaçdım qayınanamın yanına ki, heç nə olmayıb, xəstəxanadadır. O ərəfədə də komendant saatı saldılar. Qaynımgil xəstəxanaya gedəndə iki rus əsgəri gəldi girdi evə, silahı tuşladılar bizə. Silahın lüləsini baldızımın sinəsinə qoyub: "İşıqları söndürün, səsinizi kəsin, yoxsa güllələyərik sizi", - dedilər. O gün ömrümüzdən ömür getdi".

"Qardaşını görənə qədər can verib, onu görüb, canını tapşırıb"

Ziyafət xanım deyir ki, küçədə müqavimət göstərənlər çoxaldıqca bu iki əsgər küçəyə çıxıb:

"O ərəfədə biz də Rövşəni gətirsinlər deyə qapını bağlamadıq. Ölümlə burun-buruna dayanmışdıq. Sonra qaynım mənə danışdı ki, o gün 3 saylı xəstəxanaya gedəndə tibb bacısı deyib ki, Rövşən Rüstəmov sanki ailə yaxınlarını gözləyirmiş. O da birinci başa düşməyib, soruşub ki, nə demək istədiniz? Tibb bacısı da deyib ki, sizi gördükdən sonra son nəfəsini verdi... O qədər qanaxma ilə heç kim sağ qalmazdı, Rövşən möhkəm dayanıb. Hamı onun həyatla mübarizə aparmasına qibtə edirdi. Qardaşını görüb, sonra dünyasını dəyişib.

Rövşəni gətirəndə çox pis vəziyyətdə idi. 32 güllə yarası hələ Həkimlərin təyin edə bildikləri idi. Qarın nahiyəsindən o qədər güllə yarası almışdı ki, bədəni tamam açılmışdı. Ətini bir yerə yığa bilmirdilər. Allah heç bir anaya, bacıya, gəlinə əzizini o halda görməyi nəsib eləməsin, çox ağırdır, qızım... İnsan-insana bunu etməz, bala. Rövşən o qədər güllə yarasına, qanaxmaya necə dözüb, bir Allah bilir. Onu evə gətirəndə iki dəfə bükmüşdülər, yenə də qan dayanmırdı. Yoldaşımın bədəni ələ gəlmirdi...

Gecə evdə saxladıq nəşini, heç yerə çıxa bilmirdik. Yoldaşımı torpağa tapşırmağa da qorxurduq ki, küçəyə kim çıxsa, vurub öldürəcəklər. Bir gündən artıq saxlaya bilməzdik, bir zülmlə götürüb apardıq Əmircan qəsəbəsinə, dəfn etdik. Amma sonra bizə dedilər ki, Rövşən şəhiddir, Şəhidlər Xiyabanında dəfn edilməlidir".

"Yaralı halda qolundan saatını, cibindən təsbehini çıxarıb, ailəmə verin deyib"

Şəhidin xanımı deyir ki, yoldaşının atışma zamanı tankın qabağına keçdiyini çox sonralar öyrənib:

"Əzizbəyov tərəfdə hamı bir-birinə dəstək olub, tankların qabağın almağa çalışırmış. Dedilər ki, Rövşən də geri çəkilməyib. Qoşunların qabağına əliyalın çıxıblar, güllələrə rəğmən, heç kim qaçmayıb. Rövşən yaralananda əynində paltosu olub. Həkim çağırıblar ki, tez gəlsin, yaralıları götürsün. Yerdə qan içində boğulsa da, həkimlə danışırmış. Əlisilahlı əsgərlər həkimin qoluna, başına qundaqla vururmuşlar ki, yaralılara kömək edə bilməsinlər. Rövşənin qanı paltoya elə hopub ki, ağırlıqdan paltonu qaldıra bilməyiblər. Yaralı halda da qolundan saatını, cibindən təsbehini çıxarıb ki, bunu ailəmə, oğluma verərsiniz. O son sözlərini eşidə bilmədik, 34 ildir, əzab çəkirik. Hər il biz o gecəni yenidən yaşayırıq. Şəhid ailələrinin tək təskinliyi bu oğulların, qardaş-bacıların unudulmamasıdır".

34 ildir tək-tənha üç övlad böyüdən Ziyafət xanımın itkisi tək Rövşən Rüstəmov olmayıb. Doğma qardaşı İslam İslamov Birinci Qarabağ müharibəsində şəhid olub. Ziyafət xanımın nişanlı olan 24 yaşlı bacısı oğlu Kənan Qafarov isə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: "Bədəni ələ gəlmirdi, insan insana bunu etməz" - FOTO32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: "Bədəni ələ gəlmirdi, insan insana bunu etməz" - FOTO32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: "Bədəni ələ gəlmirdi, insan insana bunu etməz" - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

TOP MP3