Maaşlarla bağlı yeni qaydalar - Artım nə qədər olacaq?

Maaşlarla bağlı yeni qaydalar - Artım nə qədər olacaq?Əməkhaqqı təkcə işçiləri deyil, həm də işəgötürəni maraqlandıran həssas məsələdir. Əgər söhbət minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsindən gedirsə, onda məsələnin daha çox suallar doğurması təbiidir.

BiG.AZ Kaspi qəzetinə istinadən xəbər verir ki, bu günlərdə gündəmi zəbt edən "Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər" xəbəri də cəmiyyətdə çoxsaylı suallar yaradıb. Məlumat Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb.

Məsələ ilə bağlı ekspertlərin dünya təcrübəsinə istinad edilən "Dünya ölkələrində minimum aylıq əməkhaqqı yoxdur, minimum saatlıq əməkhaqqı mövcuddur. Minimum saatlıq əməkhaqqına görə minimum aylıq əməkhaqqı hesablanır" kimi fikirləri durmadan tirajlanmaqdadır.

Amma keçid zamanı hesablamanın necə aparılması, saatlıq əməkhaqqını təmin etmək üçün hansı şərtlərin irəli sürülməsi və s. kimi suallar hələlik açıq qalır.

Daha yüksək əməkhaqqına vəsilə olacaq?

Bir sıra ölkələrdə bu təcrübənin tətbiq olunduğunu deyən millət vəkili Vüqar Bayramov izah edir ki, keçidin əsas mahiyyəti məhz əməkhaqqının ay üzrə deyil, saatlar üzrə hesablanmasıdır: "Məqsəd ondan ibarətdir ki, vətəndaşın işlədiyi saatlara uyğun olaraq, əməkhaqqının hesablanması və ödənilməsi həyata keçirilsin. Bu, praktik olaraq aylıq minimum əməkhaqqını sıradan çıxması anlamına gəlmir. Çünki bu zaman saatlıq minimum əməkhaqqı əsasında ay üzrə minimum əməkhaqqı hesablanması mümkündür. Nəticədə bu, imkan verəcək ki, baza olaraq saatlıq minimum əməkhaqqıdan istifadə olunsun və onun əsasında aylıq maaş müəyyən edilsin. Bu da təbii ki, ay üzrə vətəndaşın əldə etdiyi əməkhaqqı məbləğinin müəyyənləşdirilməsinə gətirib çıxaracaq. Ona görə də gözlənilir ki, saatlıq əməkhaqqına keçid olarsa, bu zaman təbii ki, aylıq minimum da nəzərə alınmaqla qaydalar tənzimlənəcək". İqtisadçının sözlərinə görə, saatlar üzrə qiymətləndirilmə həyata keçirildiyi üçün bu, vətəndaşa bir yerdə deyil, bir neçə yerdə işləmək imkanı verə bilər. Nəticə etibarilə bu, işçinin daha yüksək əməkhaqqı almasına gətirib çıxarar".

Həftə sonu, bayram günləri işləyənlər sevinə bilərlər

V.Bayramov bildirir ki, müəyyənləşdiriləcək minimumlar həm özəl, həm də dövlət sektoru üçün keçərlidir: "Bu zaman hər hansı mülkiyyət mənbəyinə görə fərqləndirmə olmayacaq. Təbii ki, məbləğ mexanizmin özündən asılı olaraq müəyyənləşəcək. Bu, həm saatların sayı ilə bağlı minimumlar, həm minimum əməkhaqqı ilə bağlı mövcud qaydalar və gözləntilər nəzərə alınaraq müəyyənləşəcək məbləğ olacaq. Ona görə indidən saatlıq əməkhaqqının məbləğini söyləmək praktik olaraq mümkün deyil. Təbii ki, əsas meyar ondan ibarət olacaq ki, minimum əməkhaqqı məbləği nəzərə alınmaqla müəyyənləşsin. Bu da imkan verəcək ki, vətəndaş ay ərzində minimum əməkhaqqıdan daha yüksək əməkhaqqı ala bilsin". Qeyri-iş günlərinə və iş saatından artıq işləyən işçilərə gəlincə, ekspertin dediyinə görə, bu zaman qeyri-iş günləri, hətta işdən sonra işləyənlər üçün saatlıq əməkhaqqı məbləği fərqli olacaq: "Əslində, saatlıq əmək haqqının özəlliyi ondan ibarətdir ki, vətəndaş həftə sonu, bayram günlərində və ya iş saatından sonra çalışırsa, bu haqda xüsusi əmsala vurulmaqla onun əməkhaqqı hesablansın. Ona görə bu, imkan verəcək ki, daha çox işləyən, həftə sonu, qeyri-iş günləri işə dəvət olunan vətəndaşların əmək haqqı daha yüksək olsun. Bu, iş adamları tərəfindən daha aşağı əmək haqqının ödənilməsinin qarşısını ala bilər".

Əməyin ödənişi sistemində müasir standart

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov da təklif edilən yeniliyi əməyin ödənişi sistemində müasir standart kimi görür: "Yəni ixtisası olmayan bir işçi üçün bir saat ərzində minimum nə qədər ödəmək olar? Bu məsələdə "yuxarı" hədd tənzimlənmir, yalnız aşağı həddi nəzərdə tutulur. Bizim Əmək Məcəlləsində sosial-iqtisadi şərait nəzərə alınmaqla ixtisassız işçiyə verilə biləcək minimum əməkhaqqı mövcuddur. Gündə 8, həftədə 40, ayda 167 saat işləyən bir işçiyə 345 AZN-dən aşağı əməkhaqqı vermək olmaz. Fikrimcə, minimum əməkhaqqı bir saata 2 manat 05 qəpik düşür. Biz bunu 1 manat artırsaq belə, yekun məbləğ 500 AZN-i keçəcək. Dövlətin belə bir artıma gedib-getməyəcəyini bilmirəm. Çünki artım olsa, bu, dövlət büdcəsinə əlavə xərclər deməkdir".

Ekspert bu istiqamətdə qərarın yaxın vaxtlarda qəbul olunacağına əmin deyil:

"Fikrimcə, müvafiq qurumlar bununla bağlı təkliflərini hazırlayacaq, müəyyən hesablamalar aparacaq, bır sıra qanunvericilik aktlarına dəyişiklik ediləcək".

Ekspertin fikrincə, saatlıq əməkhaqqının iş saatından artıq və qeyri-iş günləri işləyənlərə aidiyyəti olmayacaq:

"Belə çıxmasın ki, bundan sonra kim neçə saat işlədi, ona görə əməkhaqqı alacaq. Tutaq ki, kimsə dövlət qulluğunda bir inzibati vəzifə tutur, onun şərti əməkhaqqı 1000 AZN-dir və əmək müqaviləsində gündəlik 8 saat işləməsi yazılıbsa, o, əvvəlki kimi işləyəcək, onun üçün heç nə dəyişməyəcək. Və yaxud, siz jurnalistsiniz, gündə 8 saat işləməlisiniz və buna görə sizə 700 AZN pul ödənilir. Yeni qayda sizə də şamil edilməyəcək. Bunun minimum əməkhaqqı alanlara aidiyyəti olacaq". S.Məmmədov bütün hallarda belə bir müzakirənin olmasını dəstəkləyir: "Hələ MDB ölkələri bu sistemə keçməyiblər. Ola bilər ki, biz bu keçidi edən ilk ölkə olaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1177   Tarix: 02 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentlər təltif olundu

Bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasını

10:33 231
.

AzTU-da elektron diplomlar verilir - Rektor ilk diplomları imzaladı

İyulun 30-da Azərbaycan Texniki Universitetində (AzTU) elektron diplomların verilməsinə başlanılıb. "Qafqazinfo" xəbər verir ki, proses "Təhsil haqqında" Qanunun 27-ci maddəsinə, həmçinin Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tib

14:06 159
.

Paşinyandan diqqətçəkən açıqlama: Yerli balıqlardan imtina edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli balıq təsərrüfatlarında yetişdirilən balıqları keyfiyyəti ilə bağlı narahatlıqlar səbəbindən istehlak etmədiyini açıqlayıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. "Bu açıqlama ajiotaj yaradacaq, lakin mən uzun müddətdir ki, fermalard

11:34 156
.

Qırğızıstanda "Baku Resort & Spa" açıldı

Bu gün Qırğızıstanda, İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Resort & Spa" mehmanxanasının açılışı olub. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqu

16:18 128
.

Alimlər qədim adətin sirrini açıqladı: İnsanlar niyə ölülərini evdə dəfn edirdilər?

Min illər boyu dünyanın müxtəlif bölgələrində insanlar yaxınlarını qəbiristanlıqlarda deyil, yaşadıqları evlərin içində və ya həyətyanı sahəsində dəfn ediblər. Antropoloqların yeni araşdırması bu qədim ənənənin səbəblərini və onun niyə zamanla demək olar ki, tamamilə yoxa çıxdığını ortaya qoyub. Qaynarinf

30.07.2026 297
.

Süni intellektə etibar etmək olarmı? Şəxsi məlumatlar nə dərəcədə qorunur?

Son illərdə süni intellekt əsaslı platformalardan istifadə sürətlə artıb. İnsanlar bu sistemlərdən təkcə məlumat almaq üçün deyil, həm də şəxsi problemlərini bölüşmək, sənədlərini yoxlatdırmaq, hətta iş və maliyyə ilə bağlı məsləhətlər almaq üçün istifadə edirlər. Bu isə vacib bir sualı gündəmə gətirir

12:22 161
.

"Keçid ballarının artacağı gözlənilir"

"I ixtisas qrupu üzrə 600-dən yuxarı balı olan ixtisaslarda keçid ballarının 1-2 bal azalacağı gözlənilir. 500-600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər". "Qafqazinfo" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszad

16:03 161
.

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın apellyasiya şikayəti üzrə ilk məhkəmə baxışı keçirilib. Baku TV-nin məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda cinayət işinin yenidən araşdırılmasına start verilib

15:09 273
.

Bakıdakı bu universitet bağlandı

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Axşam.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunu

10:40 193
.

TOP MP3