HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!

HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!HONOR şirkəti Azərbaycanda yeni HONOR 200 seriyasına daxil olan HONOR 200 Lite modelinin tezliklə satışa çıxmağını elan edib.
HONOR 200 Lite - müstəsna şəkil keyfiyyətini və təkmilləşdirilmiş performansı özündə birləşdirən universal bir smartfondur. Sözü gedən bu cihaz, cəlbedici foto çəkiliş imkanları, immersiv ekran, göz oxşayan dizayn və istifadə rahatlığı ilə hər kəsə yeni istifadə təcrübəsi təqdim edir.
Belə ki, smartfon düz kənarlı və yuvarlaq künclü korpusla təchiz edilmişdir. Cihazın ölçüləri 161,1 × 74,6 × 6,8 mm, çəkisi isə 166 qram təşkil edir. Korpusun incə və yüngül olmasına baxmayaraq, HONOR 200 Lite yüksək davamlığa sahibdir və hətta 1,65 metr hündürlükdən təsadüfi düşmələrə tab gətirə bilir.
Smartfon 2412 × 1080 piksel təsvir ölçüsünü dəstəkləyən, düz, 6,7" AMOLED displeylə təchiz edilib. İşıq titrəməsi olmayan ekran, istifadə sahəsinin artırılması üçün inanılmaz geniş faydalı sahəyə malik olub, hətta parlaq günəş işığı altında belə təsvir dəqiqliyini qoruyub saxlaya bilir. AMOLED displeylər dolğun qara rənglər, əla baxış bucaqları və zəngin rəng çalarları ilə tanınır, belə ki, HONOR 200 Lite smartfonunda istifadə olunan bu ekran, məzmuna baxmaq və oyun oynamaq üçün əla həldir.
Ekran həm də minimal çərçivələri və 50 MP təsvir ölçülü, ön, geniş bucaqlı kamera üçün nəzərdə tutulmuş kəsiklə diqqət çəkir. Selfi kamerası HONOR RAW Domain alqoritmi üzərindən işləyərək, istənilən işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər çəkməyə imkan yaradır. O, həmçinin çəkiliş keyfiyyətinin artırılması üçün avtomatik FOV keçidi və selfi işığı ilə təchiz edilib.
Mat örtüklü arxa paneldə isə üç təsvir sensorlu kamera modulu yerləşdirilmişdir ki, bunlardan 108 MP-lik əsas, 5 MP-lik geniş bucaqlı və 2 MP-lik makro kameranı qeyd etmək olar. Əsas kamera yüksək dəqiqlikli təsvirlərin çəkilişini dəstəkləyir və istifadəçilərə müxtəlif fokus məsafəsində heyrətamiz şəkillər çəkməyə imkan verən, üç fərqli portret rejimi təklif edir. Qalan iki sensor: geniş bucaqlı çəkiliş üçün f/2.2 və makro çəkilişlər üçün f/2.4 optika ilə təchiz olunmuşdur.
Yeni cihaz, MediaTek Dimensity 6080 prosessoru (2,4 GHz-ə qədər tezliyə malik iki Cortex-A76 nüvəsi, 2,0 GHz-ə qədər tezliyə malik altı Cortex-A55 nüvəsi və Mali-G57 MC2 qrafik nüvəsi) əsasında hazırlanıb. Bu səkkiz-nüvəli prosessor gündəlik istifadənin öhdəsindən asanlıqla gələrək, istifadəçilərə sosial media əlavələrindən yararlanmağa, internetdə vaxt keçirməyə və eyni anda birdən çox proqramı rahatlıqla işlətməyə imkan yaradır. Həmçinin, smartfon ümumi performansın artırılması üçün 8 GB RAM və 256 GB daxili yaddaş təklif edir.
Cihaz, Magic Capsule, Magic Portal və Parallel Space funksiyalarını dəstəkləyən Android 14 əsasında işləyən, MagicOS 8.0 əməliyyat sistemi ilə təchiz edilmişdir. Burada, Magic Capsule müxtəlif bildirişləri göstərmək üçün ön kameranın ətrafındakı ərazini genişləndirir. Magic Portal isə növbəti hərəkətlərinizi avtomatik təyin etmək üçün nəzərdə tutulmuşdur ki, bu da sizə bir əməliyyatla cihazlar arasında tətbiqlərə və xidmətlərə tez daxil olmaq imkanı yaradır. Parallel Space ekranı vizual olaraq iki hissəyə bölərək, eyni anda iki proqramdan istifadə etməyə kömək edir, həmçinin eyni tətbiqi eyni anda iki müxtəlif hesabdan aktiv etməyə imkan yaradır.
Bundan əlavə, HONOR 200 Lite 4500 mAh tutumlu böyük akkumulyatora və 35 Vt gücündə HONOR SuperCharge yükləmə cihazı ilə təchiz edilib ki, bu da sürətli enerji doldurumu imkanları ilə smartfonun müntəzəm şəkildə işləməsini təmin edir.
Yeni smartfon qiymət və preformans nisbətinin əla təcəssümüdür və hər kəsə yeni istifadə təcrübəsi bəxş edəcəkdir. Smartfon üç rəng seçimində satışa çıxarılacaq: ulduzlu göy, mavi göl və gecəyarısı qara. Yeni HONOR 200 Lite-i İrshad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store və Umico mağazalarında satışa çıxacaq.
Cihaz haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.honor.com/az/phones/honor-200-lite/

HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1147   Tarix: 01 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının iki rayonunda işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 22-də Yasamal və Binəqədi Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) xidmət ərazilərində bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və sınaq işlər

10:00 171
.

Azad və çiçəklənən Qubadlı

Altı il bundan əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəsi müasir Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Xalqımız 30 ilə yaxın idi ki, bu günləri gözləyirdi! Azərbaycan güclü iqtisadiyyat, güclü ordu quraraq, sosial-siyasi islahatlar apararaq, beynəlxalq hüquq

12:11 159
.

Bu gündən qripə qarşı peyvəndləmə başlayır

Payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riskinin artması müşahidə olunur. Səhiyyə Nazirliyindən -a bildirilib ki, əhali arasında qrip və digər respirator infeksiyaların yayılmasının qarşısının alınması, eləcə də profilakti

21.10.2026 357
.

Yardımlıya icra başçısı təyin olundu - Sərəncam

Orxan Fərmayıl oğlu Məmmədov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Yardımlı RİH başçısı Ayaz Əsgərov bu ilin sentyabrında vəzifəsindən azad olunmuşdu. O, 2016-cı ildən sözügedə

12:55 83
.

Azərbaycan işğala son qoymaqla torpaqlardakı terror yuvasını dağıtdı

Altı il əvvəl Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəsilə İranla olan 132 km-lik sərhədini bərpa etdi, beynəlxalq cəmiyyət üçün təhlükə yaradan Ermənistanla İranın birgə hərəkətlərinin qarşısı alındı. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın vaxt ərzində İranla Ermənista

11:47 164
.

Həmin ada 5 milyona satılır - Fotolar

Egey dənizində, Türkiyə sahillərinə yaxın yerləşən Yunanıstana məxsus Strongilo adası 5 milyon dollara satışa çıxarılıb. Təxminən 219 min kvadratmetr ərazisi, üç təbii çimərliyi və toxunulmamış təbiəti ilə seçilən ada şəxsi mülk və ya turizm layihəsi üçün potensial imkanlar vəd edir. "Qafqazinfo"

21.10.2026 367
.

Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi

Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, o, 2024-cü ildə dövlət başçısının Sərəncam

12:48 127
.

Hansı itlər daha az yaşayır və niyə?

İri cins itlər, adətən, kiçik cinslərə nisbətən daha az yaşayırlar. Alimlər təxminən 900 itin DNT-sini araşdıraraq bu fərqi izah edə biləcək dəyişikliklər aşkar ediblər. xəbər verir ki, iri itlər epigenetik səviyyədə kiçik cinslərə nisbətən daha sürətlə qocala bilər. Alimlər DNT-də müəyyən dəyişikliklə

21.10.2026 347
.

Payız niyə yaz kimi keçir?

Oktyabrın ötən 21 günündə Bakıda və Abşeron yarımadasında orta tempratur 23-25 dərəcə olub. Ayın 18-də isə Bakıda 30 dərəcə isti qeydə alınıb. Halbuki, oktyabr ayı üçün aylıq iqlim norması 16,1 dərəcədir. Havaların yağıntısız və isti keçməsi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Xüsusilə payızlı

11:03 180
.