Bakıda dəhşətli hadisə: 11 yaşlı yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdi

Bakıda dəhşətli hadisə: 11 yaşlı yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiBakıda 1983-cü il təvəllüdlü Toğrul özündən 29 yaş kiçik qonşusu olan Rahibə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 2023-cü il iyunun 20-də baş verib. Toğrul həmin gün saat 16:30-da mətbəx bıçağı ilə aşkar surətdə köməksiz vəziyyətdə olan 2012-ci il təvəllüdlü Rahibə xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Toğrulun barəsində Cinayət Məcəlləsinin 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Toğrulun barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Toğrul törətdiyi əməli etiraf edib. O bildirib ki, məhkəmədə ona zərərçəkmiş şəxs qismində təqdim olunan Rahibi tanıyıb, onunla qonşu olub: "Rahib məhəllədəki qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi üçün ona dəfələrlə bu hərəkətindən əl çəkməsinə dair xəbərdarlıq etmişəm. Rahib isə əxlaqsız hərəkətlərini davam etdirdi. Mən də Rahibin bu hərəkətlərinə görə onu bıçaqla vurmuşam. Rahib azyaşlı olmasına baxmayaq, etdiyi hərəkətləri o yaşına uyğun etmirdi. Mən əvvəl Maştağa qəsəbəsində ruhi əsəb dispanserində müalicədə olmuşam".

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. Həmin ifadədən məlum olur ki, əməlini anlaqsız vəziyyətdə törətdiyi iddia olunan Toğrul ittiham üzrə özünü təqsirli bilib.

Toğrul bildirib ki, ailəsi ilə yaşayır, natamam orta təhsillidir, məhkumluğu yoxdur: "Heç bir yerdə işləmirəm. Psixi xəstəliyim var. Anam ilə birlikdə yaşayıram. Qardaşlarım və bacılarım var. Onlar ayrı yaşayırlar. Sahib evimin yaxınlığında yaşayır, onun oğlu Rahibi də tanıyıram. Rahibin 11 yaşı var, nadinc və əxlaqsız uşaqdır. Daima aktivdir, həmişə onun qız uşaqlarına sataşması, onlara əli ilə toxunmasını görmüşəm. Həmişə ona irad tutmuşam. Lakin onun atasına bu barədə heç nə deməmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 20-də saat 16 radələrində evinin yaxınlığında tək dayanıb, sonra orada gəzişib: "Bir qədər sonra Rahibin orada uşaqlarla oynadığını gördüm. Sonra onun yanında başqa bir azyaşlı tanımadığım uşaq da gördüm. Sonra evə getdim. Evdən mətbəxdən bıçaq götürdüm və cibimə qoydum. Rahibin bizim məhəlləyə gəlməsinə əsəbiləşdim. Onun orada niyə dayandığını aydınlaşdırmaq istədim. Buna görə də ona tərəf getdim. Rahibi səsləyərək yanıma çağırdım. Rahib mənə yaxınlaşanda, cibimdə olan bıçağı çıxararaq onun qarın nahiyəsindən bir bıçaq zərbəsi vurdum. Sonra bıçağı cibimə qoyaraq getdim. Rahib isə yerə yıxıldı. Sonrakı dəqiqələrdə könüllü olaraq polisə getdim. Etdiyim əməldən peşmanam".

Təqsirləndirilən şəxs qeyd edib ki, adlarını və anket məlumatını bilmədiyi azyaşlı qız uşaqlarına Rahibin son aylar ərzində əli ilə toxunaraq əxlaqsız hərəkətlər etməsinə görə onu cəzalandırıb və bir daha belə əməl etməməsini istəyib: "Onu öldürmək niyyətim olmayıb. Qəsdən ona bir bıçaq zərbəsi vurmuşam. Orada kimlərin şahid olmasını bilmirəm, şahidin olduğunu görməmişəm. Mənim Rahibi bıçaqla vurmağımın səbəbi onun azyaşlı qızlara qarşı əxlaqsız hərəkətlər etməsi olub".

İş üzrə zərərçəkmiş Rahibin sözlərinə görə, ailəsi ilə yaşayır, liseyin 6-cı sinif şagirdidir: "Ailədə məndən başqa 6 yaşlı bacım var. Həmçinin nənəm və babam da bizimlə yaşayırlar. Yaşadığım məhəllədə yay aylarında çıxıb gəzirəm, yoldaşlarımla oynayıram. Yaşadığım məhəllədə Yasin adlı məndən bir yaş böyük uşaqla bir ildir ki, yoldaşlıq edirəm. Hava şəraiti yaxşı olanda çıxıb evimin yaxınlığında oynayıram. Toğrulu 2 ilə yaxındır ki, tanıyıram, evimin yaxınlığında yaşayır, anası və xalasını da tanıyıram. Daima onlara salam verib, salamlarını alıram. Toğrulla da aramızda salam-sağ ol münasibəti var. Heç zaman aramızda münaqişə və ya mübahisə olmayıb, mənim yaşıdım deyil".

Zərərçəkmiş şəxsin sözlərinə görə, bıçaqlanma hadisəsinə kimi, iyun ayının əvvəllərindən hadisə olanadək olan müddət ərzində Toğrul onu təxminən 4 dəfə ayrı-ayrı günlər ərzində "rolik" sürərkən sürdüyü yerdən qovub, orada oynamamağını deyib: "Toğrul mənə "maşallah hər şeyiniz var, get kef elə" deyib. Mən bu barədə nə babama, nə də atama məlumat vermişəm. Hadisədən bir gün öncə təkərli "rolik" sürərkən Toğrul qolumdan tutaraq məni itələdi. Mən yerə yıxıldım. Toğrul mənim buradan çıxıb getməyimi tələb etdi. Məni bıçaqlayacağını və öldürəcəyini dedi. Sonra evə gəldim. Bu barədə evdə ailə üzvlərimə dedim. Lakin Toğrulun məni bıçaqlayacağını və öldürmək sözünü ailə üzvlərimə demədim. Ailə üzvlərim isə orada oynamamağımı, ona yaxın getməməyimi istədilər".

Rahib bildirib ki, iyunun 20-də saat 14:30 radələrində məhəllədə "rolik" sürüb, dostu Yasinlə görüşərək söhbət edib: "Sonra tək "rolik" sürərkən Toğrul yanıma gəldi. Yenə oradan getməyimi tələb etdi. Mən də ona heç nə demədim, evə gəldim. Nənəmə Toğrulun bu hərəkəti barədə dedim. Nənəm isə o tərəfə getməməyimi, ona fikir verməməyimi dedi. Təxminən saat 16 radələrində Yasinlə evimin yaxınlığında görüşdüm. Sonra üzərimdə olan "iphone" markalı mobil telefonda oyun oynadım. 2 mərtəbəli binanın giriş hissəsində olan pilləkənlərdə əyləşdik. Saat təxminən 16:30-da ayağa qalxdım. Bir neçə metr ayaqla yavaş-yavaş hərəkət etdim. Bu zaman oraya Toğrul gəldi. Əli ilə boyun nahiyəmdən tutdu. Məni və ailə üzvlərimi təhqir etdi. Əlində olan bıçaqla qəsdən qəflətən qarın nahiyəmdən bir bıçaq zərbəsi vurdu. Mən əlim ilə qarın nahiyəmdən tutdum və oradan təxminən 100 metr aralıqda olan evə gəldim. Evə gələrkən arxamca təxminən bir neçə metr Toğrulun əlində bıçaqla gəlməsini gördüm. Mənə "gəl buraya" dedi. Mən evdə olan nənəmə Toğrulun məni bıçaqladığını dedim. Sonrakı dəqiqələrdə özümdə olmadığımdan hadisələri xatırlamıram".

Rahib qeyd edib ki, Toğrul onu heç bir əsaslı səbəb olmadan bıçaq zərbəsi ilə vuraraq ağır xəsarət yetirib: "Heç zaman heç bir uşaqla münaqişə etməmişəm. Heç kimə sataşmamışam. Həmçinin heç bir qıza da söz deməmişəm".

Məhkəmənin hökmü ilə Toğrulun Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan əməllərini anlaqsız vəziyyətdə törətdiyindən həmin məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilib.

Təqsirləndirilən şəxsin Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi qərara alınıb. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə həvalə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1479   Tarix: 24 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.