Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə eagro.az saytında qəbul edilir. Torpaq sahələri minimum 5 hektar olmaqla suvarılan və əkin üçün hazır vəziyyətə gətirilmiş ərazilərdə yerləşir.
Sahələrdə meyvə, tərəvəz, taxıl, kartof, üzüm və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur. Əkin sahələrində müasir damlama və ya çiləmə suvarma sisteminin olması tələb edilir.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadi ekspert AsiF İbrahimov bildirib ki,
bu təşəbbüs ilk növbədə, həmin ərazilərə insanların köçünü stimullaşdırmaq və orada dayanıqlı yaşayışı təmin etmək baxımından vacib addımdır:
"Çünki işğaldan azad edilmiş ərazilərdə insanların məskunlaşması üçün təkcə ev tikmək kifayət etmir. İnsanların yaşamaq üçün gəlir mənbəyi, iş imkanı və təsərrüfat qurmaq şəraiti də olmalıdır. Torpağın güzəştli şərtlərlə icarəyə verilməsi bu baxımdan insanlara əlavə stimul yaradır. Bu yanaşmanın digər işğaldan azad edilmiş ərazilərdə də tətbiqi və genişləndirilməsi məqsədəuyğun olardı. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər kimi rayonlarda kənd təsərrüfatı üçün yararlı torpaqların mövcudluğu həmin ərazilərdə yaşayan və ya oraya köçməyi planlaşdıran insanlar üçün iqtisadi imkanlar yarada bilər".
Müsahibimiz əlavə edib ki, insan öz doğma yurduna qayıdanda orada həm də gələcəyini qurmaq imkanının olduğunu görməlidir:
"Əsas məsələ insanların həmin ərazilərə köçməsini təmin etməklə yanaşı, orada qalıcı həyat qurmalarına şərait yaratmaqdır. Bunun üçün torpaq icarəsi ilə yanaşı, fermerlərə texnika, suvarma, maliyyə və məhsul satışı məsələlərində də dəstək göstərilməlidir. Belə olduqda insanlar həmin ərazilərdə həm yaşamaq, həm işləmək, həm də öz təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edərlər. Düşünürəm ki, bu cür təşviq mexanizmləri işğaldan azad edilmiş ərazilərin iqtisadi dirçəlişinə və məskunlaşmanın sürətlənməsinə xidmət edə bilər. Çünki insanların doğma torpaqlarına qayıdışını sürətləndirməyin ən təsirli yollarından biri orada normal yaşayış və gəlir əldə etmək imkanlarının yaradılmasıdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 117 Tarix: 21 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistan Rusiyadan başqa ölkələrin də AES təkliflərini dəyərləndirəcək
Rusiya ilə Ermənistan arasında münasibətlər heç vaxt soyuq olmayıb və hazırda da bu sahədə heç nə dəyişməyib. xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Sputnik Armenia-nın Telegram kanalına açıqlamasında bildirib. Nəşrin məlumatına görə, Paşinyan diplomatik sahədə və ya ortaq gündəlikd
11:20 149 Xocalıda torpaq güzəşti: "Digər rayonlarda da tətbiq edilməlidir" - TƏKLİF
Xocalı rayonunun Ballıca və Xanyurdu kəndlərində yaşayan sakinlərə kənd təsərrüfatı təyinatlı torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək. Bununla bağlı müraciətlərin qəbulu oktyabrın 21-dən başlayıb noyabrın 21-dək davam edəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Müraciətlər Elektro
13:38 84 Qulaqlarınızı cingildətməyin!
Bir müddət əvvəl bu köşədən dilə gətirmişdim: "Ağanın paltosunu tutan çox olar" deyə. Bəziləri bunu öz üzərinə götürüb, yanlış anlayıb, ya da elə işinə gəldiyi üçün qəribə bir təlaşla lazımsız giley-güzarlara, müxtəlif hallara bürünməyə başlayıb. Açıq və dəqiq deyim: Heç vecimə də deyilsiniz
20.10.2026 350 Həmkarı İlham Əliyevə zəng etdi
Oktyabrın 21-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcu
14:34 0 İranın Baş Qərargah rəisi qonşu ölkələri müharibə ilə hədələdi
"Regionda ABŞ-yə ev sahibliyi edən ölkələr bilməlidir ki, İrana qarşı yeni müharibə başlasa, onun alovu hamını cənginə alacaq". Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi deyib. Noyabrın 3-də ABŞ Konqresinə keçiriləcək seçkilərə toxunan Baş Qərarga
20.10.2026 376 Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20.10.2026 388 Sabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağ
12:43 161 Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
12:20 155 DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD
"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:
11:15 223