Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMAAzərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən doğulan körpə sayı azalır. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 389 doğulan körpə qeydə alınıb. Bununla da ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən doğulan uşaq sayı azalaraq 11,5-dən 9,7-yə düşüb.

Məlumdur ki, təkcə Azərbaycan deyil, dünyanın bir çox ölkələrində bu proses gedir. Doğulan uşaqlar azalır, yaşlıların sayı çoxalır. Maraqlıdır, bu proses dünyanı hansı istiqamətə aparır? Doğulan körpə sayının azalması həqiqətən narahatedici faktordur, yoxsa buna təbii proses kimi yanaşmalıyıq?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Ölkə əhalisi əsrin sonuna qədər azalacaq

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdaliyeva də təsdiqləyib ki, son illər bir çox ölkələrdə doğuş nisbəti və ya bir qadının dünyaya gətirdiyi orta uşaq sayı aşağı düşür:

Mütəxəssislərin fikrincə, doğum nisbətində azalma tendensiyası davam edərsə, demək olar ki, bütün ölkələrin əhalisi əsrin sonuna qədər azala bilər:

"Bu dəyişiklik müasir dövrdə qadınların təhsilə və iş həyatına üz tutması, habelə ailə planlaması ilə bağlı məlumatların daha əlçatan olması ilə də səciyyələndirilir. Bununla yanaşı, dünyanı bürüyən müxtəlif yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının artması, boşanma sayında müşahidə olunan çoxalmalar, nikahların isə əvvəlki illərlə müqayisədə azalması təbii artımın qarşısını alan başlıca faktorlardandır".

Ölkəmizdə ən yüksək doğum göstəricisi

Qurum rəsmisi qeyd edib ki, ölkəmizdə ən yüksək doğum göstəricisi 1990-cı ildə qeydə alınıb:

"Belə ki, həmin ildə diri doğulan körpələrin sayı 182 989 nəfər olub. 2022-ci ilə dair statistik göstəricilərə baxdıqda, 2021-ci illə müqayisədə müəyyən artım müşahidə edilir. Belə ki, Azərbaycanda 2021-ci ildə 112 284, 2022-ci ildə isə 122 846 nəfər körpə doğulub".

Dünyada proses necə gedir?

ABŞ-nin Vaşinqton Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ölkələrin dörddə üçündə 2050-ci ilə qədər əhalinin sayı azalacaq. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının üzvləri "The Lancet"də dərc olunmuş müstəqil şərhlərində doğulan uşaq sayının azalmasının müsbət və mənfi cəhətlərini araşdırıblar. Mütəxəssislər deyirlər ki, doğulan uşaq sayının azalması əhalinin artması, ətraf mühit, ərzaq təhlükəsizliyi, sağlamlıq, iqlim dəyişikliyi və biomüxtəliflik baxımından fayda gətirə bilər, lakin səhiyyə, pensiya, sosial təminat, işçi qüvvəsi və geosiyasətə mənfi təsir göstərəcək.

Nə üçün insanlar uşaq dünyaya gətirməkdən çəkinirlər?
Dünyanı silkələyən bu vəziyyətin səbəblərinə gəldikdə isə iqtisadi vəziyyət, xəstəliklər, uşaq yetişdirmənin tələb etdiyi xərclər, doğuş planlamasının əlçatan olması və qadınların maariflənməsi göstərilir.

Bu vəziyyətdən narahat olmayan, əhalinin sayının azalmasını ətraf mühit üçün müsbət hal kimi qiymətləndirənlər də az deyil. Çünki düşünürlər ki, dünya əhalisi azaldıqda, əhali karbon emissiyalarını azaldacaq və meşə sahələri daha az məhv olacaq. Lakin təbii olaraq, əhalinin strukturunun dəyişməsi və yaşlıların sayının artmasının mənfi təsirləri daha çoxdur. Tədqiqatlar əhalinin strukturu ilə bağlı təəccüblü proqnozları ortaya qoyur.

401 milyon uşaq, 866 milyon yaşlı

Beş yaşa qədər dünya əhalisi 2017-ci ildəki 681 milyondan 2100-cü ildə 401 milyona, 80 yaşdan yuxarı dünya əhalisi 2017-ci ildəki 141 milyondan 2100-cü ildə 866 milyona yüksələcək. Tədqiqatçılar 2100-cü ilə qədər ölkələrin 97 faizində ümumi doğuş nisbətinin aşağı düşəcəyini proqnozlaşdırırlar. Məsələn, 2021-ci ildə bir qadına düşən doğuş nisbəti 2,23 olduğu halda, 2050-ci ildə bu rəqəmin 1,68-ə, 2100-cü ildə isə 1,57-yə düşəcəyi deyilir.

"Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər"

Azərbaycandakı əhalinin doğum səviyyəsi ilə bağlı açıqlanan statistika da onu göstərir ki, Avropa ölkələrindəki təklik, yalnızlıq hissi bizə də sirayət edir.

Psixoloq Nizami Orucov da təsdiqləyib ki, son vaxtlar ailə dəyərlərini yeniləri əvəzləyir:

"İnsan sosial varlıqdır, onun təkliyə çəkilməyinin sonu əksər vaxtlarda yaxşı nəticələnmir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. Bu, hedonizm fəlsəfəsidir. Hedonizm insanın öz hərəkətlərini ona həzz verəcək bir şəkildə planlaşdırması gərəkdiyini, həmişə həzz verənə yönəlmənin ən uyğun davranış şəkli olduğunu müdafiə edən fəlsəfi cərəyandır".

Psixoloq bildirib ki, bu gün gənclərin ailə qurmamasının və övlad sahibi olmamasının da kökündə hedonist düşüncə dayanır:

"Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır. Bizə gələn məktublardan bu görünür ki, əməlli-başlı ailə qurmağa qorxurlar. Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud da "evlənsəm bədbəxt olaram" qorxusu onları bu qərardan uzaqlaşdırır. Müasir həyatın informasiya bolluğu bizim həddindən artıq tərəddüd keçirməyimizə səbəb olur".

Yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər?

Mütəxəssislər 21-ci əsrdə dünyanın sarsıdıcı sosial dəyişikliklərlə rastlaşacağını vurğulayıblar. Maraqlıdır, yaşlıların çoxluq təşkil etdiyi dünya necə ola bilər? Professorlar aşağıdakı suallar qarşısında narahatdırlar: Yaşlı əhalinin çoxluq təşkil etdiyi ölkələrdə vergini kim ödəyəcək? Yaşlılara qayğı və sağlamlıq xidmətləri necə maliyyələşdiriləcək? Onların baxımını kim həyata keçirəcək? Bu baş versə, insanlar təqaüd ala biləcəklərmi? Bu sualların dəqiq cavabını zaman verəcək.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1025   Tarix: 12 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20.09.2026 214
.

Tənhalıq ömrü 6 il qısaldırmış

Yeni araşdırmaya görə, tənhalıq və sosial təcrid insanın əsas xəstəliklərdən azad yaşadığı müddəti əhəmiyyətli dərəcədə qısalda bilər. Təsirin qadınlar və kişilər arasında fərqli olduğu müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, "sosial təcrid" insanın başqaları ilə məhdud təmasd

24.09.2026 262
.

Üzümün faydaları nələrdir və kimlər onu çox yeməməlidir?

Üzüm payız mövsümündə süfrələrdə ən çox yer alan meyvələrdən biridir. Onu həm təzə halda yeyirlər, həm salat və desertlərə əlavə edir, həm də mürəbbə, şirə və kişmiş hazırlayırlar. Lakin bu şirin meyvənin orqanizmə hansı maddələri verdiyi və nə qədər yeyilməsinin uyğun olduğu çox vaxt diqqətdən kənard

27.09.2026 199
.

Turlar.AZ - Xarici Turlar

saytinda daxili turlarla yanaşı, xarici turlarla bağlı elanlar da gündəlik yenilənir. Sayta daxil olmaqla Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Maldiv adaları, Misir və digər məkanlara sərfəli xarici turlar əldə edə bilərsiniz!. Təbii ki, azərbaycanlı turistlər daha ço

27.09.2026 923
.

100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?

Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 100 ildən çox yaşı olan 10 ədəd əl ilə şəkilən rəsmlər gətirilib. açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan yaşı 100 ildən çox olan rəsmlərin ümumi dəyəri 5,89 min dollar təşkil edib. Beləliklə, gətirilən bir ədədin orta gömrü

28.09.2026 108
.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən və bəzi sağlamlıq problemlərindən qaynaqlana bilər. Səhərlər halsız oyanan insanla

26.09.2026 179
.

Tezbazar.Az - Xidmətlər, təmir, tikinti və digər xidmət elanları

Pulsuz elanlar saytı -da təmir, tikinti və digər xidmətlərlə bağlı elanlar yerləşdirilir. Evini təmir etdirməyə hazırlaşanlar və tikintiyə başlamaq istəyənlərin diqqəti bizdə olsun!. Onlayn elanlar platforması olan xidmətinizdədir! Biz sizə hər məsələdə kömək etməyə hazırıq. Təmir və ya tikintiyə başlama

24.09.2026 928
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20.09.2026 289
.

Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı

Artıq qalan və ya bişirilən yeməklərin saxlama qabına köçürülmədən bişirildikləri qazan və tavalarla birbaşa soyuducuya qoyulması sağlamlıq baxımından ciddi risklər daşıyır. Mütəxəssislər və mətbəx gigiyenası rəsmiləri bişmiş qidaların belə mikroorqanizmlər üçün cəlbedici mühit yaratdığına diqqət çəkərə

26.09.2026 186
.