Konservləşdirilmiş məhsullar ziyanlıdır? - ARAŞDIRMA

Konservləşdirilmiş məhsullar ziyanlıdır? - ARAŞDIRMAKonservləşdirilmiş məhsullar qida rasionumuzun ayrılmaz tərkib hissədir. Lakin bu məhsullardan istifadə zamanı zəhərlənmə və ölüm hallarına da rast gəlirik. Konservləşdirilmiş məhsullar xeyirli, ya ziyanlıdır? Daha çox nələrə diqqət etməliyik?

Müasir həyat tərzimiz qida rasionumuza da ciddi təsir göstərir. Zamana qənaət etmək üçün bir çoxlarımız qida qəbulu zamanı konservləşdirilmiş məhsullara üstünlük veririk. Meyvə, tərəvəz, həmçinin ət və balıq məhsullarını həm təbii, həm də konservləşdirilmiş formada da yeyirik. Qida məhsullarının konservləşdirilməsinin kəşfi fransız aşpazı Fransua Apperin adı ilə bağlıdır. O, bu üsulu 1809-cu ildə ixtira etsə də, qısa zamanda bütün dünyaya yayılıb.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Konservləşdirilmiş məhsullar ziyanlıdır?

Konservləşdirilmiş məhsullar haqqında fikirlər heç də birmənalı deyil. Cəmiyyətin bir hissəsi onun xeyirli, digər kəsim isə, əksinə, ziyanlı olduğunu iddia edir və qətiyyətlə bu tip qidalardan imtinaya çağırırlar. Bəs reallıq necədir? Doğrudanmı konservləşdirilmiş məhsullar ziyanlıdır? Gəlin birlikdə araşdıraq.

Dünya alimlərinin tədqiqatlarına görə, konservləşdirmə prosesi zülal, karbohidrat və yağlara heç bir mənfi təsir göstərmir və ərzağın qida maddələrinin xeyli hissəsi olduğu kimi qalır. Bundan başqa, bir çox minerallar, həmçinin A, D və E vitaminləri dağılmır. Amma konservləşdirmə prosesi çox vaxt yüksək temperatur altında həyata keçirildiyi üçün qidaların tərkibindəki ən zəruri sayılan C vitamini məhv olur. Bir çox məhsullar var ki, əksinə, konservləşdirmə zamanı tərkibindəki xeyirli maddələr artır. Məsələn, yüksək temperatur altında pomidordan daha çox antioksidant ayrılır ki, bu da həmin tərəvəzi sözügedən maddələrlə daha da zənginləşdirir. Aparılan araşdırmalara görə, təzə pomidorda 0,5 qram zülal, 3 qram karbohidrat, az miqdarda yağ olduğu halda, 100 qram konservləşdirilmiş pomidorda 1 qram zülal, 3,8 qram karbohidrat, az miqdarda yağ var.

Emal zamanı vitaminlər məhv olur

Meyvə və tərəvəzlərlə yanaşı, konservləşdirilmiş qidalar arasında ən geniş yayılmışlardan biri də balıq məhsullarıdır. Məlumdur ki, balıq xarab olmaması üçün tutulan kimi ya dondurulmalı, ya da konservləşdirilməlidir. Konservləşdirmə bəzi xeyirli elementləri (məsələn, maqnezium, kalsium, kalium, fosfor və s.) və B qrupuna aid vitaminləri saxlayır. Onlar əsəb və ürək-damar sisteminə yaxşı təsir edir. Təbii ki, termiki emal zamanı müəyyən qədər vitaminlər məhv olur. Yağlı balıq növlərində həmçinin omeqa-3 vitamini də qalır. Balıq konservlərinin bir neçə növü var: yağlı, öz şirəsində, tomat sousunda və s. Amma ən məsləhətlisi tomat sousunda olanlardır. Onların kalorisi də aşağıdır.

Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır

Həkim-infeksionist İbrahim Rufullayev deyir ki, zəhərlənmələrə əsas səbəb evdə bağlanan konserv məhsullarıdır: "Ev şəraitində konservləşdirmə sanitar rejim tam gözlənilməklə baş verməlidir. Xanımlar evdə əsasən turşular, kompotlar bağlayır. Onlar bilməlidir ki, meyvə, tərəvəz öncə yaxşı yuyulmalı, emal olunmalıdır. Daha sonra bağlanacaq bankalar da qaynadılmalı, sterilizə edilməlidir. Qaydaları gözləmədikdə kütləvi zəhərlənmələr qaçılmazdır. Bəzən həkimlər belə, bunun qarşısını ala bilmirlər. Çünki zəhərlənmənin dərəcəsi yüksək olur. Oksigen olmayan şəraitdə botulizm xəstəliyi yaranır. Yəni orada toksinlər əmələ gəlir və zəhərlənməyə səbəb olur. Konservləşdirilmiş məhsulların bağlandığı bankanı açanda diqqətli olmaq lazımdır. Əgər bankada qaz varsa, qapağı qalxmağa başlayacaq. Yaxud, açan zaman qazlı səs çıxır. Və ya dadına baxanda xoşagəlməz dad hiss edirlərsə, onu istifadə etmək olmaz. Bu, həmin məhsulun zəhərli olduğunu göstərir. Məsləhət görərdim ki, insanlar daha çox sənaye üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara üstünlük versinlər. Burada praktiki olaraq zəhərlənməyə əsas qalmır. Amma ev şəraitində hazırlanan məhsullar, əlbəttə ki, təhlükəlidir".

Ən çox zəhərlənmələr bu halda baş verir

Həkim-terapevt Məlahət Qarayeva deyir ki, konserv məhsulu alarkən üzərində saxlanma müddətinə baxmaq çox vacibdir: "Bir çox ət konservlərinin saxlanma müddəti 3 ildən 5 ilə qədərdir. Konservləşmiş məhsulları alarkən etiketdəki məlumatlar, markalanma, qabın səthində mümkün olan defektlər, pas ləkələri, məhsulun yığım ölçüsü və vəziyyətinə diqqət yetirilməlidir. Bəzən qabların daxili səthində sterilizə zamanı göy rəngli ləkələr əmələ gəlir. Bu təbəqədən qorxmaq lazım deyil. Çünki ziyansızdır. Sadəcə, konservlərin xarici görünüşünü dəyişir. Şüşə bankalarda belə hallar daha çox olur. Dəmir-sulfidin tünd rəngli təbəqəsi əmələ gəlir. Köhnə, iy gələn, vaxtı keçmiş ət və balıq konserv məhsullarından istifadə etmək qəti qadağandır və insan orqanizmində mənfi fəsadlara yol aça bilər. Belə məhsullardan zəhərlənmə zamanı ölüm faktları da qeydə alınır. Ən çox zəhərlənmələr bağlı qablardakı turşu məhsullarından istifadə zamanı baş verir. Turşuya qarışan botulotoksin zəhərlənməyə səbəb olur və bəzən ölümlə nəticələnir. Açıq turşularda belə hallar baş vermir və botulizm olmur. İnsanlar bilməlidirlər ki, turşu qoyulan balonlarda qapaq şişibsə, suyu bulanıqdırsa belə məhsulları yemək olmaz. Bu tək ev şəraitində deyil, fabrik istehsalı olan məhsullara da aiddir. Bəzən plastik qablarda qoyulan turşular da zəhərlənməyə səbəb olur. Bu, turşunun tərkibində olan maddələrin qabın tərkibində olan zəhərli maddələrlə qarışması zamanı baş verir. Hər kəsə konserv məhsullarından istifadə edərkən dadında, iyində, görünüşündə hər hansı bir şübhə əmələ gələrsə, qəti olaraq yeməməyi tövsiyə edirəm".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1282   Tarix: 20 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.