Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?
Milyonçu Mayk Blek unikal sosial eksperiment aparmaq qərarına gələrək, var-dövlətindən əl çəkərək evsiz qalıb. Onun məqsədi, başlanğıc kapitalı olmadan cəmi 12 ay ərzində 1 milyon dollar qazanmağın mümkün olduğunu sübut etmək idi.
Lent.az xəbər verir ki, o, bütün addımlarını və nəticələri "YouTube"da təqdim edib.
2020-ci ilin iyul ayında Mayk illərlə zəhmətlə qazandığı hər şeydən - evindən, avtomobilindən və bütün əşyalarından imtina etmək qərarına gəlib. O, bunu COVID-19 pandemiyası səbəbindən hər şeyini itirmiş və depressiyaya düşən dostlarına kömək etmək və onlara uğurun şans və ilkin kapitalda deyil, zəhmətlə olduğunu göstərmək üçün edib.
Mayk gözlədiyindən daha böyük çətinliklərlə üzləşib. O, evsiz həyatının ilk günündən küçədə yaşayan insanların üzləşdiyi bütün problemləri hiss edib. Ona su belə verilməyib və gecələmək üçün yer tapmaq olduqca çətin idi. Mayk ilk 300 dollarını onlayn mebel sataraq qazanıb. Təcrübənin beşinci günündə o, kompüter ala bilib və iki həftə sonra ofis icarəyə götürüb. Bir ay sonra o, kirayə müqaviləsi imzalayıb. Sonra SMM meneceri olub, müştəriləri cəlb edib və öz qəhvə brendini yaradıb. Lakin səhhətində ciddi problemlər olduğu üçün eksperimenti erkən bitirməli olub.
Mayk bu barədə "YouTube"da rəsmi açıqlama verərək çətin bir qərar verdiyini etiraf edib. O, iki otoimmün xəstəlikdən və ciddi oynaq problemlərindən əziyyət çəkdiyini bildirib.
Mayk hesab edir ki, milyon dollar qazana bilməsə də, onun təcrübəsi uğurlu olub. O, iradənin həyatını dəyişməyə kömək etdiyinə inanır və ehtiyacı olanlara kömək etməyin həmişə vacib olduğu qənaətinə gəlib.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1234 Tarix: 05 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB
Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl
20.09.2026 214 Tənhalıq ömrü 6 il qısaldırmış
Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd
24.09.2026 262 Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?
Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard
27.09.2026 199 Turlar.AZ - Xarici Turlar
saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço
27.09.2026 923 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?
Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrü
28.09.2026 108 Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla
26.09.2026 179 Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları
Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama
24.09.2026 928 Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20.09.2026 289 Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə
26.09.2026 186