Zaxarovanın Ermənistana növbəti xəbərdarlığı nəyi göstərir?

Zaxarovanın Ermənistana növbəti xəbərdarlığı nəyi göstərir?Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi İrəvan beynəlxalq aktorlarla müxtəlif formatlarda görüşlər təşkil edərkən Vaşinqtonun ən yaxın müttəfiqlərini hara aparıb çıxardığını yaddan çıxarmamalıdır.Ermənistan ABŞ-nin ən yaxın müttəfiqlərinin aqibətini unutmamalıdır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Mariya Zaxarova bu açıqlaması ilə Rusiyaya qarşı bölgədə məkrli oyunlara aludə olmuş bəlli dairələrə xəbərdarlıq edərək onları gələcəkdə arzuolunmaz duruma sala biləcək hadisələrdən kənarda durmağı,regionda suyu bulandiımamağı tövsiyyə edir. Ermənistanı zamanında Qərbin şirin vədlərinə uyaraq Rusiyaya münasibətdə avantürist mövqe sərgiləmiş bəlli iqtidarların atdıqları addımlardan çəkinməyə dəvət edir:

"Ermənistanın ABŞ və Avropa Birliyi ilə genişlənməkdə olan əməkdaşlığı onun beynəlxalq normalara söykənən huququ olsa da,bu əməkdaşlıq regionun geosiyasi konfiqurasiyasının Qərbdə cızılmış bəlli senarilərə uyğun şəkildə dəyişdirilməsinə xidmət edir və region dövlətlərinin bölgədəki təhlükəsizlik maraqlarını təhdid edir.
Regionun təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş 3+3 formatı var.Gürcüstan istisna olmaqla bütün regional dövlətlər bu format çərçivəsində əməkdaşlığı regionun bəlli problemlərinin həlli üçün məqbul biliblər. Bununla bağlı region dövlətləri xarici işlər nazirlərinin iştirakı ilə keçən il Tehranda keçirilmiş görüşdə müəyyən razılıqlar da əldə olunmuşdu.Bu razılıqlar regionun bəlli problemlərinin həllinə regiona aidiyyəti olmayan dövlətlərin cəlb edilməsini məqsədə uyğun bilmir. Rəsmi İrəvan bu şərtlərlərlə əməkdaşlığa razılığını versə də,israrla ABŞ və AB-nin regionun bəlli problemlərinin həllində iştirak etməyə çağırır,onlarla fəal əməkdaşlıq edir. Bununla da bəlli format çərçivəsində əməkdaşlığa mane olur.
Rəsmi İrəvan Qərbin regional proseslərə öz geosiyasi maraqları çərçivəsindən yanaşdığını gözəl bilir. Bununla belə onların regional proseslərə qatılması üçün ötürücü qayış rolunda çıxış etməkdə davam edir".

Politoloq əlavə edib ki,İrəvanın bu oyunbazlığı onun korporativ maraqlarından irəli gəlməklə yanaşı,Qərb qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyəti ilə bağlıdır:
"Qərb aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün Ermənistanda siyasi islahatlara dəstək çərçivəsində olduğunu vurgulamaqla rəsmi Bakının niyə bu görüşə dəvət olunmaması ilə bağlı haqlı iradlardan yayınmaq istəyir.
Digər tərəfdən Qərbin bu görüş vasitəsilə Rusiya ətrafında cəbhənin coğrafi parametrlərini böyütmək,Rusiyaya qarşı postsovet ərazisində daha bir cəbhə təşkil etmək kimi planlara malikdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 03 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dalaşan qadınları ayırmaq istədi, klinik ölüm keçirdi

Rusiyanın paytaxtı Moskvada iki qadının davasına müdaxilə edən 63 yaşlı kişi klinik ölüm keçirib. xəbər verir ki, küçədə iki qadın arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Həmin vaxt oradan keçən 63 yaşlı kişi qadınları ayırmağa çalışıb. Lakin qadınlardan biri kişinin üzünə zərbə endirib

23.10.2026 224
.

Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23.10.2026 296
.

"Həzi Aslanov"a birbaşa gediş-gəliş bərpa olunur

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tam yekunlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib. O bildiri

23.10.2026 279
.

"Qisasçılar" "Avatar"ı geridə qoydu - Kino tarixinin ən böyük rekordu yeniləndi

"Qisasçılar: Final" ("Avengers: Endgame") filmi yenidən dünya kino tarixinin ən çox gəlir gətirən ekran əsəri olub. xarici mediaya istinadən xəbər verir ki, 2019-cu ildə nümayiş olunan film təkrar kinoprokat sayəsində Ceyms Kemeronun məşhur "Avatar" filmini geridə qoyub

23.10.2026 231
.

Bahalı brend geyim və telefon istifadə edənlər əlavə vergi ödəməlidir - TƏKLİF

"Dəbdəbə həvəsi, şöhrətpərəstlik və bir növ görməmişlik bir çox insanın həyatına mənfi təsir göstərir, lakin bəziləri bunun fərqində belə deyil". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Elmir Əkbər bildirib. O qeyd edib ki, insanlar bir çox şeyi sadəcə görüntü xatirinə edirlər:. "Məsələn

23.10.2026 405
.

10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"

Abşeron rayonunun Xırdalan şəhərində 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz edib. -a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki mənzillərdən birində baş verib. "Akula Akif" ləqəbi ilə tanınan Akif Məmmədov (soyad şərtidir - red.) yaşadığı küçədə dəmir yığmaql

23.10.2026 388
.

Sabah hava necə olacaq?

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal

23.10.2026 239
.

Çox yeyirik, amma niyə doymuruq? - Səbəb boşqabımızdadır

Bəzən insan böyük porsiya yemək yeyir, hətta yeməkdən sonra şirniyyata da yer tapır, amma qısa müddət sonra yenidən aclıq hiss edir. Bunun səbəbi hər zaman kifayət qədər yeməmək deyil. Qidaların tərkibi, yemək vərdişləri və orqanizmin toxluq siqnalları bu vəziyyətə təsir göstərə bilər. BİG.AZ xaric

23.10.2026 251
.

"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam..."

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu "İstiqlal" ordeni ilə təltif edib və ona həmin mükafatı təqdim edib. "Qafqazinfo"nun məlumatına görə, ordeni təqdimetmə zamanı dövlət başçısı ilə Xalq rəssamı arasında maraqlı dialoq ba

23.10.2026 280
.