"İndi hamı öz mövqeyini ortaya qoymalıdır" - POLİTOLOQ

"İndi hamı öz mövqeyini ortaya qoymalıdır" - POLİTOLOQ"Beləliklə 5 aprel Brüssel görüşü başa çatdı. Görüşdə faktiki olaraq Ermənistanın siyasət, iqtisadiyyat, informasiya, elmi - texniki, hümanitar, milli - ideoloji sahələrinin təhlükəsizliyi və inkişafını təmin etməyi məqsəd güdən qərarlar qəbul edildi. Bu görüş Ermənistana Qərbin əsas aktorları sayılan ABŞ və Aİ - nin, onların müxtəlif institutlarının açıq müstəvidə dəstəyi idi. Tarix təkrarlanır. 1915- 1920 -ci illərdə olduğu kimi, 5 aprel 2024 - cü il görüşü də "erməni xalqının xilası" üçün baş tutan görüş idi. 100 il əvvəl olduğu kimi bugünkü gündə də faktiki olaraq eyni beynəlxalq və regional aktorlar erməni mövzusunda birləşərək vahid mövqe ortaya qoydular".

Bu sözləri BiG.AZ-A politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, 44 günlük müharibə və 19-20 sentyabr antiterror tədbirlərinin yekunları kimi bölgədə formalaşmaqda olan yeni siyasi mənzərəyə qarşı ciddi təzyiqlər bundan sonra artan xətt üzrə davam edəcək. Brüssel görüşü və görüşə bəzilərinin "mülayim" reaksiyası, bəzilərinin isə susqunluğu, kimin harada kimlə olduğunu göstərir.

"Qərbin bəzi mərkəzlərinin və regional dövlətlərdən bəzilərinin planları Cənubi Qafqazı böyük fəlakətə gətirə bilər. Ətrafımızdakı bütün aktorlar indi öz mövqelərini ortaya qoymalıdırlar.Son baş verənlər fonunda Türkiyə, İran, Rusiya, ABŞ, Aİ kimi aktorların Qafqazla bağlı fikir və arzularında uzlaşma və zidiyyətləri təhlil etsək ortada maraqlı bir mənzərə formalaşır.Bu gün mövqelərini bu və ya digər şəkildə ortaya qoyan uzaqdakı və yaxındakı aktorlar, sabah baş verəcək hadisələr fonunda bütün məsuliyyət yükünü çiyinlərində daşıyacaqlar. Bu gün erməni dövlətini aktiv və ya passiv şəkildə bir daha dəstəkləyən aktorlar, sabah bu davranışlar fonunda Azərbaycan dövlətinin hansı nəticələr çıxaracağına və hansı adekvat qərarları verəcəyinə hazır olsunlar".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 696   Tarix: 06 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü

Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye vilayətindəki Lyubitskoye və Xarkov bölgəsində Olqovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər

13:40 125
.

ABŞ-də keçmiş olimpiyaçıya qarşı irəli sürülən vandalizm işinə xitam verilib

Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin tələbi ilə Vaşinqton şəhərindəki Abraham Linkoln abidəsinin önündəki hovuza zərər vurmaqda şübhəli bilinən keçmiş olimpiyaçı barəsində başlanmış cinayət işi ləğv edilib. xəbər verir ki, bu məlumatı "The Washington Post" nəşri ABŞ Ədliyy

01.08.2026 210
.

Azərbaycanda pensiya yaşı 70 olur?

Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy

00:30 382
.

İraq Ceyhan limanı vasitəsilə neft ixracını artırmaq niyyətindədir

İraq Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə neft ixracını sutkada 1,5 milyon barelədək artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bu barədə İraqın neft naziri Basim Məhəmməd Xudeyr bildirib. Onun sözlərinə görə, hazırda Türkiyə ilə imzalanmış saziş sutkada 750 min barel

16:10 68
.

Kredit borcunu qaytara bilməyənlərə ŞAD XƏBƏR

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq". "Yeni Sabah" xəbə

00:28 285
.

KİV: ABŞ İranın yeni nüvə obyektini bombalamağı planlaşdırır

ABŞ bu həftəsonu İranın Natanzdakı Kolanq-Qaz-La dağının (ABŞ və İsrail bu obyekti "Pikaks" kod adı ilə adlandırır) altında gizlədildiyi iddia edilən yeni nüvə obyektinə zərbələr endirə bilər. xəbər verir ki, bu barədə CNN telekanalı özəl mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki

10:00 147
.

HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı

İsrail tərəfindən hərbi əməliyyatlar və hücumlar dayandırılacağı təqdirdə HƏMAS tərk-silah prosesinə başlayacaq. xəbər verir ki, Fələstin hərəkatının nümayəndələri bunu "RİA Novosti"yə müsahibələrində səsləndiriblər. "Hərbi toqquşmaların və İsrail hücumlarının başa çatması razılaşdırılmı

11:15 137
.

Hörmüz boğazında LNG daşıyan gəmi hücuma məruz qalıb

Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmi hücuma məruz qalıb. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, LNG daşıyan gəmiyə Hörmüz boğazının cənub marşrutunda zərbə endirilib. "Bermuda bayrağı altında qeydiyyatdan keçmiş "Gazlug Shangal"

11:45 123
.

Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ

Nazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur. Bəs bu qəra

11:42 302
.

TOP MP3