İŞİD Moskvadakı terroru törətməyə qadir idi? - TƏHLİL
Moskvadakı terror hadisəsindən sonra qanlı hadisəyə görə məsuliyyət bölgüsü mövzusunda rəsmi və qeyri-rəsmi mübahisələr davam etməkdədir:
- Rusiya "İslam dövləti"nin (İŞİD) bu terrorda əli olmadığı təbliğatını apararaq diqqəti Ukraynaya yönəldir,
- Ukrayna bu terrorda əli olmadığını bəyan edir,
- İŞİD hadisəni törətdiyini car çəkir,
- Qərb İŞİD faktoru üzərində dayanır.
Terrordan sonrakı geosiyasi genişlənmə sahəsi üçün müxtəlif bəhanələr tapılacağı şübhəsizdir və terrorla mübarizə adı altında Yaxın Şərq, Mərkəzi Asiya regionlarında rəqabətin qızışacağı istisna deyil.
Amma indi vacib bir nüans ortaya çıxır: "Crocus City Hall" konsert zalında törədilən qanlı hadisənin hansı qüvvə tərəfindən idarə edilməsindən asılı olmayaraq, İŞİD qlobal təhdid kimi imicini bərpa etmək üçün təbliğat fürsəti qazanır.
Bəs zəif düşmüş və dar bir küncə sıxışdırılmış İŞİD bu cür səs-küylü terror törətməyə qadir idimi?
İŞİD 2023-cü il ərzində, əsasən, Suriya, Pakistan və Əfqanıstanda aktiv fəaliyyətə əl atıb və 2024-cü ilin ilk aylarında İranın Kirman şəhərindəki terrora görə məsuliyyəti üzərinə götürüb.
Düzdür, İŞİD-in müstəsna çəkindirici qabiliyyətə malik hücumlar təşkil etmək gücündə olması o qədər inandırıcı səslənməyə bilər.
Lakin Rusiyadakı terrorun icraçı olaraq arxasında, həqiqətən, İŞİD dayanıbsa, onda qeyd etmək olar ki:
- İŞİD-in Rusiyada dar mövcudluq dairəsi bir qədər genişlənib,
- İŞİD Rusiyada "iz qoyduqdan" sonra təhdid olaraq genişlənməsi üçün Qərbin maraqlarına qarşı da əməliyyatlar keçirə bilər.
Deməli, İŞİD-in hazırda dar çərçivədə küncə sıxılmış kimi görünən əlamətləri kənara çıxa biləcək ambisiyalara malikdir.
Bu, onunla əlaqədardır ki, İŞİD parçalanmış vəziyyətdə olsa belə, şəbəkə əsaslı sistemini işə sala bilir.
Ona hansı geostrateji güc mərkəzi dəstək olur - bu suala cavab axtarmaq da aktualdır, amma nəticə budur ki, İŞİD 2024-cü ildə qlobal səs-küy yaradan iki hadisəyə görə məsuliyyət daşıdığını bəyan edib.
Hər bir vəziyyətdə Moskvadakı hadisələrdən sonra bu nüanslar diqqətdə saxlanılmalıdır:
- Terrorçular hər hansı taktika və silahdan istifadə edərək, istədikləri vaxt hücum həyata keçirə bilərlər,
- Hökumətlər kəşfiyyat xəbərdarlıqlarını gözardı etməməli və terror hücumundan müdafiəni ideal səviyyəyə qaldırmalıdırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 908 Tarix: 25 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın
18.09.2021 443 BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre
18.09.2021 672 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Milli Musiqi Günüdür
Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi
18.09.2021 304 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865