"Bakı bütün hallarda təhdidləri zamanında doğru qiymətləndirib aradan qaldırmağı bacarır"

"Bakı bütün hallarda təhdidləri zamanında doğru qiymətləndirib aradan qaldırmağı bacarır""ABŞ-nin Azərbaycandakı səfirinin qanuni əsaslarla barəsində cinayət təqibi davam edən bir neçə jurnalistin vəkilləri ilə görüşü və ardınca Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə çağırması insan haqları ilə əlaqəsi olmayan və suverenliyi hədəfə alan anti-Azərbaycan kampaniyanın bir hissəsidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikasının özünün milli maraqlarına cavab verməyən hər hansı prosesə qoşulmaması, müstəqil davranması Qərb neoimperializminin niyyətləri ilə üst-üstə düşmür. Xüsusən Zəfərlərimizin ardınca Azərbaycanın özünü həm də ciddi hərbi-siyasi güc kimi təsdiq etməsi Qərbin regionda hərəkət imkanını məhdudlaşdırdığı üçün Azərbaycana qarşı informasiya hücumları intensivləşib".

Bu sözləri BiG.AZ-a deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ABŞ-nin Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianın və beşinci kolonun səfərbər edilməsi də bu prosesin tərkib hissəsidir.

"Lakin proseslərin gedişi də göstərir ki, Bakı bütün hallarda təhdidləri zamanında doğru qiymətləndirib aradan qaldırmağı bacarır. Bu mənada, aydındır ki, ABŞ səfirini həbsdəki hansısa azərbaycanlı, yaxud qeyd etdiyi kimi mətbuat azadlığı yox, Bakının qabaqlayıcı tədbirləri nəticəsində Vaşinqtonun "mayasının batması" və anti-Azərbaycan fəaliyyəti hədəfləyən layihələrin fiaskoya uğraması narahat edir. Məhz bu çərçivədə də səfir vəkillərlə şou xarakterli görüş keçirib bəyanatlar yaymaqla konkret əməllər üzrə təqsirləndirilən şəxslərin cinayət təqibini süni surətdə siyasiləşdirib cinayət mühakimə icraatı üzərində təzyiq mexanizmi formalaşdırmağa çalışır. Bu isə dövlətin daxili işinə qarışmaqla beynəlxalq hüququn prinsiplərinə hörmətsizlik, habelə "Diplomatik əlaqələr haqqında" 1961-ci il Vyana Konvensiyasının kobud pozuntusudur.
Amma ABŞ səfiri də, ona bu direktivi göndərənlər da birmənalı şəkildə anlamalıdırlar ki, onların Azərbaycanda qanunsuz təsiri istisna edən şəraitdə, hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi əsasında həyata keçirilən cinayət prosesini siyasiləşdirmək cəhdləri indidən iflasa məhkumdur.
Əgər ABŞ, həqiqətən, mətbuat azadlığını dəstəkləyirsə, ilk növbədə Azərbaycanda maliyyələşdirdiyi muzdlu medianı rahat buraxmalı, anti-Azərbaycan tezislərlə əl meymununa çevirdiyi bir qrup "müstəqil" jurnalistin yaradıcılıqlarını zorlamaqdan çəkinməlidir. Əgər ABŞ-ni, həqiqətən də, fundamental haqlar maraqlandırırsa, öncə öz ərazisində rasizmə, habelə işğal etdiyi bölgələrdə ayrı-seçkiliyin digər formalarına, o cümlədən islamofob davranışlara, Culian Assanc, Donald Tramp kimi şəxslərə münasibətdə fikir və ifadə azadlığına zərbə hesab olunan münasibətə, habelə hər il 1000-dən artıq ABŞ vətəndaşının polis zorakılığının qurbanı olmasına son qoysun".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 358   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

23.10.2026 235
.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

23.10.2026 405
.

Fəsil dəyişəndə bunlara diqqət edin - Həkimdən TÖVSİYƏ

İlin dörd fəsli var və qidalanma, geyim, gündəlik həyat tərzi fəsillərə uyğun olmalıdır. Biz də həyat tərzimizi həmin fəsillərə uyğun qurmalıyıq. Əgər fəslə, günə, havaya və suya uyğun davranmasaq, orqanizmin immun sistemi zəifləyə bilər. İmmun sistemi orqanların, toxumaların və hüceyrələrin birlikd

23.10.2026 245
.

Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI

Təcrübəli evdar qadınlar limon suyu və duz qarışığından məişətdə müxtəlif məqsədlərlə istifadə edirlər. Bu sadə qarışıq xüsusilə zamanla qaralan mis əşyaların təmizlənməsinə və əvvəlki parlaqlığının bərpasına kömək edə bilər. xarici mediaya istinadən xəbər verir ki, limon suyu ilə duzun qarışdırılmas

23.10.2026 202
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 278
.

Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH

Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər

23.10.2026 278
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23.10.2026 156
.

Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır

Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç

23.10.2026 276
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 280
.