Zaur Nudirəliyevin həyat yoldaşı Nərimanov bələdiyyəsində işlə təmin edilib
"Nərimanov bələdiyyəsində şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bu günlərdə Nərimanov RİH başçısı Elgin Həbibullayevin tövsiyəsi ilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nudirəliyeva bələdiyyədə işlə təmin edilib. Şöbə müdirinin müavini vəzifəsinə təyinat alan Nazilə Nudirəliyeva Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.
Təmraz Tağıyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev kimi qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyərək xalqımıza qələbə sevinci bəxş ediblər.
Sədr bildirib ki, Nərimanov Rayon İcra Hakimiyyəti, Nərimanov bələdiyyəsi şəhid və qazi ailələrinin müraciətlərini daim diqqətdə saxlamaqla qaldırılan problemlərin həllinə çalışır və bunu özünə borc bilir.
Qeyd edək ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində daimi işlə təmin edilib, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı, yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Xatırladaq ki, Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, Kürdəmir aviabazasının komandirinin uçuş hazırlığı üzrə müavini, "Su-25" hücum təyyarəsinin pilotu, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanıdır.
Məhz Zaur Nudirəliyevin sayəsində Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Ordusunun dayaq məntəqələri, canlı qüvvələri məhv edilib, həmçinin Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində hədəfə yaxınlaşan zaman idarə etdiyi "Su-25" hücum təyyarəsinin vurulması nəticəsində şəhid olub.
Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnikdir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 978 Tarix: 20 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
12:45 191 Metropoliten rəisinə yeni müavin təyin olundu - Foto
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
14:10 199 Vətən müharibəsində qazanılmış mühüm nailiyyətlərdən biri də Qubadlının azad olunmasıdır
Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlardan biri də Qubadlı şəhərinin işğaldan azad olunması əməliyyatı idi. Qubadlı rayonunu
14:38 179 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar
Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmə və əmlakı məhvetmədə təqsirləndirilən Cahangir Ramazanlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. BİG.AZ -a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiy
10:26 238 Paltaryuyan maşının gizli özünü təmizləmə funksiyası var: Onu bir neçə saniyədə necə aktivləşdirmək olar
Müasir paltaryuyan maşınların bir çoxunda cihazın daxili hissələrini təmiz saxlamağa və istismar müddətini uzatmağa kömək edən xüsusi özünütəmizləmə funksiyası mövcuddur. Lakin istifadəçilərin əksəriyyəti bu funksiyadan xəbərsizdir. xarici mediaya istinadla xəbər verir ki, özünütəmizləmə proqramında
19:45 2 Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışdı
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə yaxınlaşdıqlarını bildirib. xəbər verir ki, Tramp bu barədə danışarkən deyib: "Düşünürəm ki, həll yoluna yaxınlaşırıq. Yəqin ki, əvvəlkindən daha yaxınıq". Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ və Rusiya Ukraynada döyüşlərin dayandırılmas
11:06 203 Qubadlı rayonunun işğaldan azad olunmasından 6 il ötür
2020-ci il oktyabrın 20-sinədək Qubadlı şəhəri mənfur düşmən tapdağı altında idi. Lakin, Ali Baş Komandanımızın sərkərdəliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsində əzəli torpaqlarımızı işğaldan azad edərək bizi böyük zəfərimizə çatdırmışdır. Şübhəsiz ki, qələbəmizə gedən yolda ən mühüm əməliyyatlarda
11:56 258 Sevdiyiniz yeməklər sağlam qidalanmağa mane ola bilər - ARAŞDIRMA
İnsanların sevdikləri və xoşlamadıqları qidalarla bağlı formalaşmış fikirləri dəyişmək düşündüyümüzdən daha çətin ola bilər. Yeni araşdırma qida seçimlərinin arxasında duran psixoloji mexanizmlərə diqqət çəkib. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Yel Universitetinin alimləri təxminə
16:36 115 Meksikada sirli məxluq kameraya düşüb
Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında
11:18 270