Qanlı Yanvarın həkim şahidi: "Bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər" - MÜSAHİBƏ

Qanlı Yanvarın həkim şahidi: "Bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər" - MÜSAHİBƏ"20 Yanvar faciəsi heç vaxt unudulmur. Çünki azadlıq mübarizəmizin başlandığı tarix, qürurverici qəhrəmanlıq salnaməmizdir".

Bunu Oxu.Az-a müsahibəsində Qanlı Yanvar faciəsinin şahidi olan, Təcili Tibbi Yardım Xidmətinin həkimi Yusif Musayev deyib. Müsahibəni təqdim edirik:

- Yusif bəy, 20 Yanvar faciəsini Bakıda yaşayanlardansınız.

- Bəli. 1959-cu ildə Qərbi Azərbaycanda, Zəngəzur vilayətində anadan olmuşam. Orta təhsilimi orada almışam. 1978-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldım. 1984-cü ildə oranı bitirəndən bu günə qədər Təcili Tibbi Yardım Xidmətində çalışıram. Hazırda Qaradağda 15 saylı Təcili Yardım bölməsinin müdiriyəm.

- O zaman faciə gecəsində iş başında olmusunuz? Həmin günü necə xatırlayırsınız?

- Həmin gün biz çalışırdıq. Respublikada məlum məsələlərə görə siyasi gərginlik hökm sürürdü. Yanvarın 19-da adi iş günü kimi işə gəldik. 24 saatlıq iş rejimi idi. Mitinq olacağından xəbərimiz var idi. O mitinqdə də həkim briqadası olmalı idi. Mərkəzi Komitənin binasının qarşısında mitinq olacaqdı. Bizim briqada ilə mən saat 18 radələrində orada olmalı idik. Mitinqdə iştirak edənlərin sağlamlığı ilə bağlı problem yaransa, yardım etməli idik. Bununla yanaşı, təhlükəsizliyi təmin etməli idik.

Mitinq başlayanda hava qaralmışdı. İnsanlar bir-birini görmürdülər. Yalnız səsdən tanıyırdıq. Vəziyyətin gərgin olduğu hiss edilirdi. Mitinq iştirakçıları Əbdürrəhman Vəzirovun istefasını tələb edirdilər. Bu minvalla toplanmışdılar. Çıxışlar davam edirdi. Azərbaycan radiosunun xəbərlər proqramında yazda tarla işlərinə hazırlıq, çiyid toxumlarının çeşidlənməsi ilə bağlı məlumat verilirdi. Respublikada baş verən gərginliklə bağlı məlumat verilmirdi.

Birdən xəbər çıxdı ki, ordu şəhərə girmək istəyir. Biz inanmadıq. Çünki ordunu özümüzə doğma bilirdik. Sonra mitinq iştirakçıları bizə dedilər ki, siz gedin, məlumat gətirin, sizə dəyməzlər". Onların təkidi ilə şəhərə getdik. Əvvəl sakitlik idi. Bir qədər sonra xəbər çıxdı ki, televiziyanın enerji bloku partladılıb. Hadisələr gərginləşirdi. Gecə 12-yə 10 dəqiqə qalmış Mərkəzi Komitənin binasının üzərinə qırmızı işıq saçan güllələr yağmağa başladı. Mitinq iştirakçıları arasında təşviş yarandı. Üç-dörd min adam var idi. Təkrar şəhərə getdik. Mərkəzi "103" Xidməti var idi. Oraya gedəndə qabağımızı tanklar kəsdi. Onda artıq inandıq ki, ordu bizə atəş aça bilər.

- Geri qayıtmalı oldunuz?

- Yox. Tanklar əhalinin qurduğu müdafiə sədlərini aşırırdı. Dəfələrlə bizi atəşə tutdular. Gözümüzün qabağında VAZ markalı maşının üstündən tankla keçdilər. İçərisində beş nəfər var idi. Hamısı şəhid oldu. Vətəndaşlar deyirdilər ki, sizi də vuracaqlar, ehtiyatlı olun. Qarşımızı çox kəsdilər. 39 nömrəli avtobusu gülləbaran etmişdilər. Sürücüyə yardım etməyə icazə vermədilər. Uzun saçlı, sərxoş əsgərlər qarşımızı kəsib dedilər ki, silahınızı təhvil verin. Dedim, biz həkimik, işimizi görürük. Sonra başa düşdüm ki, əsgərlərə Azərbaycan xalqının böyükdən-kiçiyə hər birinin tam silahlandığını deyiblər. Onlara belə təlimat verilib.

İndiki metronun "20 Yanvar" stansiyası yaxınlığında böyük itkilər oldu. Əhali qoruyucu vasitələrlə sədlər yaratmışdı, amma çoxunu dağıtmışdılar. Evində olanlar da güllə yarası almışdılar.

- Həmin gecə təcili yardım işçilərinin işi necə təşkil olunmuşdu? Sizə göstərişlər gəlirdimi ki, digər bir ərazidə çağırış var, oraya getmək lazımdır, yoxsa özünüz şəraitə uyğun hərəkət edirdiniz?

- Şəraitə uyğun hərəkət edirdik. Elə vəziyyət idi ki, planlı olmurdu. Heç neçə xəstəyə baxdığımızı bilmirdim. Siyahı tutmaq olmurdu. Nə yadda qalırdısa, o idi. "103" Xidməti məlumat verirdi. Təlimatlara riayət etməyə, vəzifə borcumuzu yerinə yetirməyə çalışırdıq.

Xətai rayonunda 2 saylı Təcili Yardım Bölməsi fəaliyyət göstərirdi. Biz altı briqada ilə işləyirdik. Bəzi hallarda xəstələrə gedib çata bilmirdik. Yolda saxlayırdılar. Gülləbaranda qırmızı işıq saçan güllələri fişəng bilirdik. Onlar ağırlıq mərkəzi dəyişilmiş güllələrdən istifadə edirdilər. Təsəvvür edin, qolundan aldığı güllə yarasından şəhid olanlar var idi. İstifadəsi qadağa olunan güllələr idi. Nahiyədə olan bütün orqanları sıradan çıxarırdı.
- Sizin tibb briqadanızın üzvləri arasında xəsarət alan oldumu?

- Vəzifə borcunu yerinə yetirərkən Tamella xanım sürtüb keçən güllə yarası almışdı. Maşının şüşəsindən güllə daxil olmuşdu. Bədənini sıyırıb keçmişdi. Xanım bizim məntəqədə deyildi. 3 saylıda fəaliyyət göstərirdi. Bizdə yara alan olmamışdı. Həkimlərdən Aleksandr Marxevka və Elçin Mirzəyev şəhid olublar.

- Xilasetmə zamanı marşrut seçmək imkanınız necə idi? Digər təcili yardım maşınları ilə əlaqəli işləyə bilirdinizmi?

- Çox məhdud idi. Əsas marşrut Musa Nağıyev adına Təcili Yardım Xəstəxanasına idi. Oranı mühasirəyə almışdılar. Elektrik blokunu da söndürmüşdülər. Həkimlər yaralıları şam işığında əməliyyat edirdilər. Əsgərlər xəstəxananın qarşısını kəsmişdilər. Xəstələrin girişi də məhdudlaşmışdı.

Həmin vaxt əlaqəli işləmək mümkün deyildi. Şiddətli döyüşdən betər idi. Döyüşdə, heç olmazsa, səngər bəllidir. Şəhər daxilində isə xaos idi.

- İllər keçdikcə unudulur, deyirlər. Unudulurmu?

- Unudulmur. Bir çox məqam yaddan çıxa bilər. Ağır yaradır. Bir təsəllimiz var ki, azadlıq mübarizəmizin başlandığı tarixdir. Qürurverici qəhrəmanlıq salnaməsidir.

20 Yanvardan sonra Xocalı faciəsi oldu. Faciələrin hər ikisi ağırdır. Fərq qoymuram. Həmişə kitablarda oxuyurduq. Lakin başımıza gəldi.

- Hər il bu günü necə qarşılayırsınız?

- O vaxt bir yerdə olan insanlarla görüşürük. İndi az adam qalıb. İşdə bu gün söhbətlər apardıq. Yenə acı xatirələr yada düşdü...


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 1
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 195
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

1
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 207
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 356
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.