"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir""Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır".

Bu sözləri BiG.AZ-a deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, 31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.

"Qonşu xalqların torpaqlarını zəbt edərək "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.1918-ci ildə erməni quldur dəstələri Bakıda insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə yeksan etmişlər. Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.O dövrdə ermənilər Azərbaycanın qədim paytaxtı olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdır.
Bu soyqırım eyni ssenari üzrə Qubada və digər bölgələrəmizdə də amansızcasına törədilmişdir. Bu hadisələr bir daha ermənilərin necə bir vəhşi və qəddar xalq olduqlarını göstərir.
Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.
Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində "Daşnaksutyun" partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda "Daşnaksutyun" partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.
1988-ci ildə ermənilər SSRİ-nin zəifləməsindən istifadə edərək yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar. Ermənistanda yaşayan bütün azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər.
Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Onun xəritə qarşısında əlində çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq.
Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart - "Azərbaycanlıların Soyqırımı Günü" ilə əlaqədar deyib: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur". İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.
Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində "Soyqırımı memorial kompleksi"-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Bu gün yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq xüsusi önəm daşıyır".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 813   Tarix: 29 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək

ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişində məlumat verilib. Məlumata görə, yeni qayda B-1 (biznes) və B-2 (turist) vizalarına müraciə

02.08.2026 167
.

Tramp İnfantino ilə DÇ hüquqlarının satışını müzakirə etmədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, heç vaxt Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ilə dünya çempionatına dair kommersiya hüquqları payının özəl investorlara satılması imkanını müzakirə etməyib. "Report" xəbər verir ki, Tramp bu barədə Kemp Devid iqamətgahınd

02.08.2026 146
.

Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ

Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra

02.08.2026 375
.

Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib

İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransı

02.08.2026 157
.

Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb

Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisəd

02.08.2026 164
.

Qadının qisası ağır oldu: rəfiqəsinin 5 yaşlı oğlunu qaçırıb öldürdü

Cənubi Afrika Respublikasında 40 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu oğurlayaraq öldürüb. xarici mediaya istinadla bildirir ki, təqsirləndirilən Sibonqile Nqvadlanın sözlərinə görə, rəfiqəsi onu qumar oyunlarına cəlb edib, borca düşdükdən sonra isə köməksiz vəziyyətdə qoyub. 2025-ci ilin avqustund

02.08.2026 198
.

Oğul anasını qorumaq istəyərkən öldü - Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO

Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib. İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 5

02.08.2026 568
.

İkram Kərimov vəfat etdi

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib. xəbər verir ki, bu barədə E-hüquq.az məlumat yayıb. O, 84 yaşında dünyasını dəyişib

02.08.2026 193
.

Oğlunun şəhid olduğu gün vəfat etdi

Biləsuvar rayonunun Nərimankənd kəndində şəhid anası Rəfiqə Əliyeva vəfat edib. xəbər verir ki, o, övladı, gizir Pərvin Əliyevin şəhidlik ildönümündə dünyasını dəyişib. Qeyd edək ki, Pərvin Səlahəddin oğlu Əliyev 1981-ci il martın 15-də Nərimankənd kəndində anadan olub. Müddətli həqiqi hərbi xidmətin

02.08.2026 151
.

TOP MP3