Fitrə zəkatını bank kartlarına köçürmək olar
Fitrə zəkatını ənənəvi formada və ya bank kartlarına köçürməklə çıxarmaq olar.
Sonxeber.az xəbər verir ki, bunu report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev Ramazan ayı münasibətilə çıxarılacaq fitrə zəkatının zamanı və miqdarını açıqlayarkən deyib.
Onun sözlərinə görə, fitrə zəkatı Ramazan bayramından öncəki axşam, bayram namazına qədər çıxarılmalıdır:
"Oruc tutan və ya tuta bilməyən hər kəs üçün fitrə zəkatı vacibdir. Adətən, ailənin başçısı ailəsinin üzvlərinin sayına uyğun hesablayaraq fitrə zəkatı çıxarmalıdır. Bu, ən çox yeyilən ərzaqdan – xüsusilə buğdadan hesablanır. Ərzağın özünü və ya onun dəyərini pul şəklində ehtiyacı olanlara vermək mümkündür. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur. İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdır".
F.Nurullayev bildirib ki, şəxsin fitrə zəkatını vermək istədiyi ailə uzaqda yaşayırsa, müxtəlif mobil imkanlardan istifadə edərək kömək göstərə bilər:
"Özü şəhərdə yaşayan, kömək etmək istədiyi kasıb ailə rayonda olan şəxslər orada yaşayan qohum-əqrəbasını, tanışını vəkil edə bilər. Yəni bank kartları vasitəsilə də fitrə zəkatını köçürmək mümkündür".
QMİ-nin sədr müavini vurğulayıb ki, bayram namazında iştirak etmək vacib deyil: "Bəzi məscidlərdə bayram namazı 8-də, bəzilərində 9-da başlayır. Bunu məscidin axund və imamları insanların istəyi ilə özləri tənzimləyə bilərlər. Aprelin 10-u Ramazan bayramıdır. Buna görə də bütün dünya müsəlmanlarını təbrik edir, cansağlığı arzulayırıq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 06 aprel 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQubadlı Şəhəri Günü: Tarixi ədalətin təntənəsi
Xalqımızın tarixi yaddaşında, milli qürur salnaməsində və dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik günlərdən biri kimi yazılan 25 oktyabr tarixi Qubadlı şəhərinin işğaldan azad edilməsini, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində qazanılmış tarixi Zəfəri və soydaşlarımızın doğma torpaqların
23.10.2026 237 Dövlət içində dövlət: Türkiyənin sirli "Menzil" şəbəkəsi
FETÖ getdi, "Menzil" gəldi? - Türkiyədə yeni güc savaşı. Türkiyədə dini təriqətlərin dövlət idarəçiliyinə təsiri uzun illərdir müzakirə mövzusudur. Xüsusilə 15 iyul 2016-cı ildə baş vermiş uğursuz hərbi çevriliş cəhdindən sonra bu müzakirələr daha ciddi xarakter alıb. Fətullah Gülən hərəkatını
23.10.2026 225 Azərbaycan ilə Hindistan arasında iqtisadi əlaqələr və Azərbaycandan Hindistana malların ixracı
Müasir dövrdə beynəlxalq iqtisadi əməkdaşlıq ölkələrin iqtisadi inkişafında, xarici ticarət əlaqələrinin genişləndirilməsində və milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Qloballaşan dünya iqtisadiyyatında dövlətlər yeni bazarlara çıxış əldə etməyə, ixrac imkanların
23.10.2026 254 Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"
23.10.2026 332 Netanyahu İordan çayının qərb sahilini bağlayır - SƏRT QƏRAR
İsrailin Baş naziri Benyamin Netanyahu Hebron şəhərinin dərhal bağlanması və işğal altındakı İordan çayının qərb sahilində tam məhdudiyyət rejiminin tətbiqinə hazırlıq görülməsi barədə göstəriş verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Netanyahu "Şin Bet" təhlükəsizlik xidmətini
23.10.2026 240 Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır
Paytaxt Bakı bu günlərdə növbəti beynəlxalq idman yarışına - tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir. Yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Turnirə ümumilikdə dörd minə yaxın gənc futbolçu, məşqç
23.10.2026 276 Hindistan və Azərbaycan münasibətlərinin diqqət mərkəzinə gəlməsi təsadüfi deyil - ŞƏRH
Hindistanın cari xarici siyasət praktikalarına nəzər yetirərkən görürük ki, baş nazir Narendra Modinin rəhbərliyi altında bu siyasətin əsas məqsədi ölkənin müstəqil qlobal güc kimi mövqeyini möhkəmləndirmək, milli təhlükəsizliyini qorumaq, iqtisadi imkanlarını genişləndirmək və müxtəlif güc mərkəzlər
23.10.2026 278 Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - Fotolar - Yenilənib
Fərhad Qurban oğlu Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltifə layiq görülüb. Qeyd edək ki, oktyabrın 26-da F.Xəlilovun 8
23.10.2026 375 "Əsas müttəfiqiniz Mehriban xanımdır"
"44 günlük müharibədə qazanılmış Zəfər və Sizin müsahibələr dünyaya göstərdi ki, Azərbaycan nədir, Azərbaycan kimdir. Doğrudan da bu, ağılasığmayan bir məsələdir. Doğrudan da Sizin təcrübəniz təbiətdən gələn bir keyfiyyətdir. Əlbəttə, bu yolu bizim Ulu Öndərimiz, dahi siyasi xadimimiz açdı. O, hə
23.10.2026 256