"Belə suallarla yaramı təzələməyin" - Çinarə
Bir neçə gün əvvəl övladını itirən aparıcı Çinarə Əliyeva bununla bağlı daha bir paylaşım edib.
Axşam.az xəbər verir ki, o, yaxın zamanda yenidən işinə qayıdacağını açıqlayıb. Həmçinin, Çinarə ona övladını niyə itirməsi ilə bağlı sualların verilməməsini xahiş edib:
"Yazdığınız mesajlarınızla mənə güc verdiniz. Məni ayağa qaldırdınız. Düzdür, içimdə nə çəkirəmsə, Allahım buna şahiddir. Ailəm yanımdadır. Belə olmağını biz özümüz də istəmirdik. Amma Allahın bildiyi bir şey var, demək ki, belə olmalı imiş. Artıq özümü ələ almalıyam, çünki qarşıda işlərimiz var. Mənə çox çətindir. Neqativ şeyləri sevmirəm. Özünüz də bilirsiniz ki, mən, Çinarə hər zaman pozitivəm, deyib, gülürəm, çalışıram ki, sizə yaxşı xəbərlər çatdırım. Allahın bir yazısı var imiş ki, bu, belə oldu.
Qarşıda aparacağım məclislər var. Buna görə də özümü ələ almalıyam. Xahiş edirəm, heç kim məni qınamasın. Onsuz da bir il sonra belə işimin başına qayıtsam, yenə də bilirəm, xoş olmayan sözlər yazılacaq. Çalışın ki, mənə dəstək olun. Həqiqətən, bu aralar mənim sizin dəstəyinizə ehtiyacım var. İşimə qayıdıb, verilişlərimi çəkməliyəm. Qarşıda xına məclislərim var. İstəyirəm ki, ev yiyələrinin qarşısına pozitiv çıxım, onların məclislərini gözəl idarə edim. Bu hadisələr ürəyimdə qalsa da, çalışacağam yavaş-yavaş unudum. İnşallah, Allah məni mükafatlandırar. Hər şey gözəl olar.
Sizdən ən böyük xahişim, mənə artıq suallar verməyin. Məni mənasız suallarınızla yormayın. Mənə yazıq sifətlə baxmayın. Bilirəm ki, yenə də yaxınlaşıb "Niyə belə oldu?" sualını verəcəklər. Belə suallarla yaramı təzələməyin. Məni görəndə elə edin ki, sanki belə bir şey olmayıb. Bildiyinizi bilirsiniz, məsələ ilə bağlı açıqlama da vermişəm".
Qeyd edək ki, Çinarə Ruslan Rəsulla ailəlidir.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kim belə fikir çatdırırsa, yalandır" - Aysel
Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb:. "Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağ
10.10.2026 330 25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17.10.2026 395 Oğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10.10.2026 519 İranlı rejissorun filmində baş rola çəkiləcək
Məşhur türkiyəli aktrisa Hande Erçelin yeni beynəlxalq layihəsi bəlli olub. "Qafqazinfo" xəbər verir ki, aktrisa iranlı rejissor Nader Saeivarın Almaniyada lentə alacağı "Diaspora" adlı filmdə baş rolu canlandıracaq. Filmin çəkilişlərinə 2027-ci ilin ilk aylarında başlanılması planlaşdırılır
10.10.2026 407 "Göz yaşlarımı saxlamaq çətin idi"
Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı videoya maraqlı şərh yazıb. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntülərlə bağlı hisslərini bölüşüb. O, keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib. Lətifə bu gün olduğu qadına
17.10.2026 263 Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video
40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd
11.10.2026 352 Kamil Zeynallının onunla görüşü MARAQ YARATDI: SEVGİ DOLU ANLAR... - VİDEO
Tanınmış fitnes məşqçisi Kamil Zeynallı bu dəfə ailəsi ilə bağlı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, idmançı Qəbələdəki villasına yollanıb. Onu qarşılayan anası ilə görüşü zamanı yaşanan səmimi və sevgi dolu anlar sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. Ana ilə oğulun bir-birin
18.10.2026 440 Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11.10.2026 373 Colinin malikanəsini Madonna alıb?
Hollivud ulduzu Ancelina Colinin Los-Ancelesdəki məşhur malikanəsini müğənni Madonnanın aldığı barədə yayılan məlumatlar təsdiqini tapmayıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. Bildirilir ki, 51 yaşlı aktrisa sentyabrın sonunda vaxtilə rejissor Sesil B. DeMill
10.10.2026 286