"Azərbaycan xalqı Əli Kərimli və Cəmil Həsənli kimi antimilli ünsürlərin əsl simasına yaxşı bələddir" -Bəhruz Məhərrəmov
Avropa paytaxtlarında qala bilmək, qondarma "mühacir ömrünü" uzatmaq üçün Azərbaycana qarşı bütün siyasi oyunlarda iştirakçı olan "söyüş müxalifəti" daxilində ifşa prosesi başlayıb. Qarşılıqlı ittihamlardan bəlli olur ki, guya təqib olunan və buna görə "mühacir" etmiş bu kəslər "demokratiya", "insan haqları" kimi məsələlərin arxasına sığınaraq, şantaj yolu ilə pul qazanır və bir çox hallarda hakimiyyət daxilində hansısa oliqarx məmurun sifarişlərini yerinə yetirirmiş.
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, ölkədə ayrı-ayrı məmurların bu ləyaqətsiz kəsimdən özlərinin maraqları, habelə intiriqaları naminə istifadə etməsi ilə bağlı zaman-zaman məlumatlar gündəmə gəlməkdə idi. Bu gün isə əminliklə deyə bilərik ki, söyüş müxalifətinin fəaliyyət prinsipləri kimlərdən və hansısa formada və hansı niyyətlə sifarişlər almasına dair Azərbaycan dövlətində kifayət qədər səhih məlumatlar mövcuddur:
"Proseslərin gedişi göstərir ki, özünə "siyasi mühacir" deyən və Avropada şərəf və ləyaqətini satmaqla yaşayan qruplaşma əslində ayrı-ayrı marginal və cılız siyasi maraqların əsirinə çevrilmiş kölələrdir. Üstəlik həmin şəxslər üçün siyasi baxış və yaxud ideologiya anlayışı yoxdur və onlar pulunu ödəyən hər kəs üçün istənilən ləyaqətsiz sifarişi yerinə yetirməyə hazırdırlar. Bu isə öz növbəsində Azərbaycanın yaratdığı yeni reallıqlarla barışmaq istəməyən Qərb dairələrinin xüsusi xidmət orqanları üçün əlverişli imkan idi və ötən dövr ərzində həmin şəxslərin xarici xüsusi xidmət orqanlarının aydın təxribatçılıq sifarişlərini yerini yetirdiyinə şahidlik etmişik. Eyni zamanda çox təəssüflər olsun ki, ölkədə ayrı-ayrı məmurların bu ləyaqətsiz kəsimdən özlərinin maraqları, habelə intiriqaları naminə istifadə etməsi ilə bağlı zaman-zaman məlumatlar gündəmə gəlməkdə idi. Bu gün isə əminliklə deyə bilərik ki, söyüş müxalifətinin fəaliyyət prinsipləri kimlərdən və hansısa formada və hansı niyyətlə sifarişlər almasına dair Azərbaycan dövlətində kifayət qədər səhih məlumatlar mövcuddur. Hər kəs əmin ola bilər ki, Azərbaycan dövlətinin və Azərbaycan vətəndaşlarının maraqları və mənafeləri əleyhinə bu təxribatçı və cinayətkar fəaliyyətin iştirakçısı olan hər kəs ən qısa zamanda ifşa ediləcək, həmin şəxslər barəsində qanunun ən sərt üzü ilə müvafiq tədbirlər görüləcək.
Bu prosesin gedişi eyni zamanda ölkə daxilində özünə "milli şura" deyən antimilli ünsürlər toplusunun də sonunu gətirəcək. Çünki artıq sirr deyil ki, Avropadakı "siyasi mühacirlərlə" Azərbaycanın radikal antimilli kəsimi arasında çox sıx bağlar mövcuddur. Ötən dövr ərzində onlar vahid tezislər əsasında hərəkət edib və şübhə yoxdur ki, həmin tezislər hər iki istiqamətə eyni mənbələrdən daxil olub. Azərbaycan xalqı Əli Kərimli və Cəmil Həsənli kimi antimilli və tarixin zibilliyində olan ünsürlərin əsl simasına yaxşı bələddir. Lakin bu proseslər və araşdırmaların gedişatı eyni zamanda onların da riyalar və xəyanətkar mahiyyətinin başqa aspektlərini də bir daha ifşa etmiş olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1120 Tarix: 30 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTorpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA
Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr
13:04 118 Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr
İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə
21.10.2026 386 Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi
Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman
21.10.2026 352 Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı
Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə
13:19 112 Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!
Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü
21.10.2026 434 Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?
Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında
12:45 124 Payız niyə yaz kimi keçir?
Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı
11:03 191 Hansı itlər daha az yaşayır və niyə?
İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə
21.10.2026 347 Meksikada sirli məxluq kameraya düşüb
Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında
11:18 190