Tələblərə riayət etməyən taksi şirkətlərini cərimə sanksiyaları gözləyir - RƏSMİ
Mövcud qanunvericiliyin tətbiqi ilə bağlı taksi sifarişi operatorları, o cümlədən beynəlxalq sifarişi operatorları ilə görüşlər keçirilib və tələblərlə bağlı ətraflı məlumat verilib.
BiG.AZ xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, qanunvericiliyin tələblərinə riayət etməyənləri isə cərimə sanksiyaları gözləyir. Belə ki, buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.
"Taksi sifarişi operatorları tərəfindən qanunvericiliyin pozulması ilə bağlı da cərimələr mövcuddur.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə, taksi sifarişi operatorları tərəfindən taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli və hüquqi şəxslərin cərimə edilməsi nəzərdə tutulub.
Taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri olmayan daşıyıcıya, eyni zamanda buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə də sanksiyalar mövcuddur.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülərin taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli və hüquqi şəxslər cərimələnəcəklər", - deyə məlumatda qeyd olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 654 Tarix: 02 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi
Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib
23.10.2026 224 Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23.10.2026 296 "Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur
"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri
23.10.2026 279 "Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi
"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub
23.10.2026 231 Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF
"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn
23.10.2026 405 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"
Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql
23.10.2026 388 Sabah hava necə olacaq?
Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal
23.10.2026 239 Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır
Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric
23.10.2026 251 "Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba
23.10.2026 280