Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının "SPEKTR MED" şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra "Avromed" şirkətinə verilib.
Bakupost.az-a TƏBİB sədri olduğu dövrdə Ramil Bayramlının "Spektr Med" şirkəti vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar daxil olub.
Belə ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını "Spektr Med" şirkəti vasitəsilə həyata keçirib. O, TƏBİB sədri kimi laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin xarici nümayəndələri ilə şəxsən görüşərək "Spektr Med"i tərəfdaş kimi tanımalarını tələb edib. Ramin Bayramlı bunun qarşılığında həmin şirkətlərlə laboratoriya cihazları və digər tibbi avadanlıqların alqı-satqısı ilə bağlı iribüdcəli müqavilələr bağlanacağını vəd edib.
Beləliklə, pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan "Spektr Med" vasitəsilə həyata keçirilib.
Əldə etdiyimiz məlumata görə, həmin illərdə 650 bahalı tibbi cihaz və digər avadanlıqlar alınıb. Bu alqı-satqı əməliyyatları nəticəsində qısa müddət ərzində "Spektr Med"in büdcəsi 70 milyon manata yüksəlib.
Qeyd edək ki, R.Bayramlının TƏBİB rəhbərliyindən uzaqlaşdırılmasında bu məsələnin də ciddi rol oynadığı vurğulanır.
R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1058 Tarix: 03 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXocavənddə mina partladı: Minatəmizləmə əməkdaşı yaralandı
Xocavənd rayonunda mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, hadisə avqustun 2-də işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində qeydə alınıb. Məlumata görə, humanitar minatəmizləmə əməliyyatlarına cəl
15:21 149 Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: LƏĞV OLUNA BİLƏR...
Bir çox hallarda sürücülər şəxsi avtomobillərini idarə etmək üçün başqa şəxslərə uzunmüddətli etibarnamə verirlər. Lakin sonradan müxtəlif səbəblərdən müəyyən problemlər yarana bilər və etibarnamənin ləğv edilməsi zərurəti ortaya çıxar. Bəs şəxs öz nəqliyyat vasitəsini başqa birinə etibarnamə ilə veribsə
00:17 261 Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərəvəz idxalının çoxalmasına səbəb olub. "Report" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Nəşrin məlumatın
17:00 99 Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. -ın məlumatına görə, mərhum 36 yaşında dünyasını dəyişib. Bildirilib ki, Tofiq Məmmədov uzun sürən xəstəlikdən sonra həyatını itirib
14:00 232 İlham Əliyev və Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər - FOTO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vida mərasiminə əklil göndəriblər. xəbər verir ki, vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir. Qeyd edək ki, Xalq şairi Nəriman Həsənzadə ötən gün səhər saatlarında vəfat edib
11:35 187 Kartdan-karta əməliyyatlara LİMİT QOYULDU - ANCAQ BU QƏDƏR...
Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. BİG.AZ -a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara ("card-to-card") limitlər tətbiq edilib. Limitlə
11:52 390 Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ
Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra
11:42 322 Qadının qisası ağır oldu: rəfiqəsinin 5 yaşlı oğlunu qaçırıb öldürdü
Cənubi Afrika Respublikasında 40 yaşlı qadın rəfiqəsinin 5 yaşlı oğlunu oğurlayaraq öldürüb. xarici mediaya istinadla bildirir ki, təqsirləndirilən Sibonqile Nqvadlanın sözlərinə görə, rəfiqəsi onu qumar oyunlarına cəlb edib, borca düşdükdən sonra isə köməksiz vəziyyətdə qoyub. 2025-ci ilin avqustund
18:30 0 Azərbaycan manatının nominal və real effektiv məzənnələri iyunda artıb
Bu il iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. "Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bu, aylıq müqayisədə 1 bənd, ilin əvvəlinə nisbətən 1 bənd, 2025-ci ilin iyulun 1-i ilə müqayisəd
12:00 151