"Ermənistanın konstitusiyası dəyişmədiyi təqdirdə sülh sazişi imzalanmayacaq" - Politoloq

"Ermənistanın konstitusiyası dəyişmədiyi təqdirdə sülh sazişi imzalanmayacaq" - PolitoloqABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsini imzalamağa dəvət edib. Bu barədə ABŞ dövlət katibi Antoni Blinken iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Blinkenin Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi müsbət hadisədir. Amma Ermənistanın konstitusiyası dəyişmədiyi təqdirdə sülh sazişi imzalanmayacaq:

"ABŞ dövlət katibi Antoni Blinkenin cənab prezidentlə telefon danışığı diqqət çəkən məqamlarla yadda qaldı. Xüsusilə Blinkenin Ermənistan və Azərbaycanı sülh müqaviləsi imzalamağa dəvət etməsi müsbət hadisədir. Lakin ABŞ-nin bu məsələdə hər hansı addım ata biləcəyini düşünmürəm. Çünki danışıqlar hazırda Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan ikilikdə gedir. Bu bizim üçün başlıca prioritet və əsas məsələdir. Təsadüfi deyil ki, cənab prezident də buna eyham vuraraq qeyd etdi ki, iki ölkə arasında sülh prosesi gedir. Amma prezident həm də qeyd etdi ki, ABŞ-nin sülhə töhfə vermək əzmini yüksək qiymətləndirir və Ermənistanda Azərbaycana qarşı ərazi iddialarının son qoyulmasının sülh gündəliyini irəli aparması baxımından vacibliyini qeyd edib. Rəsmi Bakı Vaşinqtona bu mesajı verir ki, əgər dəstək vermək istəyirsinizsə, Ermənistanın konstitusiyası dəyişsin. Bu baş vermədiyi təqdirdə sülh sazişi imzalanmayacaq. Burada istənilən vasitəçi ölkənin iştirakının mənfi və ya müsbət təsiri olmayacaq. Nəticə etibarilə Vaşinqtonun məsələyə baxışı bizim üçün məqbuldur, amma danışıqların ikili formatda davam etməsi ən doğru yanaşmadır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 21 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İspaniyanın Seuta eksklavına miqrant böhranı dərinləşir: qəbul mərkəzləri dolub

İspaniyanın Şimali Afrikadakı Seuta eksklavına son günlər Mərakeşdən dəniz yolu ilə 1 500-dən çox miqrant gəlib. Bu barədə "Associated Press" məlumat yayıb. Bildirilib ki, qəbul mərkəzlərində yerlərin olmaması səbəbindən yüzlərlə miqrant küçələrdə və ictimai yerlərdə gecələyir. Yerli hakimiyyə

30.07.2026 178
.

Pakistanda bina çökdü: Ölən və yaralananlar var

Pakistanın Lahor şəhərində 3 mərtəbəli yaşayış binasının çökməsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hadisə hələlik müəyyən edilməyən səbəbdən baş verib. Məlumata görə, hadisə yerinə çoxsaylı xilasedici və təcili tibbi yardım briqadalar

30.07.2026 178
.

Miri Yusifin oğlu universitetə qəbul oldu

Xalq artisti Miri Yusifin ailəsində xoş gün olub. OLAY yazır ki, bu barədə sənətçinin xanımı Nərgiz Mirbabayeva məlumat yayıb. O, oğlu Hüseynin universitetə qəbul olunduğunu bildirib. Nərgiz deyib ki, Hüseyn üç universitetə müraciət edib və onlardan ən çox istədiyinə daxil olub

30.07.2026 382
.

Hindistanın Assam ştatında daşqınların fəsadları ağırlaşır: Ölənlərin sayı 78-ə yüksəldi

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü yağışların səbəb olduğu daşqınlar ağır nəticələrə yol açıb. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə çatıb. Məlumata əsasən, hazırd

30.07.2026 208
.

BİG.AZ-ın yazısına AQTA-dan REAKSİYA

Bir müddət bundan əvvəl Avropa ölkələrində market vitrinlərində qida məhsullarının "təbii" və "qeyri-təbii" olmaqla iki qrupa ayrılması təcrübəsinin Azərbaycanda da tətbiq olunmasının mümkünlüyü ilə bağlı yazı dərc etmişdik. Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini

30.07.2026 224
.

Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı

Xoşqədəm Hidayətqızı,. Əməkdar jurnalist. Açığı, illərin necə keçdiyini bilmədim… 60 ilin hekayəsi… Bu hekayənin xeyli hissəsinə şahidlik etmişəm deyə bilərəm. Rauf bəyi 90-cı illərdən tanıyıram. Üz-üzə ilk görüşümüz isə 199-cu ildə, Azərbaycan Yeni Nəsil Jurnalistlər Birliyinin tədbirində oldu. Təsisçis

30.07.2026 196
.

Qırğızıstan və Özbəkistan arasında müttəfiq münasibətlərə dair müqavilə bağlanıb

Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki respublika arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti iki ölkə liderlərinin Çolpon-Atada keçirdiyi danışıqların yekunlarına dair məlumat yayıb

30.07.2026 153
.

Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gedib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi və birinc

30.07.2026 203
.

İsrail F-35 tipli PUA istehsal etmək istəyir - "Bloomberg"

İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadla məlumat yayıb. Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanmas

30.07.2026 155
.

TOP MP3