Siyasi məhbus həbsxanasına çevrilən Ermənistan - TƏHLİL

Siyasi məhbus həbsxanasına çevrilən Ermənistan - TƏHLİLHesablamalara və hesabatlara görə, bu gün Ermənistanda saxta və uydurma ittihamlarla 50-dən çox şəxs siyasi məhbus kimi həbsxanalarda yatır. Baş nazir Nikol Paşinyan siyasi gücündən, çəkisindən qorxduğu, hakimiyyətinə qarşı təhlükə saydığı şəxsləri müxtəlif bəhanələrlə həbsə göndərir. Son dövrlərdə hətta sosial şəbəkələrdə hakim partiyanı tənqid edən şəxslərin də təqib edildiyi məlumdur. Erməni müxalifəti etiraf edir ki, "Mülki müqavilə" hökuməti dövründə ölkədə siyasi məhbus sayı rekord səviyyəyə çatıb. Aparılan sorğular da işin ciddiliyindən xəbər verir. Respondentlərin 49.2 faizi Ermənistanda kifayət qədər siyasi məhbusun olduğunu bildirib. Rəyi soruşulanların 20.1 faizi isə bu suala cavab verməkdə çətinlik çəkib.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Qərbin ikili standartı

Maraqlıdır ki, insan hüquqlarını qorumaqdan dəm vuran bir sıra beynəlxalq təşkilatlar buna göz yumur, tənqidi fikir səsləndirməkdən vaz keçirlər. Bu isə, hər zaman olduğu kimi, Qərbin ikiüzlü siyasətindən xəbər verir. Azərbaycanda cinayət əməli sübuta yetirilmiş şəxsin həbsi zamanı bəyanatlar yayan bu strukturlar adəti üzrə insan hüquqlarından moizələr oxuyur, müxtəlif platformalara hesabatlar göndərirlər. Ermənistana gəldikdə isə, ağızlarına su almış balığa dönürlər. Dəfələrlə erməni müxalifəti müxtəlif strukturlara müraciət etsə də, cəmi bir dəfə - Avropa Xalq Partiyası "Respublikaçılar" partiyasının sədr müavini Armen Aşotyanın siyasi məhbus olduğu və azadlığının vacibliyi barədə bəyanat səsləndirib.

Ermənistanda həbsxana həyatı yaşayan və siyasi proseslərə dəmir barmaqlıqlar arxasından baxan bəzi siyasi məhbusların kim olduğunu nəzərdən keçirək.

Yuxarıdan hansı əmr gəlsə, icra olunacaq

Ermənistanın sabiq təhsil naziri, "Respublikaçılar" partiyasının sədr müavini Armen Aşotyan hazırkı hökuməti sərt tənqidləri ilə məşhurdur. Elə bu səbəbdən də uzun müddət təqiblərə məruz qalıb. Axırda səbir kasası dolan Paşinyan Armenin həbsi üçün düyməni basıb. Dəfələrlə apelyasiya şikayəti verilsə də, siyasətçi azadlığına qovuşa bilmir. Onun hansı müddətə həbsdə qalacağı işi aparan hakimə də məlum deyil. Yəni yuxarıdan hansı əmr gəlsə, icra olunacaq.

Vanadzor marzının keçmiş meri Mamikon Aslanyan da baş nazirin qəzəbinə tuş gələnlərdəndir. Keçirilən yerli seçkilərdə qalib gəlsə də, keçmiş mer səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı bəhanəsi ilə həbs edilib. Aslanyanı dəstəkləyən blok seçkilərdə 45 faiz səs toplayaraq, hakim partiyanın namizədini üstələyib. Yerli icra strukturlarını ələ keçirməyi qarşısına məqsəd qoyan "Mülki müqavilə" üçün isə bu, yeni bir əngəl idi. 2022-ci ilin 15 dekabr tarixində Aslanyan saxlanılıb. Dekabrın 16-da onun iki ay müddətinə həbs edilməsinə qərar verilib. Sonradan isə bu həbs müddəti uzadılıb.

Siyasi fəaliyyətə qayıtmaq qərarının cəzası
İrəvanın keçmiş meri Albert Bazeyan da siyasi fəaliyyətə qayıtmaq qərarının cəzasını çəkir. Onun bu qərarı hakimiyyətin xoşuna gəlməyib. Keçmiş səhra komandiri bir qrup şəxslə birlikdə hökumət üzvlərinə qarşı zorakılıq aksiyaları təşkil etməkdə ittiham olunur. Bu qrup dedikdə "Səlibçilər" ictimai təşkilatına istinad edilir ki, mediaya sızan məlumata görə, onun üzvlərindən biri Bazeyan əleyhinə ifadə verib. Axtarış zamanı keçmiş merin üzərində heç nə tapılmayıb, lakin həbs müddəti uzadılıb.

Hərbi çevriliş qorxusu

2020-ci ilin yay aylarında Tavuş istiqamətində Azərbaycana qarşı təxribata birbaşa rəhbərlik etmiş general-mayor Yuri Xaçaturov, eyni zamanda Xocalı faciəsində iştirak edən cəlladlardan biridir. Xaçaturovun həbsinə əsas səbəb isə, Paşinyanın ordu vasitəsilə ölkədə çevriliş cəhdindən qorxması olub. Generalın cəmiyyətdəki nüfuzu, zabitlər arasında hörməti hakim komandanı belə bir üsula əl atmağa vadar edib. Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanına qarşı külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.

Atasından siyasi arena vərəsəliyi alan və siyasətə atılan Levon Köçəryan da qısa müddətə siyasi məhbus olmağa "nail olub". İrəvanda keçirilən mitinqdə polisə hücum etmək ittihamı ilə həbsə atılan Köçəryan siyasi fəaliyyətə qoşulduğu gündən hakim partiyanın hədəfinə çevrilmişdi. Əslində isə Paşinyanın əsas hədəfi Robert Köçəryan idi və onun siyasi baxışlarına, hakimiyyətə münasibətinə, açıqlamalarına görə, korrupsiya ittihamı ilə cinayət işi açılmışdı. Levon da atasının yolu ilə getmək qərarına gəldiyi üçün qəzəb oxlarına tuş gəlmişdi. Sonradan onun həbs müddəti başa çatdı və aktiv siyasətə qoşuldu. Hazırda Ermənistan parlamentində təmsil olunur.

Siyahıda başqa kimlər var?

Yuxarıda sadalananlardan əlavə, Ermənistandakı siyasi məhbuslar siyahısına professor Arman Carçyanı, Avetik Çalabyanı, Narek Malyanı, Hrant Baqratyanı, Qarnik İsaqulyanı, Tatevik Virabyanı, Avetik İşxanyanı da əlavə etmək olar. Göründüyü kimi, hakim partiya erməni müxalifətindən və siyasi fəallardan ciddi şəkildə qorxduğu üçün adi bir sosial şəbəkə paylaşımına görə, müxtəlif ittihamlarla onları həbsə atmaqdan çəkinmir.

Bu gedişlə 2024-cü il Ermənistanda daha sərt keçəcək. Paşinyan hökuməti varlığını qorumaq üçün repressiya və təzyiqləri kəskin artırmalı olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 593   Tarix: 21 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Eyni yuxunu niyə təkrar görürük? - Səbəbləri AÇIQLANDI

Eyni hadisələrin yaşandığı yuxuları dəfələrlə görmək bir çox insanda narahatlıq yaradır. Xüsusilə qorxulu yuxular təkrarlandıqda insan bunun mənasını anlamağa çalışır. Mütəxəssislər isə bu halı mistik hadisələrlə deyil, emosional vəziyyət və gündəlik qayğılarla əlaqələndirirlər. xarici mediaya istinadl

18:15 1
.

Pakistan Səudiyyə Ərəbistanına hücumları PİSLƏDİ

Pakistan Yəməndən Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanların yaxınlığına yönələn husilərin ballistik raket hücumlarını pisləyib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu hücumların Səudiyyə Ərəbistanının suverenliyinin və əraz

15:07 158
.

İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi

Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Bundan başqa, dövlətimizin başçısı "Azərbaycan Respublikası Hökumət

13:52 168
.

Prezident həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Avstriya Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Federal Prezident,. Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbayca

11:41 195
.

"Ev almaq əlçatmaz olub"

Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb. Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib. O bildirib ki, uzun illər banka ödəniş etmək, eyn

1
.

Park Yasamaldan ŞİKAYƏT: Kristal Abşeron vətəndaşı evindən çıxarmaq istəyir

ın redaksiyasına "Kristal Abşeron" şirkətindən şikayət daxil olub. Beləki, "Kristal Abşeron" şirkətinin Park Yasamal layihəsində mənzil alan vətəndaşın üzləşdiyi vəziyyət şirkətin müştərilərlə münasibətini yenidən gündəmə gətirir. Beş illik ipoteka ilə mənzil əldə edən, indiyədə

11:01 207
.

"Bəlkə bu dəfə düzələr" ümidi insanı necə tələyə salır? - Psixoloqdan AÇIQLAMA

İnsan bəzən onu sevməyən, dəyər verməyən, hətta davamlı olaraq incidən birindən ayrıla bilmir. Münasibətdə xoşbəxt olmasa da, qarşı tərəfə olan bağlılığını qırmaq və yeni həyata başlamaq onun üçün çətin olur. Bəzən bu vəziyyətin səbəbi təklik qorxusu, emosional bağlılıq və ya insanın özünə olan inam

12:49 356
.

Aqil Ələsgər Bişkekdə medalla təltif olundu - Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi

"Yeni Çağ" Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Türk dünyasında media əməkdaşlığının inkişafına, Türk Dövlətləri-Qırğızıstan mətbuatı arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə Qırğızıstanda təltif olunub. Təqdimat Qırğızıstanı

12:23 199
.

İnternet kabelləri hədəfdə: İranın təhdidləri qlobal şəbəkə üçün nə deməkdir?

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rəzayi ABŞ Prezidenti Donald Trampın İranın müharibəyə son qoyulması ilə bağlı təklifinə cavab vermədiyini və danışıqların dayandırıldığını bildirib. O, hərbi qarşıdurma baş verəcəyi təqdirdə kommunikasiya kabellərinin, məlumat mərkəzlərinin və sün

11:33 210
.