"CHP-dən fərqli olaraq AKP-nin seçkilərdəki namizədləri elə də xarizmatik deyildi" - Politoloq

"CHP-dən fərqli olaraq AKP-nin seçkilərdəki namizədləri elə də xarizmatik deyildi" - Politoloq"CHP-nin bələdiyyə seçkilərində qələbə qazanmasının ən önəmli səbəbi heç şübhəsiz partiyadakı lider dəyişikliyidir. Aydın məsələdir ki, Kamal Kılıçdaroğlu CHP lideri olsaydı, böyük ehtimalla partiya seçkilərdə bu nəticəni göstərə bilməzdi. Özgür Özelin Kılıçdaroğludan fərqli olaraq, Əkrəm İmamoğlu, Mansur Yavaşa güvənməsi, doğru seçki kampaniyası aparması və ən önəmlisi xalq arasında hörməti olan xarizmatik şəxslərə şans tanıması CHP-yə qələbəni gətirdi".

Bu sözləri politoloq Turan Rzayev BiG.AZ-a bildirib.

O qeyd edib ki, CHP-dən fərqli olaraq AKP-nin seçkilərdəki namizədləri elə də xarizmatik deyildi:

"Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçirildi. Seçkilərin ilkin nəticələri açıqlanıb. Səslərin 99,45 faizi sayılandan sonra CHP 37,72% səslə liderdir. Bu nəticələrə görə, CHP-nin bələdiyyə seçkilərində qalib gəldiyini demək olar.

CHP-nin əzəli rəqibi, ötən il prezident və parlament seçkilərində qalib gələn hazırkı iqtidar AKP 35,52% səslə ikinci ən çox səs toplayan partiya olub. Yenidən Rifah 6,18%, DEM Partiyası 5,65%, MHP isə 4,98% səs toplayıb.

CHP-nin geridönüşü, 35 il sonra gələn qələbə

CHP 1989-cu ildən bu yana ilk dəfədir ki, bələdiyyə seçkilərində belə uğurlu nəticələr əldə edir. AKP-nin ötən il prezident və parlament seçkilərində inamlı qələbəsindən sonra bələdiyyə seçkilərində CHP-yə məğlub olması isə diqqət çəkir.

CHP İstanbul, Ankara, İzmir kimi üç mühüm meqapolisi əlində saxlaya bildi. Belə ki, Ankarada CHP-nin güclü namizədi Mansur Yavaş 58, 80% səslə AKP namizədi Turqut Altınoku (32, 82%), İstanbulda Əkrəm İmamoğlu 50,79% səslə Murad Kurumu (40,36 %), İzmirdə isə Cəmil Tuqay 48,62% səslə Hamza Dağı (37 %) üstələyib. Digər diqqətçəkən məqam isə Bursa kimi mühafizəkar və sağmeyilli, AKP-nin qalası sayılan şəhərin itirilməsidir.

CHP-nin bələdiyyə seçkilərində qələbə qazanmasının ən önəmli səbəbi heç şübhəsiz partiyadakı lider dəyişikliyidir. Aydın məsələdir ki, Kamal Kılıçdaroğlu CHP lideri olsaydı, böyük ehtimalla partiya seçkilərdə bu nəticəni göstərə bilməzdi. Özgür Özelin Kılıçdaroğludan fərqli olaraq, Əkrəm İmamoğlu, Mansur Yavaşa güvənməsi, doğru seçki kampaniyası aparması və ən önəmlisi xalq arasında hörməti olan xarizmatik şəxslərə şans tanıması CHP-yə qələbəni gətirdi.

Bələdiyyə seçkilərində CHP-nin inamlı qələbə qazanması Özgür Özelin nüfuzuna müsbət təsir edəcək. Bu komanda və vizyon ilə CHP növbəti prezident və parlament seçkilərində qələbə qazana, iqtidar ola bilər.

AKP-nin qürubu, post-Ərdoğan dövrünə keçid

AKP-nin bələdiyyə seçkilərində məğlub olması birdən çox faktordan qaynaqlanır:

Birincisi, CHP-dən fərqli olaraq AKP-nin seçkilərdəki namizədləri elə də xarizmatik deyildi. Ümumiyyətlə, bu gün partiya daxilində R.T.Ədoğanın gəncliyində olduğu kimi kütlələrə xitab edən, inandırmağı bacaran, xalq ilə iç-içə ola bilən şəxslər çox azdır. Partiyanın ard-arda əldə etdiyi qələbələr fonunda namizədlər seçki kampaniyalarına o qədər də diqqət etmir. Bu, nəticə etibarilə özünü bələdiyyə seçkilərində daha qabarıq şəkildə göstərdi.

İkincisi, AKP seçkiyə qısa müddət qala ciddi strateji səhv edərək bir çox yerlərdə namizədlərini dəyişdirmək qərarı aldı. Bu da seçki kampaniyasına təsirsiz ötüşmədi. CHP bu səhvdən ustaca istifadə edib AKP seçicilərini ya tərəfinə çəkdi, ya da bitərəf etməyi bacardı.

Üçüncüsü, AKP elektoratının bir qismi sosial problemlər başda olmaqla, digər səbəblərə görə etiraz əlaməti kimi seçkilərə qatılmadı.

AKP-nin bələdiyyə seçkilərində gözlənilən nəticəni əldə edə bilməməsi partiya daxilində təmizliyi zəruri edir. CHP-nin mövcud komandası ilə AKP-nin mübarizə aparması çox çətin olacaq.

Yüksələn güc Yenidən Rifah Partiyası (YRP)

AKP-nin seçkilərdə məğlub olmasının bir səbəbi də Yenidən Rifah Partiyasıdır. 6.19% səslə seçkilərdə üçüncü olan partiya Ərdoğanı ciddi şəkildə narahat edirdi. Məsələ ondadır ki, 23 noyabr 2018-ci ildə qurulan partiyanın rəhbəri Fatih Ərbakandır. O, Ərdoğanın siyasi müəllimi və bir zamanlar təmsil olunduğu Rəfah Partiyasın rəhbəri Nəcməddin Ərbakanın oğludur.

Milli görüş ideologiyasında fəaliyyət göstərən "Yenidən Rifah" sağyönümlü, islamçı siyasi partiyadır. Diqqətçəkən bir məsələ isə Şanlıurfada qələbə qazanmasıdır. Belə ki, Yenidən Rifah Partiyası namizədi M.Kazım Gülpınar 38.87% səslə AKP namizədi Z.Abidin Bəyazgül üzərində qələbə qazanıb (33.64%).

"Yenidən Rifah"a Şanlıurfada qələbəni gətirən M.Kazım Gülpınar bölgənin nüfuzlu ailələrindəndir və şeyx nəvəsidir. AKP-dən istefa sonrası "Yenidən Rifah"a qatılan Gülpınar Şanlıurfada qələbə qazanaraq iqtidara ciddi zərbə vurdu.

Nəticə etibarilə Yenidən Rifah Partiyası CHP-nin yüksəlişi fonunda gələcək seçkilərdə AKP-ni zəiflədə biləcək, hətta onu əvəzləyə biləcək alternativ güc olduğunu göstərdi. CHP gələcəkdə təkbaşına hökumət qura bilməsə, Yenidən Rifah həlledici siyasi partiya ola bilər. Hətta gələcəkdə YRP yeni bir R.T.Ərdoğan yetişdirə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 551   Tarix: 01 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.