"Bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır" - Kamran Əsədov

"Bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır" - Kamran ƏsədovElm və təhsil naziri Emin Əmrullayev şagird sayı az olan məktəblərin birləşdirilməsi ilə bağlı siyahının hazır olduğunu deyib.

Təhsil eksperti Kamran Əsədov BiG.AZ-a bildirib ki, bəzi məktəblərdə şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır. Ancaq biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər:

"İlk növbədə qeyd edim ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulur. Məlumat üçün deyim ki, eyni ərazidə elə məktəblər var ki, orada şagird sayı azdır. Bir kənddə yerləşən bir neçə məktəbdə şagird sayı kəskin azalıb, eyni ərazidə yerləşdiyi üçün həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi də həmin ərazidə olan ehtiyacdan irəli gəlir. Bu istiqamətdə əsas məqsəd təhsilalanın yaşadığı ərazidə tam orta təhsil alması üçün müvafiq şəraitin yaradılmasıdır. Bununla bağlı işlər görülərkən, addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi və tələbat öyrənilir. Bu kimi işlər araşdırıldıqdan sonra qərar qəbul edilir. Elm və Təhsil nazirliyinin fəaliyyətinə nəzər salanda görürük ki, məktəblərin optimallaşdırılması ilə bağlı islahatlar davam edir. Hesab edirəm ki, əhalinin sıx olduğu yerlərdə yeni məktəblərin tikintisi ilə yanaşı, şagird sayının kəskin azalmasına səbəb ola bilər. Həmçinin, birdən çox məktəbə ehtiyac duyulmayan yerlərdə məktəblər birləşdirilə bilər. Bu normal haldır.Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin "Təhsil haqqında" Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur.
Ancaq bəzi məktəblər var ki, orada şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır. Ancaq biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər.
Bəzi rayonlarda kifayət qədər az sayda şagird var ki, bu da optimallaşmağa getməyə məcbur edir. Bu gün bizim orta ümumtəhsil məktəblərində bir məqam var ki, dövlətin adambaşına düşən maliyyələşməsi necə hesablanır? Düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin.
Ona görə ki, həmin məktəbdə 2 müəllim var və onlar da şagirdlərə tam stavka dərs demirlər. Onların dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı ayıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz.
Həmin binanın elektrik, istilik xərclərini də hesablasaq, 15 manatı aşmayacaq bir məbləğ ortaya çıxır. Hər zaman müzakirə predmeti olub ki, məktəb avtobusları təşkil edilməklə bu kimi xərcləri azaltmaq olar.
Məsələn, Qubada 3-4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə,ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bu dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan o məktəblərin optimallaşması uyğun deyil.Ancaq elə bölgələr var ki, birləşdirmək, məsələn, Mərkəzi aran rayonunda olan məktəblərdə bu optimal ola bilər. Ancaq biz 1 şagirdi olan məktəbi bağlamaqla heç də vəsaitə qənaət etməyəcəyik. Əksinə, o şagird bəlkə də sabahın bir naziri, mütəxəssisidir.
Yəni dövlətin oraya xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir. Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə, optimallaşmaya gedəcəyik, bu birmənalıdır.
Ancaq biz bunu heç də məktəbləri bağlamaq vasitəsi ilə etməməliyik. Düşünürəm ki, həmin məktəblərdə müvəqqəti olaraq şagirdləri köçürmək olar, ancaq tam şəkildə köçürmək effekt verməyəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1102   Tarix: 14 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.