Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi... - Hacı Şahin haqqında maraqlı faktlar

Atasını 12 yaşında itirdi, KVN komandasında çıxış etdi... - Hacı Şahin haqqında maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən vaxtsız dünyasını dəyişən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir.

Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur "müəllimlər binası"nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinə daxil olub. Orta məktəbdə oxuyan zaman "Şən və hazırcavablar" ("KVN") komandasının üzvü olub.

***

Bir dəfə komandanın məşq prosesi vaxtı Hacı Şahin ssenari üzrə müəllimlərindən birini yamsılamalı olur. O, səhnəyə çıxan zaman həmin müəllimi qəfildən qapını açıb içəri girir. Hacı Şahin utandığından qızarır və rolunu yarımçıq saxlamalı olur.

Atasını erkən itirən Hacı Şahin müsahibələrinin birində keçmiş illərini xatırlayaraq deyir:

"Çox kontrastlı mühitdə böyümüşəm. Demək olar, hər zümrədən, hər mühitdən çoxsaylı və əziz dostlarım var idi. Atamı 12 yaşında itirdim, ailəmizin maddi çətinlikləri yarandı, bununla belə uşaqlıq illərinin şirinliyi bütün problemlərə qalib gəlirdi. Məktəbi qurtarar-qurtarmaz elektrik avadanlıqları dükanında işə başladım. Dükan indiki Hüsü Hacıyev küçəsində yerləşirdi. Bu da həyatda mənim üçün mühüm təcrübə oldu. Həmişə maraqlı insanlarla qarşılaşırdım. Müxtəlif dərnəklər və fəaliyyətlərə cəlb olunurduq. Ən mühümü isə odur ki, hər yerdə mehribanlıq var idi. Qonşularımızla da, dostlarımızla da doğma kimi idik. Mən Bəhram Bağırzadənin bacısı ilə bir sinifdə oxuyurdum, yadıma gəlir, bütün sinif uşaqları ilə onlara qonaq gedirdik, rəhmətlik anaları bizi çox mehriban qarşılayırdı. Bütün dostlarımızın ailələri belə idi".

***

Nümunəvi sovet ailəsində dünyaya gələn Hacı Şahinin dinə marağı elə gənc yaşlarından olub. 1992-ci ildən müstəqil şəkildə ərəb, fars dillərini öyrənməyə və ibadətə başlayıb. Müxtəlif dini ədəbiyyatlar mütaliə edib.

2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. "Məşədi Dadaş" məsciddində İmam vəzifəsini icra edib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.

***

İlkin gənclik illərində ölkədə sovet hakimiyyətinə qarşı başlanan xalq hərəkatına qoşulur, mitinqlərə qatılır. Bütün günü qəzet oxuyur, sinifdə, dərslərdə müzakirələr aparır. Orta məktəbi başa vurandan sonra o zamankı Politexnik İnstitutu, indiki Azərbaycan Texniki Universitetinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır, cəbhə bölgəsində xidmət edir. Qayıdandan sonra qonşuluqlarında yaşayan bir çox gənc kimi o, da namaz qılmağa başlayır. Bu barədə xatirələrində belə deyir:

"Bizim üçün bu, bir adət idi, nənələrimiz namaz qılırdı, "Aşura" günü məscidə gedirdik. Amma xalq hərəkatı fonunda milli özünəqayıdış oldu. Yadımdadır, ilk dəfə şeyx "şəhid" sözünü işlətməyə başlayanda bizə maraqlı gəlirdi ki, şəhid kimdir? Yəni dini biliklərimiz yox idi. Amma içimdə Allahla rabitə yaratmaq istəyi var idi. Namaza başladım, dostlarımla birlikdə həyətimizdə ibadət evi açdıq. Camaat namazına imamlıq etmək və xütbə oxumaq üçün məni seçdilər. Nə kitab var idi, nə internet. Şəhərdəki məscidlərin birinə gedib orada mütaliə edirdim. Hətta maddi durumumuz o qədər aşağı idi ki, Yasamaldan şəhərin mərkəzinə ayaqla gedib-gəlirdik. Bir tərəfdən çətin, digər tərəfdən qürurlu vaxtlar idi. Tədricən dini mütaliəm çoxaldı, ərəb və fars dillərini öyrəndim, fərdi qaydada dini dərslər aldım, ev kitabxanamı zənginləşdirdim. Uşaqlıqda tarixi çox sevirdim. Buna görə də hərbi xidmətdən qayıdıb birinci ali təhsilimi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil oldum. Amma o zaman artıq dini sahə üzrə fəaliyyət göstərirdim. Ona görə də texniki və humanitar ali təhsil mənə daha geniş ictimai və dini fəaliyyət üçün əlavə dividentlər qazandırırdı".
Ətraflı

Hacı Şahin ədəbi bilikləri, geniş mütaliəsi olan nadir din xadimlərimizdən biri idi. O, Seyid Əzim Şirvanini, Mimrzə Fətəli Axundovu, Mirzə Cəlili, eləcə də müasir ədəbiyyatı izləyir, həm də dərindən mütaliə edirdi.

***

Ailəli olan Hacı Şahinin dörd övladı var. Onun böyük oğlu Hüseyn ötən il ADA Universitetinin magistr dərəcəsi üzrə Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub.

***

Hacı Şahin "Xoşbəxt ailə modeli", "Haradan başlamalı", "Yaradılışın hədəfi" adlı kitabların müəllifidir.

Din xadimi olmasına baxmayaraq, Hacı Şahin haqqında müxtəlif şayiələr yayılıb. Bunlardan ən maraqlısı bir qadının yazdığı status olub. Belə ki, guya Hacı Şahin sonsuz qadının həyat yoldaşına məsh çəkdiyi, 10 ay sonra o qadının dünyaya uşaq gətirdiyi deyilir. Lakin Hacı bu məsələyə kəskin etirazını bildirərək açıqlamalarının birində deyir:

"Belə bir hadisə baş verməyib. Baş verməsi də mümkün deyil. Kimlərsə bunu məqsədli şəkildə müəyyən səhifələrdə yayıblar. Qeyri-ciddi, heç bir reallığa söykənməyən haldır. Mən bu kimi işlərlə məşğul olmuram ki, kimsə də bu məqsədlə məndən imdad diləsin. Ümumiyyətlə, müsəlman olan kəs müxtəlif çətinliklərlə bağlı hər bir insan üçün dua edə bilər. Amma övladı olmayan üçün xüsusi şəkildə əməllə müdaxilə edilməsi mümkünsüz, yanlış və əsassız bir şeydir. Kimlərsə bunu məsxərə etmək niyyətilə yayıb və bunun mənə heç bir aidiyyatı yoxdur".

Uzun illər Həcc karvanına rəhbərlik edib və Həcc zəvvarlarına xidmət göstərib.

***

Ömrünün son günlərində "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.

***

Hacı Şahin 2 mart 2023-cü ildə səhər saatlarında ürəktutmasından dünyasını dəyişib. Müsahibələrinin birində ölüm haqqında deyib:

"Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Ancaq onu deyim ki, ölümdən qorxmaq lazım deyil. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinib qorxur. Ölümü heç kimə zəng vurub başa salmırlar, demirlər. Dünyadan kimsə köçəndə geri qayıtmır. Ancaq ölüm son deyil. İnsan ölümün əbədiyyətə körpü olduğunu bilməlidir. Belə olsa, adam ölümdən qorxmaz. Ölümü acılaşdıran bizim əməllərimizdir. İnsanlar arasında yayılan ölüm qorxusu, düzgün deyil. İnsanlar ölümü tanısalar və ona hazır olsalar, ondan qorxmazlar".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1274   Tarix: 02 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avadanlıq icarəsi Xidmetler.AZ saytında

Xidmətlər saytı -da axtardığınız avadanlıqları icarəyə götürmək imkanınız var!. Eviniz və ya ofisiniz üçün avadanlıqlar icarəyə götürmək istəyirsiniz? Keyfiyyətli avadanlıq olsa, birdəfəlik satın almaq fikriniz var? Elədirsə, saytından faydalanın. Onlayn, pulsuz elanlar platforması olan -da məhz sizi

08.05.2026 2722
.

Paltarlarınızın gözəl qoxması üçün qarderoba bunu qoyun

Paltarın xoş qoxusu insanın səliqəli və baxımlı görünməsində mühüm rol oynayır. Məhz buna görə bahalı butik və otellərdə geyimlər adətən incə və zərif ətir qoxusu ilə seçilir. Mütəxəssislər bildirirlər ki, bu effekti əldə etmək üçün şkafda tək bir qoxudan deyil, bir neçə aromatik notun birləşməsində

03.05.2026 345
.

Bu 3 cins şalvar qadını daha incə göstərir: "İncə bel" effekti necə yaradılır?

Düzgün model seçildikdə cins şalvarlar bədən quruluşunun üstünlüklərini vurğulayır və gizlətmək istədiyiniz hissələri örtür. Qaynarinfo xəbər verir ki, hər qadın üçün fiquru daha incə göstərən şalvar tapmaq mümkündür. Ən çox effekt verən üç populyar modeli təqdim edirik. Hansı cins şalvarlar daha inc

05.05.2026 486
.

Kleopatra həqiqətən ilan səbəbindən ölüb?

Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı

06.05.2026 406
.

Ev heyvanı saxlayanlara vacib tövsiyə: Bir səhv faciə ilə nəticələnəcək

Tərkibində çoxlu sayda bakteriya olduğuna görə durğun sular itlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və ev heyvanlarının bu sulardan istifadə etməsinə icazə verilməməlidir. xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya Kinoloji Federasiyasından (RKF) məlumat verilib. "Dördayaqlı dostlarımızı

10.05.2026 343
.

"Instagram" istifadəçiləri üçün VACİB XƏBƏR

Meta şirkəti mayın 8-dən etibarən "Instagram" tətbiqində şəxsi mesajların tam şifrələnməsi funksiyasında dəyişiklik edib. xəbər verir ki, qərar hüquq-mühafizə orqanları və uşaqların müdafiəsi ilə məşğul olan qurumların tənqidlərindən sonra verilib. Yeni dəyişikliklə mesajların müəyyən hallard

09.05.2026 273
.

180 illik sirr açıldı

1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyad

14.05.2026 435
.

"WhatsApp" bu telefonlarda İŞLƏMƏYƏCƏK

Dünyada ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən "WhatsApp" 8 sentyabr 2026-dan etibarən Android 6.0-dan aşağı əməliyyat sisteminə malik cihazlarda dəstəyi dayandıracaq. xəbər verir ki, qərar xüsusilə Android 5.0 və 5.1 ilə işləyən köhnə modellərə təsir edəcək. Şirkət bu addımı təhlükəsizli

03.05.2026 496
.

Gəlini görən bəy elə ƏZİZLƏDİ Kİ... - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı video qısa zamanda izləyicilərin diqqətini cəlb edib. Görüntülərdə bəyin gəlini gördüyü an yaşadığı emosiyalar xüsusi maraq doğurub. xəbər verir ki, bəy gəlinini ilk dəfə gəlinlikdə görəndə sevincini gizlədə bilməyib. O, hisslərini qeyri-adi və səmimi şəkildə ifad

09.05.2026 342
.

TOP MP3