İranın girov diplomatiyasının daha bir "uğur"u

İranın girov diplomatiyasının daha bir "uğur"uİranda növbədənkənar prezident seçkisinin təbliğat kampaniyasına start verildikdən cəmi bir neçə gün sonra beynəlxalq aləmdə, xüsusən hüquq müdafiə təşkilatları arasında geniş əks-səda doğuran bir hadisə baş verdi: iyunun 15-də İsveçdə ömürlük həbs cəzasına məhkum olunmuş İran vətəndaşı Həmid Nuri azad edilərək ölkəsinə qaytarıldı. 1988-ci ildə İranda siyasi məhbusların kütləvi surətdə edam edilməsinin fəal iştirakçılarından biri olan və o zamanlar Həmid Abbasi adı ilə tanınan bu şəxs 2019-cu ilin noyabrında Stokholm hava limanında İsveç polisi tərəfindən saxlanmışdı. Ona qarşı məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani rəftar, 100-dən çox insanın qətlə yetirilməsində bilavasitə iştirak ittihamları irəli sürülmüşdü.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Həmid Nurinin 9 ay davam edən məhkəmə prosesində 34 şikayətçi və 26 şahidin dindirilməsi ilə 92 iclas keçirilmiş, son olaraq, 2022-ci ilin iyul ayında onun barəsində ömürlük həbs hökmü çıxarılmışdı. Ötən ilin dekabrında İsveç Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlamışdı.

Bu baxımdan onun İsveç hökuməti tərəfindən azad edilərək İrana verilməsi çoxları üçün gözlənilməz olub, bir çox beynəlxalq qurumların, xaricdəki İran siyasi təşkilatlarının, eləcə də repressiya qurbanlarının ailə üzvləri və yaxınlarının etirazları ilə qarşılanıb. Bu azmış kimi, Tehranda təmtəraqla və gül-çiçəklə qarşılanan Həmid Nurinin kameralar qarşısında ədalət məhkəməsinə meydan oxuyan açıqlaması əsəbləri tarıma çəkib. Tezliklə aydın olub ki, Həmid Nurinin azad edilməsi İranın girov diplomatiyasının daha bir dırnaqarası "uğur"undan başqa bir şey deyil. Çünki bunun müqabilində İranda qondarma ittihamlarla həbsdə saxlanan Avropa İttifaqının İsveçdən olan diplomatı Yohan Floderus və İsveç-İran vətəndaşı Səid Əzizi azad olunaraq vətənlərinə qayıdıblar. O da məlum olub ki, bu proses Omanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində baş tutub.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 561   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

ABŞ-ın dəstəyi sual altındadır: Avropa hərəkətə keçdi

Avropa ölkələrində NATO müttəfiqlərinin, xüsusilə də ABŞ-ın mümkün hərbi əməliyyatlarda iştirak etməyə hazırlığı ilə bağlı şübhələr artmaqdadır. xarici mediaya istinadən xəbər verir ki, Almaniya, Kanada, Böyük Britaniya və ABŞ-dan olan qoşun və hərbi bölmələr artıq NATO-nun şərq cinahında yerləşdirilib

11:26 226
.

"İdrak"da güllələnən müəllimə şagirdi bağışladı

"İdrak" liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan şagirdin cinayət işi üzrə tərəflər arasında barışıq əldə olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, zərərçəkmiş müəllim şagirdini bağışlayıb. Barışığı təsdiq edən rəsmi sənəd artıq istintaq orqanın

12:38 475
.

Ailədə yeni uşaq doğulduqda böyük uşaqda yaranan qısqanclıq problemi - PSİXOLOQDAN AÇIQLAMA

Ailədə yeni körpənin dünyaya gəlməsi adətən sevinc hissi ilə qarşılansa da, bu dəyişiklik hər zaman bütün üzvlər üçün eyni emosional rahatlıq yaratmır. Xüsusilə 3-4 yaş aralığında olan uşaqlar ailəyə yeni üzvün qoşulmasını bəzən qısqanclıq, narahatlıq və diqqət itkisi kimi qəbul edirlər. Valideynləri

12:24 271
.

Həyat yoldaşı burada olmadığı üçün hər yerə oğlu ilə gedir

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad paylaşımları ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, bir çox toy məclisində anası ilə olub. Cahad məclislərdən görüntülər yayımlayaraq "Atan başqa şəhərdə işləyəndə, sən onun xanımı ilə vaxt keçirməli olursan. Deyəsən buna öyrəşməyə başlayıram"

11:41 349
.

Maştağada evdən 8 min manatlıq qızıl oğurlandı

Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib. Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinənlər - N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliye

19:45 36
.

HiPP uşaq qidası qalmaqalı: təhlükəli maddə iddiası narahatlıq yaratdı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlərdə HiPP markasına məxsus uşaq qidaları ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. İddialara görə, bəzi məhsulların tərkibində zərərli maddə - siçan zəhəri olduğu ehtimal edilir ki, bu da xüsusilə azyaşlıların sağlamlığı baxımından böyük risk kimi qiymətləndirilir. Hadis

12:07 278
.

ABŞ-İran Gərginliyi Pik Həddə: Gəmi Hadisəsi Böhranı Dərinləşdirir - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ və İran arasında gərginlik son günlər kəskin şəkildə artıb. Məlumatlara görə, Vaşinqton İranın bir yük gəmisini Hörmüz boğazı yaxınlığında saxlayaraq ələ keçirib. ABŞ tərəfi bu addımı İranın tətbiq olunan dəniz blokadasını pozması ilə izah edir. Tehran isə bu əməliyyatı "silahlı quldurluq v

15:33 265
.

10 milyon dollarlıq azadlıq: məşhur iş adamı sərbəst buraxıldı

İş adamı və müxalif "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 10 milyon dollardan artıq girov qarşılığında azadlığa buraxılıb. xəbər verir ki, bu barədə TASS agentliyi siyasətçinin vəkilinə istinadən məlumat yayıb. Vəkilin sözlərinə görə, bu məbləğ Ermənistan tarixində görünməmi

11:44 329
.

Azərbaycanın iqtisadiyyatı kiçilir: rəqəmlər nə deyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə açıqlanan rəsmi statistik göstəricilər Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyini göstərir. 2026-cı ilin ilk aylarında ölkənin ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 0,3% azalıb, xüsusilə neft-qaz sektorunda geriləmə daha qabarıq hiss olunub. Beynəlxal

11:38 245
.

TOP MP3