Xərçəng xəstəliyi riskini ən çox artıran qida açıqlanıb
Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır.
"Report" xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilüfər Avcı çıxış edib.
Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilüfər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb.
O, qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb.
"Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir.
Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər", - onkoloq vurğulayıb.
Onun sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır:
"İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq.
Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər", - o deyib.
Onkoloqun sözlərinə görə, noxud, paxlalı bitkilər qırmızı ətdən daha çox istehlak edilməlidir. Balıq əti isə həftədə azı bir, mümkünsə hətta iki və ya üç dəfə istehlak olunmalıdır: "Tərkibində süni dadverici olan bütün içkilərin qəbulunda çəkinmək lazımdır. Yaşıl yarpaqlı tərəvəzlər, xüsusən portağal və ispanaq antioksidant təsir göstərən beta-karoten və digər maddələrlə zəngindir".
Aralıq dənizi ölkələrində zeytun yağının daha çox istehlak edildiyini bildirən mütəxəssis polifenol istehlakının xərçəngə tutulma və ürək-damar xəstəlikləri səbəbindən ölüm hallarının sayını azaltdığını vurğulayıb: "Soğan və sarımsaq çox istehlak edilməlidir. Soğan və sarımsaq güclü kanserogenlər olan maddələrin zərərsizləşdirərək bizi xərçəng xəstəliyindən qoruyur. Moruq, çiyələk və qaragilə antikanserogen olan largik turşusu ilə zəngindir. Təbiətdəki bir çox qida mənbələri insanın inkişafı üçün lazımdır".
"Sağlam yaşamaq üçün sağlam yaşamağı öyrənmək lazımdır. İdmanla məşğul olmalı, zərərli vərdişlərdən, stresdən uzaq durmalı, gündəlik normaya uyğun dincəlməli, müxtəlif hobbilərlə məşğul olmalıyıq. Unutmayaq ki, bizi xərçəng xəstəliyindən qoruya və ya xərçəngimizi sağalda biləcək tək bir qida yoxdur", - o əlavə edib.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 3148 Tarix: 28 yanvar 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvqustun istisində sağlam qalmağın 10 yolu
Avqust ayında daha da güclənən ekstremal temperatur yalnız insanların gündəlik rahatlığını azaltmır, həm də günvurma, ürək və böyrək problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Xüsusilə yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar və açıq havada çalışanlar üçün təhlükəli hesab edilən bu dövrd
07.08.2026 395 Nə pəhriz, nə də idman: Alimlər ömrü uzadan vərdişi açıqladı
Əfsanəvi aktyor Dik Van Dayk 2025-ci ilin sonunda 100 yaşını tamamladıqdan sonra uzunömürlülüyünün əsas sirlərindən birini bölüşüb. Maraqlıdır ki, onun qeyd etdiyi bu amil elmi araşdırmalarla da təsdiqlənib. Qaynarinfo-nun "ScienceAlert" nəşri istinadən məlumatına görə, aktyor bildirib ki
13.07.2026 617 İnsan beynində diş çıxa bilərmi - Şok faktlar
İlk baxışda bu, qorxu filmini xatırladır. Amma təəccüblüdür ki, tibbdə həqiqətən də beyində dişə bənzər strukturların aşkar edildiyi çox nadir hallar təsvir olunub. BİG.AZ -a istinadən xəbər verir ki, əslində, beyin özü diş yaratmır. Bunun səbəbi adətən teratoma adlanan çox nadir bir şiş növüdür. Teratomala
14.07.2026 529 Ürək sağlamlığını qorumağa kömək edən 9 faydalı və dadlı qəlyanaltı
Ürək üçün faydalı qəlyanaltılar adətən doymuş yağlar və natrium baxımından az, lif, antioksidant və faydalı qida maddələri baxımından isə zəngin olur. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, bu məhsullar iltihabi proseslərin azalmasına kömək edir və ürək-dama
27.07.2026 447 Gecələr tərləmənin beş səbəbi: Həkimdən açıqlama
Gecələr tərləmək ciddi xəstəliklərin əlaməti ola bilər. -ın xəbərinə görə, bu barədə ümumi praktika həkimi Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Amir Xan bu vəziyyəti yaradan səbəbləri açıqlayıb. Mütəxəssisin sözlərinə görə, gecə tərləməsi menopauza və perimenopauza
19.07.2026 369 55 illik araşdırma: Alimlər uzunömürlülüyün sirrini tapıb?
100 yaşdan çox yaşayan insanlar üzərində aparılan uzunmüddətli araşdırma göstərib ki, 100 il və daha artıq yaşamağın vahid resepti yoxdur. Bununla belə, uzunömürlü insanları birləşdirən bir sıra ümumi amillər müəyyən edilib. Qayanrinfo xəbər verir ki, "ScienceAlert"in yazdığına görə, Qahirədək
22.07.2026 722 Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin
01.08.2026 258 Köp, ürəkbulanma və qarın ağrısı: Qida zəhərlənməsi, yoxsa mədə-bağırsaq xəstəliyi? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında qastroenteroloji xəstəliklər barədə müzakirə aparılıb. Qarın ağrısı hansı hallarda xəstəlik əlaməti sayılır?. Uzunmüddətli qəbizliyin səbəbləri nədir?. Qida zəhərlənməsi ilə həzm xəstəlikləri necə fərqlənir?. Helikobakter pilori hansı xəstəliklər
26.07.2026 282 Bakıda yayıldığı iddia olunan qulaqdibi xəstəliyi ilə bağlı rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə Bakı şəhərində epidemik parotit (qulaqdibi) xəstəliyinin geniş yayıldığı ilə bağlı paylaşımlar yayılır. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, həmin məlumatlar mövcud epidemioloji vəziyyəti əks etdirmir. Bildirilib ki, hazırd
11.07.2026 396