Qərbi Azərbaycan Xronikası: Erməni generalını Göyçədə öldürdülər - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Məşədi İsa Göyçə əhalisini belə qorudu" adlı buraxılışda Göyçə mahalının, Basarkeçər rayonunun Qaraiman kəndinin tarixi, adət-ənənələri, irsi, mətbəxi, xalq yaradıcılığı və toponimləri araşdırılıb.
Qeyd olunub ki, kəndin yaranma tarixi XIV əsrin axırları (1387–1388) XV əsrin əvvəlinə (1410) təsadüf edir. Qaraiman kəndinin əsası Qazaxdan Göyçə mahalına gələn dörd qardaşlardan biri olan Qara İman tərəfindən salınıb. Qaraiman kəndinin adı yarandığı ilk gündən yəni XIII əsrin başlanğıcından (1210) 1988-ci ilin dekabrına qədər üç dəfə dəyişdirilib.
Diqqətə çatdırılıb ki, kəndin adı sovet dövründə Sovetkənd şəklində dəyişdirilib. Bu adın qoyulmasının səbəbi sovet hakimiyyətinin apardığı sovetləşdirmə, habelə antitürk siyasəti idi. 1991-ci ildə kəndin adı yenidən dəyişdirilərək Kaxakn qoyulub.
Süjetdə Qaraiman kəndinin qəhrəmanlıq tarixindən söz açılıb, erməni generalının özbaşınalığına necə son qoyulmasına və öldürülməsinə, xalq qəhrəmanı Məşədi İsanın Göyçə əhalisini necə qorumasından, erməni generalını məhv etməsindən, bu kənddə böyük Oğuz qəbirlərinin tarixinə aydınlıq gətirilib.
Həmçinin Qaraiman kəndində Oğuz məzarlığını və Qıpçaq kilsəsini ermənilərin necə dağıtmasından, keçmiş deputatın Göyçə tələbi ilə Moskvaya getməsindən, rəsmi Moskvadan Göyçə tələbinə verilən qəribə cavabdan, eləcə də kənd sakinlərin xəngəl və əriştəni necə hazırlamasından bəhs olunub.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 735 Tarix: 31 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi
FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını
23.10.2026 225 Aİ Ukrayna üzrə sülh danışıqlarının növbəti mərhələsində iştirak etməyi planlaşdırır
Avropa Komissiyası Ukraynada sülh nizamlanmasına dair çoxtərəfli danışıqların növbəti raundunun Avropa İttifaqı (Aİ) nümayəndələrinin də iştirakı ilə keçiriləcəyinə ümid edir. Teleqraf xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının sözçüsü Ariana Podesta məlumat verib
23.10.2026 182 Ofelya Şabanova efirdə ingiliscə danışdı
Müğənni Ofelya Sabanova qonaq olduğu "1001 şou" verilişində çıxışı ilə diqqət mərkəzinə düşüb. xəbər verir ki, sənətçinin proqram zamanı səsləndirdiyi şeir, canlı ifası və aparıcının suallarını ingilis dilində cavablandırması maraq doğurub. Ofelyanın efirdə nümayiş etdirdiyi fərqli çıxış tərz
23.10.2026 220 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 278 Keşişlər Tramp üçün dua etdilər
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Ağ Evdə, Oval kabinetdə ölkənin aparıcı Katolik kilsəsi xadimlərini qəbul edib. "Yeni Sabah" xəbər verir ki, görüş zamanı katolik yepiskoplar dövlət başçısının ətrafına toplaşaraq onun və ölkənin rifahı üçün xüsusi dua ediblər. Ağ Evin rəsmisi Marq
23.10.2026 165 Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur
İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər
23.10.2026 162 Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı necə aparılır?
Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun müdafiəsi, mülki dövriyyənin təhlükəsizliyinin təmin edilməsi, hüquqi müəyyənliyin yaradılması və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qeydiyyat daşınma
23.10.2026 233 İqtisadi strategiya və icra məsuliyyəti: əsas məsələ nəticədir
Azərbaycanın son iyirmi ildən artıq müddətdəki iqtisadi inkişafına nəzər saldıqda Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyanın miqyası aydın görünür. Regional inkişaf proqramları, sənayeləşmə, enerji və nəqliyyat infrastrukturu, qeyri-neft sektorunun genişləndirilməsi, investisiyaların təşviq
23.10.2026 218 İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri
23.10.2026 235