Aprel döyüşləri qazisi: "Erməni hərbçilər "052 gəldi" deyib qaçırdılar"

Aprel döyüşləri qazisi: "Erməni hərbçilər "052 gəldi" deyib qaçırdılar""Düşmənin ön xəttini cəmi 45 dəqiqə ərzində yardıq. Düşmən duyuq düşəndən sonra üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı".

Bunu AZƏRTAC-a müsahibəsində Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, "Böyük Qayıdış" Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.

Qazi bildirib ki, Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunandan - 1994-cü ilin mayından 2016-cı ilin aprelinə qədər, demək olar ki, hər gün cəbhədə düşmən təxribat törədirdi:

"Həmin təxribatlara hər dəfə layiqli cavab verilsə də, düşmən bundan nəticə çıxarmırdı. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribatı pik həddə çatdı. Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqələrini ağır silahlardan atəşə tutması, artilleriya mərmilər atması nəticəsində sakinlər arasında yaralananlar və həyatını itirənlər oldu. Buna qarşılıq olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı.

Təbii ki, 22 il ərzində Azərbaycan Ordusunun arsenalı ən müasir silah, texnika ilə təchiz edilməklə yanaşı, hərbi qulluqçuların peşəkarlıqlarının artırılması, dünyanın müxtəlif ölkələrində hərbi kurslarda, təlimlərdə iştirak etməsi, öz bilik və bacarıqlarını inkişaf etdirməsi diqqət mərkəzində olmuşdu. Bunun nəticəsidir ki, hərb yarışlarında Azərbaycan xüsusi təyinatlıları dəfələrlə dünya xüsusi təyinatlıları arasında birinci olub, tankçılarımız, artilleriyaçılarımız, istehkamçılarımız ilk üçlükdə qərarlaşmışdılar. Bütün bunlar Azərbaycan Ordusunun nə qədər inkişaf etdiyinin göstəricisi idi. Aprel döyüşləri 22 il ərzində Azərbaycan Ordusunun yığdığı bilik, bacarıq və döyüş təcrübəsini məhz real döyüş şəraitində tətbiq etməyə, eyni zamanda, Ermənistan ordusunun zəif nöqtələrini aşkarlamağa şərait yaratdı".

Ə.Mehdiyev Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun, demək olar ki, çox kiçik bölmələrinin - kəşfiyyat xüsusi təyinatlı hərbi hissələrinin döyüş əməliyyatlarına cəlb olunduğunu bildirib. Onun sözlərinə görə, istər cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Lələtəpə, istərsə də Goranboy-Tərtər-Ağdərə istiqamətində Talış yüksəkliklərinin azad olunması Azərbaycan Ordusunun böyük uğuru oldu. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu 2 min hektar ərazini tam azad etdi, eyni zamanda, minlərlə hektar strateji ərazi silahlı qüvvələrimizin bölmələrinin nəzarəti altına keçdi. Aprel döyüşləri nəticəsində Azərbaycan Ordusu Ermənistanın 20 ildən artıq formalaşdırmış olduğu keçilməz "Ohanyan səddi"ni darmadağın etdi. Ən əsası - dördgünlük müharibədə əldə edilən Zəfər xalqın Azərbaycan Ordusuna inamını özünə qaytardı.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti Aprel döyüşlərində iştirakı haqqında da məlumat verərək deyib:

"Düşmən təxribatının qarşısının alınması üçün yuxarı komandanlıqdan qarşımıza döyüş tapşırığı qoyuldu. Xüsusi təyinatlı tabor tərkibində bölmə ilə birlikdə hərbi hissənin xüsusi əməliyyat briqadası düşmən təxribatının qarşısını almaq üçün Talış yüksəklikləri uğrunda döyüşə qatıldı. Qısa müddət - 40-45 dəqiqə ərzində düşmənin ön xəttini yardıq. Biz ön xətti yaranda onlar bir neçə dəfə pusqu qurdular. Elə hesab edirdilər ki, açdıqları atəş nəticəsində bizim bölmədə olan şəxsi heyətin bir qismi ya şəhid olub, ya da yaralanıb. Ancaq biz relyefdən düzgün istifadə edərək irəliləməyə davam elədik və düşmən səngərlərinə daxil olduq. Düşmən duyuq düşəndən sonra isə üzbəüz döyüşlər başladı. Şok atəşlər erməni əsgərləri qorxuya saldı. Demək olar ki, postlardakı 10-a qədər əsgərdən 2-3-ü döyüşçülərimiz tərəfindən məhv edilən kimi digər erməni əsgərlər "052 xüsusi təyinatlılar gəldilər" deyib öz yaralılarını, ölülərini, silah-sursatlarını, mühafizə və müdafiə təşkil etdikləri mövqeləri atıb qaçmağa başladılar. Qısa müddətdə biz o postlarda, yüksəkliklərdə möhkəmləndik. Ermənilər bizimlə üzbəüz döyüşə tab gətirə bilmədikləri üçün qarşı tərəfdə dağların ətəyində yerləşən mövqelərindən olduğumuz mövqelərə minaatan, özüyeriyən artilleriya, tanklarla atəş açmağa başladılar. Növbəti iki gün ərzində dəfələrlə əks-hücum əməliyyatları həyata keçirsələr də, Azərbaycan Ordusu, artilleriya qoşunları dəqiq zərbələrlə onları geri oturtdu.

Biz xüsusi təyinatlılar döyüşdə qruplar və "badi"lər şəklində hərəkət edirik. "Badi"lər iki nəfərdən ibarət olur. Hər iki şəxs bir-birini qoruyur və bir-birinə cavabdehlik daşıyır. Aprelin 3-ü gecə düşmən tərəfi əks-hücum əməliyyatı həyata keçirməyə cəhd etdi. Həmin vaxt onlarla döyüşə-döyüşə mövqeləri qoruyub-saxladıq. Uğursuz həmlənin ardınca artilleriya mərmilərindən, "Qrad"lardan atəş açmağa başladılar. Dəfələrlə minaatan mərmiləri yaxınlığımıza düşsə də, relyefdən düzgün istifadə edərək mərmilərin partlayışından yayına bilirdik.

Hücumlarının nəticəsiz olduğunu görüb bizi tanklarla vurmağa başladılar. Artıq aprelin 3-ü səhər 5 radələrində Suqovuşan istiqamətindən "Qrad" mərmilərinin atəşinə məruz qaldıq. Reaktiv yaylım mərmilərinin bir neçəsi bizim yaxınlığımıza düşdü. Mən "badi"m Şəhriyar Eyvazovla idim, mərmi bizim bir neçə metrliyimizə düşdü. Xoşbəxtlikdən, təpənin üstündə idik, mərmi isə təpənin altına düşmüşdü. Güclü partlayış dalğası məni və Şəhriyarı 5-6 metr kənara ataraq yerə möhkəm çırpdı. Nəticədə hər ikimiz ağır kəllə-beyin travması aldıq, onurğa beynimiz zədələndi. Ayaqlarımızdan qəlpə yaraları alsaq da, xoşbəxtlikdən, qəlpələrin çox hissəsi bizi tutmamışdı. Digər silahdaşlarımız bizi döyüş meydanından təxliyə etdilər. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir ilə qədər müalicə olundum və hərbi həkim komissiyasının qərarı ilə 2017-ci ilin iyununda səhhətimdə yaranan problemə görə ehtiyata buraxıldım. Hazırda ikinci qrup Qarabağ qazisiyəm".

XTQ-nin ehtiyatda olan zabiti Aprel döyüşləri nəticəsində bütün dünyanın ordumuzun gücünü gördüyünü, eyni zamanda, Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını, nəyin bahasına olursa-olsun öz tarixi torpaqlarını azad edəcəyinin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanın yüksəkrütbəli hərbi qulluqçuları, generalları ordudan qovuldular, siyasi hakimiyyət dəyişikliyi baş verdi.

Həmin dövrlərdə Azərbaycan gənclərinin Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşmək istədiklərini bildirməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin dörd gün ərzində hər kəsin qəlbi Qarabağla döyünürdü. Azərbaycandan fərqli olaraq isə Ermənistan ordusunda həm əsgərlər, həm də yüksəkrütbəli zabitlər arasında çoxlu sayda fərarilik hallarının olduğunun şahidlik etdik. Ən əsası - Aprel döyüşləri 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə üçün bir başlanğıc, mayak oldu. Təsadüfi deyil ki, dördgünlük müharibədə əldə edilən Zəfərdən ruhlanan Azərbaycan Ordusu uğurlarını davam etdirdi. İstər Günnüt əməliyyatı, istər Tovuz hadisələri, istər 44 günlük Vətən müharibəsi, istərsə də son antiterror tədbirləri Azərbaycan Ordusunun hərbi qulluqçularının yüksək peşəkarlığının, orduda olan vətənpərvərlik ruhunun, qarşıya qoyulan bütün tapşırıqları layiqincə və dəqiq yerinə yetirmək əzmində və gücündə olduğunun göstəricisidir. Aprel döyüşlərindən başlanan yollar bizi Xankəndiyə qədər gətirib çıxardı. Vaxtilə işğalda olan bütün ərazilərimizdə hazırda üçrəngli bayrağımız qürurla dalğalanır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 05 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

23.10.2026 281
.

"Siz də, maşallah, çox yaxşı görünürsünüz"

"Əlbəttə ki, Ulu Öndər mənim həyatımda həmişə bir nümunə olub, örnək olub. Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edərkən bildirib

23.10.2026 278
.

Yağmur "One Voice" klipi ilə dünyaya sülh və birlik mesajı verir

Azərbaycanın Uşaq Avroviziyası təmsilçisi Yağmur oktyabrın 23-də yeni "One Voice" mahnısına çəkilmiş klipini təqdim edib. Dramatik pop ballada janrında olan mahnı sülhə, birliyə, təbiətin qorunmasına və daha gözəl gələcəyə həsr olunub. "One Voice" fərqliliklərimizə baxmayaraq, hamımızı

23.10.2026 266
.

Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib

Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8

23.10.2026 375
.

Sabah hava necə olacaq?

Oktyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimal

23.10.2026 239
.

Daha 2 gün yağış yağacaq - Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23.10.2026 296
.

Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi

FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını

23.10.2026 225
.

Dünyanın ən böyük sərnişin təyyarəsi səmada dövrə vurur - SƏBƏB

Hava məkanının bağlanması səbəbindən hazırda Moskvada eniş icazəsi gözləyən təyyarələr arasında dünyanın ən böyük sərnişin təyyarəsi də var. Bizim.Media xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Belə ki, Dubaydan Domodedovoya uçan "Emirates" şirkətinə məxsu

23.10.2026 200
.

Tənhalıq sağlam həyata ayrılan illəri azalda bilər - ARAŞDIRMA

Tənhalıq yalnız insanın özünü tək hiss etməsi deyil, həm də onun psixoloji vəziyyətinə və həyat keyfiyyətinə təsir göstərə bilən amildir. Sosial əlaqələrin zəifləməsi uzunmüddətli perspektivdə insanın emosional rifahı üçün risk yarada bilər. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, tənhalıq v

23.10.2026 227
.