Prezidentdən Qurban bayramı ilə bağlı təbrik

Prezidentdən Qurban bayramı ilə bağlı təbrikPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

BiG.AZ xəbər verir ki, xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edən dövlət başçısı bildirib:

"Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar.

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir. Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır.

Dini bayramların, o cümlədən Qurban mərasimlərinin cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrildiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 646   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Portağalın ağ hissəsini niyə atmaq olmaz?

Portağalın qabığının altında yerləşən ağ, süngərvari qat adətən təmizlənərək atılır. Halbuki bu hissə lif və faydalı maddələrlə zəngindir və meyvənin orqanizm üçün dəyərini artırır. portağalın faydalarını təqdim edir:. Bu ağ qat qabıqla portağalın şirəli dilimləri arasında yerləşir. Meyvənin təxminə

20.04.2026 347
.

İcra başçısının bank müdiri ilə görüşü tənqid olundu - Yenilənib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda yerləşən bank filiallarından birinin yeni təyin olunan müdirini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə icra hakimiyyətinin sosial şəbəkə səhifəsində məlumat verilib. Görüşdə M.Məmmədov filial müdirinə uğurlar arzulayıb

12:32 312
.

"Toy verilişləri efirdən yığışdırılmalıdır" -MURAD ARİF ŞURAYA SƏSLƏNDİ

Müğənni Murad Arif telekanallarda musiqi və əyləncə verilişlərinin hazırkı vəziyyətini tənqid edərək ilginc təkliflər irəli sürüb:. xəbər verir ki, bu barədə o sosial şəbəkə hesabında yazıb:. "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var. Orta səviyyəli müğənnilərin, zəif heyətlərl

20.04.2026 498
.

Bakı metrosuna giriş bağlandı - Sərnişinlər çıxarılır

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə qurum məlumat yayıb. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb

12:55 231
.

Kuril adalarında 7,4 bal gücündə zəlzələ baş verib

Kuril adaları yaxınlığında 7,4 bal gücündə güclü zəlzələ qeydə alınıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, yerli seysmoloji xidmətlərin məlumatına görə, yeraltı təkanlar 20 apreldə Saxalin vaxtı ilə saat 18:52-də baş verib və ocağı 12 kilometr dərinlikdə yerləşib. Hadisədən sonra ərazidə dağınt

12:12 142
.

Sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti - Açıqlandı

Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: "Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzini

11:27 242
.

Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?

Azərbaycanda bəzi valideynlər yeni doğulan uşaqlarına meyvə və çərəz adları verirlər. BİG.AZ xəbər verir ki, ötən il 1 uşağa İnnab adı verilib. Son 5 ildə isə 2 uşağa Gilas, 6 uşağa Badam, 3 uşağa isə Püstə adı qoyulub

20.04.2026 625
.

Dəriniz hissə-hissə soyulur: Necə müalicə etmək olar?

Mütəxəssislər arasında geniş müzakirələrə səbəb olan bir məsələ yenidən gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, bəzi həkimlər bunu ekzemanın ağırlaşması hesab etdiyi halda, digərləri problemin dərmanların təyinatı ilə bağlı sistemli səhvlərdən qaynaqlandığını bildirir. Steroid kremləri

20.04.2026 317
.

AzTV-də DƏYİŞİKLİK: Bəzi şöbələr birləşdirilir, islahatlar aparılır

Azərbaycan Dövlət Teleradio Verilişləri QSC-də bəzi şöbələrin birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata keçirilir. xəbər verir ki, əsas məqsəd daha kompakt və effektiv idarəetmə sisteminin formalaşdırılmasıdır. Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm də yaradıcılı

20.04.2026 444
.

TOP MP3