Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən usta həbs edildi

Məktəbdə 10 yaşlı qıza qarşı əxlaqsızlıq edən usta həbs edildiŞəmkir rayonunun kəndlərinin birində yerləşən orta məktəbdə 10 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etmiş şəxs həbs edilib.

"Qafqazinfo" xəbər verir ki, məktəbə usta kimi dəvət edilmiş və bu zaman orada şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətlər etmiş 1964-cü il təvəllüdlü Məmməd Məmmədov (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 153.2-ci (Əxlaqsız hərəkətlər) maddəsi ilə məsuliyyətə cəlb edilib.

Bildirilib ki, M.Məmmədov məktəbin müəllimlərindən biri tərəfindən sinif otağının pəncərəsi sındığı üçün məktəbə dəvət edilib. Orada olarkən 64 yaşlı kişi 4-cü sinif şagirdi olan Kərimənin (şərti adlı) tək olduğunu görərək ona yaxınlaşıb və xoşagəlməz hərəkətlər edib. Məmmədin əlindən çıxan şagird məktəbin arxa tərəfinə qaçıb.

Azyaşlı qız daha sonra evə getdikdə ağlayaraq hadisə barədə anası və dayısı arvadına danışıb.

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra M.Məmmədov bu ilin 7 yanvar tarixində həbs edilib. Mayın 7-də isə Şəmkir Rayon Məhkəməsi ona hökm oxuyub. Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməli etiraf edib. O, azyaşlını öz nəvəsi kimi doğmalıq hissi ilə öpdüyünü deyib.

Məhkəmə M.Məmmədova 2 il 3 ay həbs cəzası verib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 879   Tarix: 05 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təkcə mineral vanna deyil: Termal suların başqa hansı faydaları var?

Dünyanın müxtəlif ölkələrində məşhur olan termal suların müalicəvi xüsusiyyətlərinin əsasən tərkibindəki minerallar və digər təbii komponentlərlə əlaqəli olduğu bildirilir. Məsələn, xarakterik qoxuya malik kükürdlü termal sular dəri və tənəffüs sistemi vasitəsilə orqanizmi kükürd birləşmələri ilə təmi

30.07.2026 260
.

HƏMAS-ın tərksilah planı açıqlandı: Silahlar Milli Qəzza Komitəsinə veriləcək

Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi planı, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə və ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoyulması ilə bağlı planına uyğun olaraq, bu ilin yanvar ayında yaradılmış Milli Qəzza İdarəetmə Komitəsinə silahların təhvil verilməsini nəzərdə tutur. xəbə

11:12 134
.

Ekspert: Çin təbabətinin tətbiqi üçün təhsil sistemində dəyişiklik vacibdir

"Çin təbabətinin Azərbaycanda tətbiqi məsələsi gündəmə gətirilirsə, ilk növbədə bu istiqamətdə təhsil sistemində müəyyən dəyişikliklər edilməlidir. Bunun üçün zəruri infrastruktur yaradılmalı, Çin təbabətinin metod və yanaşmalarını bilən peşəkar mütəxəssislərin hazırlanmasına başlanılmalıdır"

14:28 136
.

Prezidentlə xanımının şərəfinə dövlət ziyafəti verildi

Bu gün Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və birinci xanım Ayqul Japarovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbua

11:30 154
.

Prezidentlər təltif olundu

Bu gün Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov 1-ci dərəcəli "Manas" ordenini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev isə "Heydər Əliyev" ordenini Qırğız Respublikasını

10:33 228
.

Bu ölkədə qadınların orta ömür uzunluğu ilk dəfə 90 ili keçə bilər

Cənubi Koreyada qadınların doğulduğu andan gözlənilən orta ömür uzunluğu 2030-cu ilədək ilk dəfə 90 ili keçə bilər. Bu nəticə 2017-ci ildə dərc olunmuş elmi araşdırmada irəli sürülüb. Qaynarinfo xəbər verir ki, "The Space Daily" nəşrinin yazdığına görə, araşdırmada bu nəticənin qəti fakt deyil

30.07.2026 258
.

Paşinyandan diqqətçəkən açıqlama: Yerli balıqlardan imtina edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli balıq təsərrüfatlarında yetişdirilən balıqları keyfiyyəti ilə bağlı narahatlıqlar səbəbindən istehlak etmədiyini açıqlayıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. "Bu açıqlama ajiotaj yaradacaq, lakin mən uzun müddətdir ki, fermalard

11:34 153
.

Hande Erçel yaşadığı çətinlikdən danışdı

Türkiyəli aktrisa Hande Erçel şəxsi həyatı və illər ərzində qazandığı təcrübələr barədə danışıb. Axşam.az xəbər verir ki, aktrisa "Based Istanbul"un yutub kanalına müsahibəsində tanınmış sima olmaqla şəxsi həyatı arasındakı balansdan söz açıb. Hande Erçel bildirib ki, zamanla yaşadığı hadisələ

15:35 144
.

Son 150 ilin ən güclü El Ninosu gəlir: Dünyanı nə gözləyir?

İqlimşünaslar bildirirlər ki, Sakit okeanda güclənən El Nino hadisəsi ən azı son 150 ildə müşahidə olunmayan miqyasa çata bilər. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının yazdığına görə, proqnozlar təsdiqlənərsə, okeandan istiliyin atmosferə ötürülməsi nəticəsində yaranan istilik dalğas

30.07.2026 337
.

TOP MP3