Hamının "Heyf ki, biz onu itirdik!" deyə təəssüfləndiyi Əməkdar artist

Hamının "Heyf ki, biz onu itirdik!" deyə təəssüfləndiyi Əməkdar artistLənkəran Dövlət Dram Teatrı Əməkdar artist Niftulla Əsgərovla vidalaşdı. Dostları, sənət yoldaşları, doğmaları inanırdı ki, o, bir gün xərçəngə qalib gələcək və yenidən səhnəyə qayıdacaq. Ancaq aktyor sağlığında sevərək oynadığı səhnədən son mənzilə yola salındı. Niftulla Əsgərov doğulub böyüdüyü Girdəni kəndində torpağa tapşırıldı...

Onu yola salmağa çox adamlar gəlmişdi - sənət dostları, rayon ictimaiyyəti, vəzifəlilər, teatrsevərlər. Hamısının da dilindən böyük təəssüf hissi ilə bir fikir səsləndi: "Heyf ki, biz onu itirdik!"

Vidalaşmağa gələnlər onu da qeyd edirdilər ki, mərhum aktyor istedadlı olduğu qədər də mehriban və səmimi insan olub. Rollarını ürəkdən və fədakarlıqla oynadığı üçün tamaşaçılar ona inanıb.

"Kaspi" qəzeti növbəti məqaləsini Əməkdar artist Niftulla Əsgərova həsr edib.

N.Əsgərov 2018-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Lənkəran Dram Teatrının səhnəsində oynadığı çoxsaylı rollara sonradan kinoseriallardakı obrazları da rəngarənglik qatıb, yaradıcılığını zənginləşdirib.

"Bizim Əhməd haradadır?", "Bayram axşamı", "Vəziyyət rusca", "Elçilik", "Xalxın evi" kimi müasir komediya filmlərindəki xarakterik rolları onu auditoriyaya fərqli ampluada sevdirib.

N.Əsgərov səhnəsinə 1995-ci ildə üz tutduğu Lənkəran Teatrından şəxsi səbəblərdən bir müddət uzaqlaşıb. Xalq artisti Qabil Quliyev təəssüflə bildirir ki, teatrdan uzaqlaşması əslində N.Əsgərovun ziyanına olub: "Kollektivdə işləyirdi, rolları vardı, hamı da hörmətini saxlayırdı. Teatra yenidən qayıdanda isə artıq xəstə idi".

"Niftulla müəllim uzun illər Lənkəran Teatrında çalışıb, müxtəlif rollar oynayıb. Sonradan isə Azərbaycan kommersiya kinosunun simasına çevrilmişdi", - deyə Lənkəran Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən İntiqam Hacılı danışır: "Lənkəran teatrında Niftulla müəllimi sevənlər çox idi. Həm kollektiv, həm də teatrsevərlər tərəfindən sevilirdi". İ.Hacılı xatırlayır ki, N.Əsgərov 1995-ci ildən teatrda işləməyə başlasa da, sonradan müəyyən fasilə onu teatrdan ayırıb: "2022-ci ilin mart ayında yenidən teatra qayıtması üçün müraciət etdi. Biz onu məmnuniyyətlə yenidən teatra qəbul etdik. O əməliyyat keçirmişdi, sağalmaq üzrə idi. Bizim fikrimiz vardı ki, onun üzərində monotamaşalar, komediyalar quraq. Tamaşaçılar yenidən onu səhnədə görsün. Amma xəstəliyi yenidən kəskinləşdi və əməliyyat olundu. Teatrın kollektivi ona baş çəkməyə getdi, o, yenə də hamını mehribanlıqla, həmişəki kimi gülər üzlə qarşılamışdı. Amma sonra bu acı xəbəri eşitdik…"

Əməkdar artist Sucəddin Mirzəyev mərhum həmkarını istedadlı və teatra böyük məhəbbəti olan insan kimi xatırlayır: "Həyatda nə qədər şən, gülərüz idisə, səhnədə də o qədər nikbin idi. Tamaşada bəzən əsərin sözlərini yaxşı xatırlamırdı: "Yadımda saxlaya bilmirəm", - deyə improvizə edirdi. Müəllif sözləri bir yana, onun ifası improvizə ilə adama o qədər ləzzət edirdi ki, tamaşanın qurtarmasını istəmirdin. Səhnədə onunla tərəf-müqabil olanda adam yorulmurdu. Mən tərəf-müqabil kimi ondan doymurdum. Niftulla həyat eşqi yüksək olan insan idi. Onunla üz-üzə gələndə qeyri-ixtiyari üzünə təbəssüm qonurdu, onunla zarafatlaşmaq, deyib-gülmək, "sancmaq" istəyirdin". S.Mirzəyəv hesab edir ki, həmkarının sənət potensialı tam açılmadı: "O, teatra gec gəldi. Əvvəl mədəniyyət sahəsində işləyirdi. Sonradan bildik ki, bizim rayonda teatra həvəsi olan belə istedadlı insan var. Amma o teatra olan potensialını tam nümayiş etdirə bilmədi. Niftulla bəlkə bundan sonra da oynayardı, 65 yaş nədir ki… O, mənə "ağsaqqal, salam" deyəndə, mən ona "gənc, necəsən?" deyirdim". Baxmayaraq ki, 5-6 yaş fərqimiz vardı. O, bu sənətə gəlişi ilə elə bil gənclik illərini yaşayırdı. Niftullanın həyat eşqi, yaşamaq eşqi vardı. Biz ondan doymadıq…".

"My name is İntiqam" komediya filmində birgə çəkildiyi sənət dostu, Əməkdar artist Teymur Məmmədov N.Əsgərovun ölümünü Azərbaycan teatrı və kinosu üçün itki hesab edir: "Mehriban, sakit adam idi. Fəxri adı da eyni vaxtda almışdıq. İstedadlı aktyor idi. Rejissorlar onunla işləməyi xoşlayırdılar. Zarafatcıl idi, yumoru vardı. Kimi görürdüsə, "Lənkərana qonaq gəlin" deyirdi.

"Xalxın evi" serialındakı tərəf-müqabillərindən olan Əməkdar artist Çingiz Əhmədov mərhum aktyoru səmimi və təmkinli insan kimi xatırlayır: "Xalxın evi" serialı 3 mövsüm ərzində çəkildi. Biz onunla üç il dalbadal bir serialda oynadıq. Niftulla müəllim mənim atamın rolunu oynayırdı. Həmin müddətdə onu çox səmimi insan kimi tanıdım. Elə sənətkarlar çox az olur. O, səliqəli, təmkinli bir insan idi. Heyf ki, aramızdan tez getdi…"

Lənkəran Teatrında vaxtilə baş rejissor işləyən Tural Mustafayev mərhum aktyorla quruluş verdiyi "Ruhlar" tamaşasında işləyib: "Bakıdan Lənkərana gedəndə məni elə mehribanlıqla qarşıladı ki, heç vaxt unuda bilmərəm. Niftulla müəllim yadımda gülərüz və müsbət insan kimi qalıb. İş prosesində də heç vaxt problem yaratmazdı. Baxmayaraq ki, özünün problemləri vardı, amma biz bunu məşq prosesində hiss etməzdik". Rejissor bildirir ki, mərhum aktyor onun hazırladığı "Ruhlar" tamaşasında professor rolunda oynayıb. Bu, onun ən yaddaqalan rollarından olub: "Həmişə ona "Professor" deyirdim. Bakıya qayıdandan sonra da zəngləşib hal-əhval tutanda "Professor, necəsiniz?" deyə soruşurdum. Niftulla müəllim xarakterik aktyor idi. O, ikinci dərəcəli rolları elə oynayırdı ki, bütün diqqət ona yönəlirdi. İstedadlı aktyor kiçik rolu böyük rola çevirə bilir. Niftulla müəllim də belə aktyorlardan idi".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1786   Tarix: 28 yanvar 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gələcəyin peşələri AÇIQLANDI - Kim seçsə, ömür boyu çörəyi olacaq

"PeşəFest" çərçivəsində gələcəyin peşələri sırasında barista, Əşyaların İnterneti (IoT) və UI/UX dizayn və digər istiqamətlər də təqdim olunur. Bu sahələrin bir qismi Azərbaycanda artıq əmək bazarında istifadə olunur. Lakin həmin ixtisaslara yiyələnən şəxslərin iş tapmaq imkanları və bu sahələrd

27.09.2026 340
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 289
.

Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat

Kotletlər keyfiyyətli ətdən hazırlansa belə, bəzən quru və dadsız alına bilər. Bunun qarşısını almaq üçün adətən qiyməyə soğan, isladılmış çörək və ya bir qədər kərə yağı əlavə edilir. Lakin kotletləri həm daha ətirli, həm də daha ləzzətli etmək üçün başqa sadə üsul da var. BİG.AZ -a istinadən bildiri

27.09.2026 286
.

Mətbəx mebeli ilə yemək masasını necə uyğunlaşdırmaq olar?

Mətbəx mebeli ilə yemək masasını uyğunlaşdırarkən məqamlardan biri rəngdir. Masa ilə mebelin tam eyni rəngdə olması vacib deyil. Əsas odur ki, rənglər bir-birini tamamlasın və mətbəxdə qarışıq görünüş yaranmasın. Ağ və bej rəngli mətbəx mebelləri ilə açıq ağac rəngli masalar yaxşı uyğunlaşır. Tünd bo

20.09.2026 284
.

Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir

Mandarin seçərkən yalnız rənginə baxmaq kifayət deyil. Qabığın toxuması və bərkliyi ilə meyvənin ölçüsünə görə çəkisi birlikdə qiymətləndirildikdə daha şirəli və ətirli olanları seçmək ehtimalı artır. Üstəlik, bəzi mandarin növləri yetişdikdə belə qabığında yaşımtıl tonlar saxlaya bildiyi üçün rəng təkbaşın

27.09.2026 231
.

Restoranın dayanacağında doğulan körpəyə "fasto food" ləqəbi verildi

ABŞ-da dayanacaqda doğulan körpəyə qeyri-adi ləqəb verilib. xarici KİV-ə istinadla bildirir ki, Keti Mörfidə doğuş sancıları başlayıb və o, həyat yoldaşı Stiven Kirbi ilə birlikdə xəstəxanaya yollanıb. Lakin həkimlər doğuşun hələ başlamadığını bildirərək qadını evə göndəriblər. Axşama doğru sancıla

27.09.2026 165
.

Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama

Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir

20.09.2026 283
.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

28.09.2026 425
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

27.09.2026 923
.