Azərbaycana narkotik vasitələrin ixracında Əfqanıstan və İran üstünlük təşkil edir

Azərbaycana narkotik vasitələrin ixracında Əfqanıstan və İran üstünlük təşkil edirBəşəri bəla hesab edilən narkotiklər insanların faciəvi taleyinə və cinayətkarlığın durmadan artmasına səbəb olan, xalqların və millətlərin genofondunun məhvinə gətirib çıxara biləcək əsas amillərdən biridir. Beynəlxalq birliyin bu qlobal problemlə mübarizədə səyləri birləşdirməsinə, sözügedən sahədə davamlı olaraq maarifləndirici və təbliğat xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, narkotik vasitələrin dünyada sürətlə yayılması müşahidə olunmaqdadır.

"Report" Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin məqaləsinə istinadən xəbər verir ki, qeyd olunan mənfi hallara dövlətlərin nəzarət mexanizminin qənaətbəxş səviyyədə olmaması, dünyanın bir çox yerlərində nəzarətdən kənar ərazilərin mövcudluğu, ölkələrarası geniş nəqliyyat və tranzit imkanlarının olması kimi məqamlar da təkan verməkdədir.

Bu gün beynəlxalq aləmdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı aparılan mübarizəyə respublikamız da önəmli töhfəsini verir, yaradılmış beynəlxalq əməkdaşlıq platformasında vacib rol oynayır. Əminliklə demək olar ki, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində qəbul olunmuş beynəlxalq konvensiyalara qoşulmuş Azərbaycanda bu sahə üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi üçün əsaslı milli qanunvericilik bazası formalaşdırılmışdır.

Məlumdur ki, müstəqilliyin ilk dövrlərindən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə göstərilən sahə üzrə hüquqi müstəvidə mühüm addımlar atılmış, Ulu Öndərin əvəzsiz səyləri sayəsində "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" 1999-cu il 18 iyun tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha effektiv aparılması, bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin koordinasiyasının gücləndirilməsi, maarifləndirmə tədbirlərinin intensiv həyata keçirilməsi, insanlara sağlam həyat tərzinin aşılanması məqsədilə müxtəlif vaxtlarda Dövlət proqramları qəbul edilmişdir.

Hazırda Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq olumuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda Dövlət Təhlükəsizliyi Xidmətinin də qarşısına digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət çərçivəsində vacib vəzifələr qoyulmuş və onlar hazırda uğurla icra olunmaqdadır.

Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidməti əsas vəzifəsi narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, habelə bu sahədə aidiyyəti qurumların fəaliyyətini əlaqələndirmək olan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində də öz təmsilçiliyini uğurla davam etdirərək bu yönümdə görülən işlərə öz töhfəsini verməkdədir.

Coğrafi baxımdan əlverişli məkanda, mühüm nəqliyyat qovşaqlarının və tranzit marşrut xətlərinin mərkəzində yerləşən Azərbaycanın daim məruz qaldığı narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi hallarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti respublikanın və tərəfdaş ölkələrin hüquq-mühafizə orqanları ilə birgə səmərəli mübarizə aparır, narkotik vasitələrin Azərbaycan ərazisinə qeyri-qanuni keçirilməsi və ölkəmiz vasitəsilə digər dövlətlərə daşınması cinayətlərinin və bu qəbildən olan digər qanunazidd əməllərin qarşısının alınmasında fəal rol oynayır.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin külli miqdarda qaçaq yolla narkotik vasitələrin daşınmasını aşağıda qeyd olunan marşrutlar üzrə həyata keçirmələri müəyyən edilmişdir:

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Türkiyə Respublikası - Rusiya Federasiyası;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Qazaxıstan - Rusiya Federasiyası - Qərbi Avropa;

İran İslam Respublikası - Azərbaycan Respublikası - Gürcüstan-Ukrayna-Qərbi Avropa (Rusiya - Ukrayna müharibəsinə qədər);

İran İslam Respublikası - Azərbaycan Respublikası - Rusiya Federasiyası - Yaponiya (Rusiya - Ukrayna müharibəsinə qədər).

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-axtarış tədbirlərinin təhlili göstərir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran İslam Respublikasının vətəndaşları dövlət sərhədi boyu yerləşən yaşayış məntəqələrində yaşayan və əsasən sosial təminatı aşağı olan Azərbaycan Respublikasının vətəndaşlarını narkotik ticarəti ilə bağlı cinayətkar fəaliyyətə cəlb edilirlər. Başqa bir qisim vətəndaşlarımız isə hər hansı digər vəziyyət və şərtlər daxilində (tibbi yoxlanışlar üçün İİR-ə səfər edərkən, habelə Azərbaycan ərazisində məhkumluq həyatı yaşayan İİR vətəndaşlarının AR vətəndaşları ilə yaratdıqları kontaktlar vasitəsilə və ya sosial şəbəkələr üzərindən təxmini tanışlıqlar quraraq) ələ alındıqdan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi üçün cinayətkar fəaliyyətə sövq edilirlər.

Bununla da narkotik vasitələri Azərbaycana göndərmək niyyətində olan cinayətkar qrup və ya şəxslər "tələyə düşmüş" Azərbaycan Respublikasının vətəndaşlarını aldadaraq onlara gördükləri iş müqabilində müəyyən miqdarda pul vəsaiti ödəməklə özlərinin daha çox qazanc əldə etməsini təmin edirlər.

Həmçinin həmin şəxsləri özlərindən asılı vəziyyətdə saxlamaq üçün "qurbanlarına" mütəmadi olaraq az miqdarda müxtəlif növ narkotik vasitələr "hədiyyə" edərək onları narkotik vasitələrin aludəçisinə çevirir, eyni zamanda "gördükləri işin" müqabilində həmin şəxslərə ödənəcək pul vəsaitini onlara hissə-hissə çatdırırlar. Qeyd olunan "ödəmə prinsipi" kuryer rolunda çıxış edən insanların narkotik vasitələrin mütəmadi olaraq daşınmasına sövq edilməsi üçün münbit şərait yaradır. Həmçinin bu şəxslərə müxtəlif vədlər verilərək qısa müddət ərzində maddi çətinliklərdən xilas olacaqları fikri aşılanır.

Aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Azərbaycan ərazisinə əsasən metamfetamin, metadon, heroin, kokain, qurudulmuş marixuana, həşiş, tiryək kimi ənənəvi narkotik vasitələr və psixotrop maddələr ixrac olunur və onların istehsal olunduğu ölkələr sırasında Əfqanıstan, İran üstünlük təşkil edir. Türkiyə və bir sıra Avropa ölkələrindən isə ekstazi, LSD və digər bu tip yeni nəsil psixotrop maddələr ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilir.

Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrinin daşınması ilə məşğul olan iri cinayətkar dəstələr zərərsizləşdirildiyindən, hazırkı dövrdə ölkə ərazisində bu kriminal fəaliyyətlə məşğul olan dəstələr əsasən orta və xırda qruplardan ibarətdir və pərakəndə halda fəaliyyət göstərirlər.

Mövcud statistik məlumatlara əsasən, qeyd edilən kateqoriyaya aid olan şəxslərin əksəriyyəti nəinki narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin digər maddələri ilə tövsif olunan ağır cinayətlər törədirlər.

Onu da qeyd etmək lazımdır ki, rəqib və düşmən dövlətlərin xüsusi xidmət orqanları narkotik vasitələrin aludəçilərinin "zəif nöqtələrini" bildikləri üçün onları Azərbaycan Respublikasının Konstitusiya quruluşuna və suverenliyinə qarşı yönəlmiş, ölkəmizdəki mövcud sabitliyin pozulmasına hesablanmış məkrli planlarına alət edə biləcəkləri istisna edilmir.

Bu səbəbdən bəşəri bəlaya çevrilən narkotik vasitələrə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin vəzifə borcu kimi qiymətləndirilməli və bu mübarizə davamlı və sistematik şəkildə aparılmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 618   Tarix: 08 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21.10.2026 242
.

Ərdoğan İlham Əliyevə zəng etdi

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. "Qafqazinfo" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər. Prezident Rəcəb Tayyi

21.10.2026 232
.

Jurnalistlərin adından saxtavatsap hesabları yaradılır - Xəbərdarlıq

Son günlər tanınmış jurnalistlərin adından saxta vatsap hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi barədə xəbərlər yayılıb. xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının yaydığı xəbərdarlıqda bildirilib. Bildirilib ki, hüquq-mühafizə orqanlarını

21.10.2026 212
.

Neandertallar bir-birini öldürürmüş? - 75 min illik sirr

İraqın şimalındakı Şanidar mağarasında tapılan 75 min illik Neandertal qalıqları qədim insan qohumları arasında zorakılığın miqyası ilə bağlı yeni suallar yaradıb. Alimlər sol kürək sümüyündə aşkarlanan 15 millimetrlik dəliyin taxta nizə zərbəsi nəticəsində yarandığını və bunun ölümcül zorakılığın ə

21.10.2026 158
.

Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi

"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. *. "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabinet

21.10.2026 170
.

Qadınların ən uzun yaşadığı ölkələr açıqlandı (SİYAHI)

Dünyada qadınların ən yüksək ömür uzunluğuna malik olduğu ölkələr açıqlanıb. Siyahının zirvəsindəki ölkə isə çoxlarının ilk ağlına gələn yerlərdən biri olmaya bilər. Qaynarinfo xəbər verir ki, Avropanın kiçik ölkələrindən Asiyanın inkişaf etmiş iqtisadiyyatlarına qədər uzanan bu sıralama qadınların ort

21.10.2026 162
.

"Titullu salonlardan çıxsınlar, reallığı görsünlər" - Zahid Orucdan Avropaya ÇAĞIRIŞ

"44 günlük Vətən müharibəsində qələbədən sonra Azərbaycanın tərəfdarlarının və müttəfiqlərinin sayı artmaqla yanaşı, ölkəmizə qarşı mübarizəsini açıq müstəviyə çıxaran beynəlxalq təşkilatlar, o cümlədən konkret dövlətlər də mövcuddur". Bu sözləri BİG.AZ-a açıqlamasında Milli Məclisin deputat

21.10.2026 344
.

Saç tökülməsinə qarşı kökündən HƏLL YOLU

Kişilərdə saç tökülməsinin müalicəsi üçün hazırlanan yeni dərman klinik sınaqlarda müsbət nəticələr göstərib. Tədqiqat zamanı preparatın saçların sayını artırmağa kömək etdiyi müəyyənləşdirilib. BİG.AZ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. ABŞ-ın Veradermics şirkəti tərəfində

21.10.2026 318
.

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - Siyahı

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxslər" siyahısına daxil edib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə

21.10.2026 260
.