"Həftədə 4 qədəh şərab içmək diabetin yaranma riskini azaldır" - Şərabın bilmədiyiniz faydaları

"Həftədə 4 qədəh şərab içmək diabetin yaranma riskini azaldır" - Şərabın bilmədiyiniz faydalarıŞərab digər alkoqollu içkilər kimi zərərli sayılır. Bəs şərabın bilmədiyimiz faydaları varmı?

A+CO Açıq Səhmdar Cəmiyyətinin (Xırdalan şərab) şərab istehsalı üzrə texnoloqu İlkin Süleymanov BiG.AZ-a bildirib ki, şərabın göz sağlamlığı,ağız boşluğu sağlamlığı, diabetdən müdafiə vasitəsi, kosmetik, hətta stres əleyhinə vasitə kimi faydaları mövcuddur. Həftədə 4 qədəh şərab içmək diabetin yaranma riskini kişilərdə 27 faiz, qadınlarda isə 32 faiz aşağı salır:
"Həftədə 4 qədəh şərab içmək diabetin yaranma riskini azaldır" - Şərabın bilmədiyiniz faydaları"Şərab Azərbaycanda uzun illlərdir ki, istifadə olunan içkidir, qədim tarixə malikdir. Onun bir sıra faydaları mövcuddur. Müasir texnologiyanın inkişafı göstərir ki, şərab və üzümün tərkibində 400-dən artıq üzvü və qeyri-üzvü birləşmə mövcuddur. Bunlardan ən çox öyrəniləni üzvü turşular, karbohidratlar, polifenol maddələri və qeyri-üzvü maddələrdir. Bu maddələrin insan sağlamlığına təsirləri mövcuddur. İlk öncə faydalarından danışmaq istərdim. Son zamanlar araşdırmalar göstərir ki, şərabın göz sağlamlığı,ağız boşluğu sağlamlığı, diabetdən müdafiə vasitəsi, kosmetik, hətta stres əleyhinə vasitə kimi faydaları mövcuddur. Şərabın kosmetik vasitə kimi istifadəsi mümkündür. Quru və qırmızı şərablar bu xassələrə malikdir. Kolfeo Universitetinin alimləri şərabda olan yüksək miqdarda antioksidant maddələrin bakteriyaların artmasına maneə törətdiyini sübut ediblər. Antioksidantlar dərini cavanlaşdırır,elastikliyini artırır. İnsan müəyyən qədər şərab qəbul etdikdə qan dövranı sürətlənir və həmin nayihələrə qan axışı sürətlənir. Bu da dərinin cavan qalmasına gətirib çıxarır. Şərab diabet xəstəliyindən müdafiə vasitəsi kimi də araşdırma aparılır. Belə ki, Cənubi Danimarka Universitetindən olan bəzi tədqiqatçılar bunu təsdiqləyiblər. Onlar 5 il tədqiqat aparıblar və 60-70min nəfərin vəziyyəti təhlil olunub. Məlum olub ki, həftədə 4 qədəh şərab içmək diabetin yaranma riskini kişilərdə 27 faiz, qadınlarda isə 32 faiz aşağı salır. Tərkibində böyük miqdarda spirt olan alkoqol isə əksinə, bu xəstəliyə yoluxma riskini artırır. Yəni burdan da belə qənaətə gəlmiş oluruq ki, spirtli içkilər arasında şərab gündəlik dozanı keçməmək şərtilə insan sağlamlığı üçün faydalı təsir göstərir. Ağız boşluğunu dezinfeksiya edən vasitə kimi də şərabın antiseptik faydası mövcuddur. İspaniyada olan tədqiqatçılar müəyyən edib ki, şərabın tərkibindəki polifenollar ağızdakı zərərli maddələri minimuma endirir. London Kollec Universitetinin oftolmologiya institutunun elmi tədqiqatçıları bu faktı bizimlə bölüşürlər ki, şərab göz sağlamlığına faydalıdır. 150 -300 ml şərab kataraktın ortaya çıxma riskini 23 faiz azaldır. Şərabın tərkibində bir sıra üzvü maddələr var. Bunlardan biri polifenollar sinfinə aid olan resveratroldur. Resveratrol güclü antioksidant özəlliyə sahib birləşmədir. Bu birləşmə tanıdığımız E vitaminindən 50 dəfə, C vitaminindən 30 dəfə çox antioksidant xassələrə malikdir. Bu maddənin gündəlik norma daxilində istifadəsi ürək-damar sistemi, qan dövranı, mədə bağırsaq xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir. Hazırda bu sahədə geniş araşdırmalar aparılır. Özüm də resveratrolun insan sağamlığında rolu, zərərli və faydalı tərəflərini araşdırıram".

O qeyd edib ki, şərabın gündəlik istifadə norması 150 -300 ml -dir. Dozanı keçəndə çərab zərərli ola bilər:
"İndi isə şərabın zərərlərindən danışmaq istərdim. Ekspertlər qeyd edirlər ki, mütəmadi olaraq şərab içməyin ciddi zərərli təsirləri ola bilər. Şərabdan istifadə ürəyimizin çox tez və nizamsız döyünməsinə gətirib çıxarır.2021-ci ilin yanvar ayında Avropa Ürək jurnalında bir məqalə dərc edilmişdir. Bu məqalədə göstərilir ki, sutkalıq normanın üstündə qəbul olunan hər hansı alkoqollu içki ürək kameralarının fibilyasiya riskini 16 faiz artırır. Qaraciyər serrozunu artırma riskini nəzərə almaq lazımdır. Sutkalıq normanı keçən insanlarda bu risk 10 -15 faiz artmışdır. Qida borusu problemi, yuxu pozulması kimi problemlərə şərabın və digər alkoqollu içkilərin təsiri var. Sonda qeyd etmək istərdim ki, dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi, bir inci safllğı varsa da suda, artıq içiləndə dərd verir o da. Yəni hər şeyin artığı ziyandır. Tövsiyə edərdim ki, istənilən spiritli məhsulu, eyni zamanda şərabı gündəlik normadan artıq istifadə etməsinlər. Bu da 150 -300 ml civarındadır. Bu miqdarda istifadə olunduqda ziyandan çox faydası var".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1528   Tarix: 30 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Torpaq mübahisələrinin araşdırılması necə aparılır?-AÇIQLAMA

Azərbaycan Respublikasında torpaq münasibətlərinin hüquqi əsaslarını ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, Torpaq Məcəlləsi, Mülki Məcəlləsi, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında", "Torpaq icarəsi haqqında", "Daşınmaz əmlakın dövlət reyestr

13:04 118
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 386
.

Ukrayna Rusiyanın səkkiz iri neft çənini məhv etdi

Ukraynanın dronlarla Rusiyanın Rostov-na-Donu şəhərindəki Novoşaxtinsk Neft Məhsulları Zavodunun neftyükləmə terminalına endirdiyi zərbə nəticəsində 12 iri çəndən ən azı 8-i zədələnib. Teleqraf xəbər verir ki, hücumun nəticələri barədə "Exilenova+" məlumat yayıb. Qeyd edilib ki, hücum zaman

21.10.2026 352
.

Prezident Texnologiyalar parkı ilə bağlı Fərman imzaladı

Texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddi müəyyənləşəcək. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, Nazirlə

13:19 112
.

Azərbaycanı "ikinci Ukrayna" ilə hədələyənlər Türkiyənin aqibətini düşünsünlər!

Azərbaycanı "Ukrayna aqibəti" ilə hədələyənlərin diqqətinə!. Türkiyənin "Yeni Şəfəq" qəzeti Ankara-Bakı münasibətlərinə dair növbəti - son həftələrin isterik fonunda Türkiyə mediasında yazılan bəlkə də yüz birinci - məqaləsini dərc etdi. Normalda, bunu media səhifələrində hər gü

21.10.2026 434
.

Hörmüz böhranı Azərbaycana da təsir edir: Qiymətlər daha da artacaq?

Hörmüz boğazında gəmilərin hərəkətində yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır. Neft və qaz tədarükündə mümkün fasilələr enerji qiymətlərinin yüksəlməsinə, daşınma xərclərinin artmasına və ərzaq məhsullarının bahalaşmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə enerji idxalında

12:45 124
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 191
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 347
.

Meksikada sirli məxluq kameraya düşüb

Meksikanın Çivaua ştatında sakinlər sirli ağ yırtıcının peyda olduğunu bildiriblər. İddialara görə, heyvan fermerlərin təsərrüfatlarına girərək toyuq və dovşanları aparır. xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb. Məşhur paranormal tədqiqatçı Jaime Maussanın açıqlamalarında

11:18 190
.