Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"

Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildən eşidirdiksə, indi gənclərdə də bu xəstəliyin simptomlarına tez-tez təsadüf edilir. Bəs son vaxtlar revmatizmin geniş yayılmasının və cavanlaşmasının səbəbi nədir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarıb.

Bütün oynaq şikayətləri revmatizm deyil

Həkim-revmatoloq Aysel Ağalarova "Kaspi" qəzetinə bildirib ki, havada rütubətin çoxalması bəzi insanlarda sümük-oynaq şikayətlərinə səbəb ola bilər. Amma bütün oynaq şikayətləri revmatizm deyil: "Havanın temperaturu soyuduqda, xarici atmosfer təzyiqi aşağı düşür. Oynaq boşluğundakı təzyiqlə xarici atmosfer təzyiqi uyğun gəlmədiyinə görə, oynaqlar ağrımağa başlayır. Məsələn, revmatoloji xəstəliklərdən revmatoid artrit, osteoartrit (oynaq duzlaşması) kimi xəstələrdə bu şikayətlər daha çox olur. Amma bu əlamətlər həqiqi revmatoloji xəstəliyin olduğunu göstərmir. Bir qrup insan da var ki, onlarda heç bir iltihabı revmatoloji xəstəlik yoxdur, ancaq onlar meteoroloji faktorlara, hava dəyişikliyinə həssas olduqları üçün bu ağrıları hiss edirlər. Onlar revmatoloji xəstə yox, daha çox meteohəssas insanlar kimi nəzarətdə qalmalıdır və aktiv revmatoloji müalicə almalarına ehtiyac yoxdur".

Bir yaşında uşaqda da rast gəlinə bilər

Revmatizmin son vaxtlar geniş yayılması və cavanlaşmasının səbəblərinə gəldikdə, həkim vurğulayır ki, əslində, bu xəstəliyin yaşı yoxdur: "Bir yaşında uşaqda da rast gələ bilər, 70 yaşında qocada da. Ancaq bəzi revmatoloji xəstəliklərin rast gəlmə tezliyi dəyişir. Məsələn, elə revmatoloji xəstəliklər var ki, onlar daha çox gəncləri hədəf alır və aqressiv gedişli olurlar. Oynaq duzlaşmasına isə daha çox yaşlı insanlarda rast gəlinir".

Hicama və zəli prosedurları revmatizmi aqressivləşdirir

Sirr deyil ki, revmatoloji xəstələrin əksəriyyəti bu xəstəliyi türkəçarə üsulu ilə sağaltmağa çalışırlar. Kimisi vanna qəbul edir, kimisi bitkilərdən dərman düzəldir. Həkim bu müalicə üsulunun əleyhinədir: "Əgər xəstədə hər hansı ciddi iltihabı revmatoloji xəstəlik varsa, türkəçarələr nəinki onu sağaldır, hətta xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur. Ona görə də bütün xəstələrə türkəçarə metodlarından uzaq durmağı məsləhət görürəm. Gün ərzində müayinə etdiyimiz xəstələrdə ağırlaşmalar əsasən bu səbəblərdən olur. Xüsusilə də, son zamanlar ən çox yayılan hicama, zəli prosedurları xəstəliyi ciddi şəkildə inkişaf etdirir, aqressivləşdirir. Bəli, müəyyən fizioterapevtik prosedurlar var ki, biz xəstəyə onları təyin edirik. Onlar ancaq həkim nəzarəti altında müəyyən diaqnoz təsdiqləndikdən və qan nəticələri istənildikdən sonra məsləhət görülə bilər".

Revmatizm əlilliyə səbəb olur
Müalicəsi düzgün aparılmadıqda, revmatizm əlilliyə səbəb olur. Revmatoloq həkim deyir ki, Azərbaycandakı revmatoloji xəstələrin 60-70 faizi düzgün diaqnozun qoyulmaması nəticəsində əllilik dərəcəsinə çatanlardır: "Belə xəstələrdə bütün ağırlaşmaları müşahidə edirik. Hər iki əllərdə, dizlərdə, pəncədə, aşağı ətraflarda bütün oynaqlarda deformasiyalar başlayır və fiziki məhdudiyyətin yaranmasına qədər gətirib çıxarır. Xəstə özünə qulluğu tamamilə itirir".

Həkimin sözlərinə görə, Azərbaycanda müəyyən bölgələr var ki, orada revmatoloji xəstəliklərin sıxlığı daha çoxdur: "Öz təcrübəmdən deyə bilərəm ki, hazırda Qəbələ, Qax, Şəki, Oğuz rayonlarından revmatizmli xəstələrə daha çox rast gəlinir. Burada artiomlu xəstəliklərin əmələ gəlmə sıxlığı daha çoxdur".

Pəhriz mütləqdir?

Bəzi xəstəliklər var ki, onunla mübarizə aparmaq üçün pəhriz mütləqdir. Revmatoloji xəstəliklərdə də pəhrizə ehtiyac olur. Həkim vurğulayır ki, padaqra xəstəliyi tez-tez ət yeməklərindən istifadə edən insanlarda yaranır: "Revmatoloji xəstəliklərin hamısında qidalanmanın az da olsa yeri var. Məsələn, hamının tanıdığı padaqra xəstəliyinə daha çox ət, spirtli içki istifadə edən insanlarda rast gəlinir".

Yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Dəfələrlə "dizim ağrıyır, yağış yağacaq" kimi ifadələrin şahidi oluruq. Hətta bu ifadələr məşhur filmlərdə də qeyd edilib. Həqiqətən revmatizmli xəstələr yağışın yağacağını əvvəlcədən hiss edə bilirlərmi?

Həkim qeyd edir ki, revmatizmli xəstələrdə meteohəssaslıq normal insanlara görə daha yüksək olur: "Həqiqi revmatoloji xəstələr havanın rütubətinin və temperaturunun dəyişməsini əvvəlcədən hiss edə bilər. Amma bununla yanaşı, revmatizmlə bağlı xəstəliyi olmayan meteohəssas insanlar var ki, rütubətin dəyişməsini 5-6 saat əvvəldən hiss edirlər. Bu, həmin insanın mütləq revmatizminin olduğunu göstərmir. Hər bir halda xəstənin sümük, oynaq şikayəti varsa, yağış yağmazdan öncə hiss edirsə, revmotoloqa müraciət etməlidir. Üstəlik, klinikada icbari sığorta ilə revmatoloji müayinələr pulsuzdur".

"Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir"

Ortopediya və Travmatologiya mütəxəssisi İlhan Dəmiryılmaz isə deyir ki, revmatizm ən çox qadınları və stressi sevir: "Revmatoid artrit ən çox rast gəlinən iltihablı oynaq xəstəliyidir. Müalicə edilməzsə, inkişaf edir, daxili orqanlarla yanaşı, oynaqlara da təsir edir. Oynaqlarda ağrı, şişkinlik, temperaturun artması, qızartı və hərəkətdə çətinlik kimi şikayətlərlə başlayır. Xəstəliyin aktiv mərhələlərində yorğunluq və yüngül qızdırma kimi ümumi simptomlar ola bilər. Gecə və ya səhər oynaqlarda ağrı, hərəkətdə çətinlik yaranır, sonra hərəkət etdikcə tədricən açılır. Ağrı şiddətindən asılı olaraq gün ərzində davam edə bilər. Barmaqlar və biləklər ən çox təsirlənən oynaqlardır. Bu, adətən gənc və orta yaşlı insanların xəstəliyidir. Qadınlarda kişilərə nisbətən üç dəfə çox rast gəlinir".


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1577   Tarix: 11 fevral 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr qatıq yeməyin faydaları və zərərləri

Qatıq sağlam qidalar sırasında xüsusi yer tutur. Xüsusilə gecə saatlarında qatıq yeməyin orqanizmə təsiri uzun illərdir müzakirə olunur. Mütəxəssislərin fikrincə, düzgün miqdarda və uyğun vaxtda qəbul edilən qatıq həm həzm sisteminə, həm də ümumi sağlamlığa müsbət təsir göstərə bilər. Lakin bəzi hallard

31.05.2026 412
.

Elxan Nağıyev: Qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır

Gələcəkdə qan xidmətinin icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılır. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Ümumdünya Qan Donoru Gününə həsr olunmuş tədbirdə deyib. O bildirib ki, hazırda bu istiqamətdə maliyyələşmə Dövlə

13.06.2026 234
.

Hansı daha xeyirlidir, yemiş, yoxsa qarpız? - İki meyvənin müqayisəsi

Yay mövsümünün ən məşhur giləmeyvələrindən olan qarpız və yemiş həm susuzluğu yatırması, həm də orqanizmi nəmləndirməsi ilə seçilir. Mütəxəssislər bu iki meyvənin faydalarını müqayisə edərək hansı hallarda hansına üstünlük verilməsinin daha məqsədəuyğun olduğunu izah ediblər. xarici mediaya istinadl

07.06.2026 443
.

Bu məhsullar böyrək daşlarının yaranmasına səbəb olur

Böyrək daşları ən geniş yayılmış uroloji xəstəliklərdən biridir və onun yaranması əsasən həyat tərzi və qidalanma ilə əlaqələndirilir. Yanlış məhsul seçimi problemi dərinləşdirə bildiyi kimi, düzgün pəhriz yeni daşların əmələ gəlmə riskini də azalda bilər. Qaynarinfo xəbər verir ki, BBC ekspertlərə istinadə

29.05.2026 455
.

Bağırsaq sağlamlığı üçün nə yemək lazımdır? - Ən faydalı 5 məhsul

Bağırsaqların vəziyyəti təkcə həzmə deyil, həm də immunitetə, metabolizmə və ümumi sağlamlığa birbaşa təsir göstərir. Mikrobiota balansını qorumağa probiotiklərlə zəngin qidalar kömək edir. Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə faydalı olan 5 probiotik məhsulu açıqlayıb. Qaynarinfo xəbər veri

01.06.2026 519
.

Daha yaxşı yuxu üçün nə lazımdır? - 6 məhsul

Melatonin insan beyninin yuxu və oyaqlıq dövrlərini tənzimləmək üçün istehsal etdiyi hormondur. O bəzi qidalarda da təbii şəkildə mövcuddur. Qaynarinfo xəbər verir ki, "Health" nəşrinin məlumatına əsasən, müəyyən məhsullar orqanizmdə melatonin səviyyəsinin artmasına və daha keyfiyyətli yuxuy

29.05.2026 351
.

Öd kisəsində daşlar niyə yaranır? - Əsas əlamətlər və səbəblər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında öd yolları xəstəlikləri haqqında müzakirə aparılıb. Öd kisəsində daşlar necə əmələ gəlir? Öddaşı xəstəliyində hansı hallarda əməliyyat qaçılmaz olur? Öd polipləri və öddaşının əlamətləri eynidir? Bütün poliplərdə əməliyyat zəruridir? Artıq çəki öd xəstəliklər

06.06.2026 288
.

Ürək üçün ən faydalı şirə: 14 günə təzyiqi azalda bilər

Çuğundur şirəsi uzun illərdir ürək-damar sistemini dəstəkləyən içkilərdən biri kimi tanınır. Lakin Ekseter Universitetinin britaniyalı alimlərinin yeni araşdırması göstərib ki, onun təsiri əvvəllər düşünüləndən daha geniş ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə ABCZdrowie.pl yazır. Tədqiqatçıla

29.05.2026 393
.

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Timus vəzisi uzun illər yalnız uşaqlar üçün vacib olan orqan hesab edilirdi. Hətta onun böyüklər üçün appendiks kimi funksiyasız olduğu düşünülürdü. xəbər verir ki, bu barədə AİF.ru məlumat yayıb. Məlumatda bildirilir ki, Harvard Universitetinin alimlərinin apardıqları araşdırma timus vəzisi ilə bağl

21.06.2026 356
.

TOP MP3