Gün eynəklərinin əksəriyyəti standartlara cavab vermir - Ekspertlər nə deyir?

Gün eynəklərinin əksəriyyəti standartlara cavab vermir - Ekspertlər nə deyir?Azərbaycana Çin, Dubay, Hindistan, Türkiyə və İrandan gətirilən gün eynəklərinin səksən faizi standartlara cavab verməyən plastik eynəklərdir.

Bu sözləri "Report"a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, günəş eynəkləri əmtəə bazarına daxil olmadan öncə sertifikatlaşmalı və yoxlanılmalıdır.: "Bu istiqamətdə kifayət qədər iş görülmür. Çünki Nazirlər Kabinetinin 343 nömrəli qərarı (Məhsulların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının mərhələlər üzrə tətbiq edilməsi haqqında) ləğv olunub".

E.Hüseynov qeyd edib ki, orijinal firma eynəklərinin yanında xüsusi kağız testlər olmalıdır. Eynək brenddirsə, üzərində "polaroid" yazılır. Alıcı öz hüququnu bilməli, gün eynəyi alarkən sertifikat tələb etməlidir.

Birlik sədri, həmçinin xatırladıb ki, məhsulun brend olmağı onun keyfiyyətinə zəmanət vermir: "Bahalı mağazalarda müəyyən standartlara əsasən hazırlanan eynəklər satılır. Lakin kim deyə bilər ki, hansı eynək hansı göz problemindən əziyyət çəkən insan üçün məsləhətlidir. Ümumiyyətlə, insanlara tövsiyə edirəm ki, günəş eynəklərindən uzaq olsunlar".

Məsələ ilə bağlı "Report"a danışan oftalmoloq (okulist) Rəna Qanbay isə Azərbaycan iqlimində günəşə qarşı eynəklərin istifadəsinin vacib olduğunu bildirib.

"Gün eynəklərindən istifadə Cənub və Şərq ölkələrində xüsusilə də yayda ultrabənövşəyi şüaların insan oqranizminə yaxından təmas edən iqlimə malik yerlərdə mütləqdir. Çünki bədənin temperaturu olduğu kimi, buynuz qişanın da öz temperaturu var. Buynuz qişa baxmayaraq ki ön səddədir, göz qapağı açılıb-yumulduqda onu daim nəmləyir. Buna görə də buynuz qişanın temperaturu normadan aşağı olur. Gözdə damar olmadığına görə o, gözyaşı və hava ilə qidalanır. Hava isti olanda isə gözdə nisbi quruluq, çatlar yaranır. Belə hallarda biz lubrikant (süni göz yaşı) deyilən dərmanları tövsiyə edirik. Bu səbəbdən günəşli günlərdə çölə çıxanda göz eynəkləri mütləq istifadə olunmalıdır", - deyə oftalmoloq qeyd edib.

R.Qanbay eynək taxmaq kompleksi olan, yaxud işi səbəbindən istifadə edə bilməyən insanlara linza taxmağı tövsiyə edir, küçələrdə satılan eynəkləri isə məsləhət görmür: "Yol kənarında satılan və üstünə plyonka çəkilmiş eynəklər nə şüşədəndir, nə də plastmasdan. Belə eynəklər gözdə yad cisim hissi, yaşarma, kirpik dibi kəpəyi, göz qapaqlarının şişməsi, göynəmə, yanma, görmə itiliyinin azalması kimi fəsadlar yaradır".

Okulist əlavə edib ki, əgər eynəyin şüşəsindən iy gəlirsə, istifadə zamanı gözdə bulanıqlıq və sədd yaranır, fokus haçalanırsa, o istifadəyə yararsızdır: "Belə eynəkləri suya salandan sonra toxunsan, çartlayır. Keyfiyyətsiz ayaqqabılar ayağı necə tərlədir, ağırlıq yaradır, müxtəlif xəstəliklərə gətirib çıxarırsa, gözünüz də həmin şüşələrə məruz qalanda eyni şey buynuz qişasında yaranır".

Oftalmoloq Fəxriyyə Yusifzadə "Report"a açıqlamasında şüşəsi tünd rəngdə olan bütün eynəklərin günəşdən qorumaq funksiyası olmadığını deyib: "Gün eynəyi gözü ultrabənövşəyi şüalardan qorumaq üçün istifadə edilir. Günəş eynəklərində ultrabənövşəyi şüalardan qoruyan filtr yoxdursa, gözün daxili strukturları günəşin şüalarına məruz qalır. Nəticədə insanlarda göz patologiyası artır, yaxud yenisi yaranır".

O əlavə edib ki, gün eynəkləri yanlız optik eynəklər satılan mağazalardan alınmalıdır: "Həmin yerlərdə eynəyin optik olduğunu yoxlamaq üçün xüsusi testlər var. İnsanlar bunu özləri edə bilməzlər. Hətta məşhur butiklərdə satılan gözlüklər optik deyilsə, almağı məsləhət görmürəm. Onlar sadəcə estetik görünüş üçün alına bilər".

Sosioloq Əhməd Qəşəmoğlu isə problemin həllini belə malların xüsusi dövlət qurumları tərəfindən nəzarətə götürülməsində görür: "Müvafiq orqanlar belə malların keyfiyyətinə nəzarəti artırmalıdırlar. Keyfiyyətsiz məhsul satışının qarşısı alınsa, biznes məqsədi ilə belə məhsulları satanlara qarşı cəza tətbiq edilsə, daha məqsədəuyğun olar. Xarici ölkələrdə bu tip məhsulların satışı limitləndirilir. Təklif edirəm ki, eyni təcrübə ölkəmizdə də tətbiq olunsun".

O, cəmiyyətin bu mövzuda məlumatlandırılımasının önəmini vurğulayıb: "İnsanlar gün eynəyi haqda nə orta məktəbdə öyrənib, nə də hansısa bir mənbədən məlumat əldə ediblər. Buna görə də, ucuz və gözəl eynək gördükdə almağa üstünlük verirlər. İnsanlar risklərlə bağlı mütləq məlumatlandırılmalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İraq İrana açılan sərhəd-keçid məntəqəsini bağladı

İraq hökuməti İranla sərhəddə yerləşən Əl-Şib sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmaq barədə qərar verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Reuters" agentliyi keçid məntəqəsindəki iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Əl-Şib sərhəd-keçid məntəqəsi növbət

12:05 192
.

Gürcüstan Aİ ilə münasibətləri normallaşdırmaq istəyir

Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə dialoqa başlamaqda maraqlıdır. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TASS-ın məlumatına görə, açıqlama verib. Onun sözlərinə görə, dialoqun baş tutması üçün hər iki tərəf addımlar atmalı, danışıqlar isə siyasi səviyyədə və açı

11:24 193
.

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola

20.10.2026 494
.

DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD

"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:

11:15 268
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

14:50 169
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

17:09 96
.

"Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı

"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"

20.10.2026 519
.

Süni intellektdə yeni mərhələ: Ən güclü deyil, ən səmərəli texnologiya qalib gələcək

Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam diqqətdən kənarda qalır. İnsanlar əsasən süni intellektin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki böyük texnologiya şirkətləri artıq başqa bir sualla da üz-üzədirlər: süni intellektdən uzunmüddətli istifadə iqtisadi baxımdan nə dərəcəd

14:09 164
.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 446
.