Çin 2035-ci ilə qədər yeni qlobal iqtisadi lider ola bilər

Çin 2035-ci ilə qədər yeni qlobal iqtisadi lider ola bilər2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalı var.

"Report" xəbər verir ki, bu barədə Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatında deyilir.

Qeyd olunub ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5% civarında və ya 2035-ci ilə qədər ən azı 4%-dən yuxarı saxlayarsa, bu ssenari mümkündür.

Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.

Qeyd olunub ki, inkişaf etməkdə olan ölkələr gələcəkdə qlobal iqtisadi artımın əsas mühərriki olacaqlar və onların sürətli artımı növbəti onillikdə qlobal ÜDM-i iki dəfə artıra bilər.

2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2% artaraq 126 trilyon yuan (17,7 trilyon ABŞ dolları) həcminə çatıb, ABŞ ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon ABŞ dolları təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 539   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britaniyada xəstəxanalarda qan analizləri dayandırıldı

Böyük Britaniyada davam edən istilər səbəbindən bəzi xəstəxanalar qan analizlərinin götürülməsini müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti məlumat yayıb. Məlumata görə, yüksək temperatur qan nümunələrinin saxlanmasına və analizlərin düzgün nəticə verməsin

19:20 130
.

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb

Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib. "Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal"

11:45 135
.

"Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb

İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. "Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlı

18:10 146
.

Bilgəhdə FACİƏ: 21 yaşlı oğlan dənizdə batdı

Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard

20:48 71
.

"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən AÇIQLAMALAR VERDİ

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 99" ləqəbi ilə tanınan bloqer İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. BİG.AZ Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində haki

17:18 286
.

"AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTO

2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub. BİG.AZ xəbər verir ki, tədbir çərçivəsində Bak

19:28 176
.

Moskvada restorana bomba aparan qadının törətdiyi partlayışda ölənlərin sayı artdı

Moskvanın mərkəzində yerləşən "Balzi Rossi" restoranında baş verən partlayış nəticəsində həlak olanların sayı beş nəfərə çatıb. xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı məlumat yayıb. Məlumata görə, yaralılardan daha iki nəfər xəstəxanada vəfat edib. Hazırda altıda

21:00 65
.

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər

13:40 148
.

İraq Ceyhan limanı vasitəsilə neft ixracını artırmaq niyyətindədir

İraq Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə neft ixracını sutkada 1,5 milyon barelədək artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə İraqın neft naziri Basim Məhəmməd Xudeyr bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə imzalanmış saziş sutkada 750 min barel

16:10 149
.

TOP MP3