Uşaqlar arasında anadangəlmə xəstəliklərin artmasının səbəbi nədir? - ARAŞDIRMA

Uşaqlar arasında anadangəlmə xəstəliklərin artmasının səbəbi nədir? - ARAŞDIRMAUşaqlarda anadangəlmə qüsurlar çoxalıb. Bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib. Bu, kifayət qədər ciddi bir məsələdir.

Gələcəyimiz olan uşaqlar arasında anadangəlmə xəstəliklərin artmasına səbəb nədir?

"Kaspi" qəzeti növbəti yazısında bu suala cavab axtarıb.

Qohumluqdan gələn təhlükə

Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri, həkim Əkbər Quliyevin sözlərinə görə, anadangəlmə qüsurların çoxalmasının əsas səbəbləri qohum evliliklərinin artmasıdır:

"Qohum evliliklərində genetik xəstəliklər, anadangəlmə qüsurlar, anomaliyalar çox sıx görülür. Ona görə də, bəzi xəstəliklərin skrininq testləri var ki, onlar evlənməmişdən öncə verilməlidir. Əgər iki cütlüyün talassemiya daşıyıcılığı varsa, onların evlənməsi təhlükəlidir. Çünki anadangəlmə talassemiya xəstəsi övladları ola bilər".

Ə.Quliyevin fikrincə, xəstəliklər erkən müəyyən olunduqda onların fəsadı daha az yaranır:

"Hər bir xəstəliyin görülmə sıxlığı var. O, sindroma, qüsurun növünə görə dəyişir. Erkən müalicəyə başlanılmalıdır ki, əqli gerilik və sair müşahidə edildikdə bunu önləmək olsun. Məsələn, anadangəlmə hipoterioz xəstəliyi var ki, bu topuq testi ilə müəyyənləşə bilir. Erkən müalicə olduqda uşaq böyüdükdən sonra yalnız dərman qəbul etməklə normal həyat fəaliyyətinə davam edir. Vaxtında aşkarlanmaması isə uşağın zəka geriliyinə səbəb olur".

Ehtiyatı əldən vermək olmaz

Həkim bildirib ki, həm hamiləlik zamanı, həm də ondan sonra hər bir uşaq nəzarət altında olmalıdır:

"Hamiləlik mütləq izlənilməlidir. Hamilə olan zaman da skrininq, metobolik testlər sayəsində erkən diaqnoz qoyula bilər. Uşaq dünyaya gəldikdən sonra da həkim nəzarətində olması vacibdir. Bunun üçün poliklinikalarda qeydiyyata düşə bilərlər".

Sayda artım var, çünki artıq ölümlər azdır

Neonatoloq-pediatr Yalçın Mirzəyev isə düşünür ki, uşaqlarda anadangəlmə xəstəliklərin artım səbəbi tibbin inkişaf etməsi ilə bağlıdır:

"Anadangəlmə qüsurların texnologiyaların inkişafı ilə daha tez aşkarlanması mümkündür. Diaqnoz daha tez qoyulur deyə, elə zənn edilir ki, xəstəliyin sayında artım var. Amma onu da nəzərə alaq ki, artıq bu xəstəliklərdən əziyyət çəkən uşaqlar həyatda qala bilirlər. Əvvəlki illərdə daha çox ölümlər olurdusa, indi müasir tibb ilə daha uzun müddət yaşayırlar. Ölüm sıxlığı azaldığı üçün onların sayı da artır".

Y.Mirzəyev qeyd edib ki, anadangəlmə qüsurlar müxtəlifdir. Onların həm əvvəldən aşkarlanması mümkün olan, həm də olmayan növləri mövcuddur:

"Bu xəstəliklərin əksəriyyəti gözlə görə bildiyimiz somatik qüsurlarla özünü göstərir. Onların bir neçəsini hamiləlik zamanı müəyyən etmək olur. Amma elə xəstəliklər var ki, aşkarlanması mümkünsüzdür. Yalnız uşaq doğulduqdan sonra ortaya çıxan əlamətlərlə diaqnoz qoyulur. Bu xəstəliklərin yaranmasından yüz faiz sığortalanmaq mümkünsüzdür".

Genetik müayinə sığorta ilə qarşılanmır

Pediatr Aytən İsmayılzadə isə digər amilləri sadalayıb:

"Qohum evliliyindən başqa da bu xəstəliklərə səbəb olan faktorlar mövcuddur. Əgər nəsildə hər hansı genetik xəstəlik varsa, bunun da körpəyə keçməsi ehtimalı var. Ölkəmizdə çox insan talassemiya xəstəliyinin daşıyıcısıdır. Amma daşıyıcı olmaq xəstəlik deyil. Lakin iki daşıyıcı evlənərsə, dörd uşaqdan birinin xəstə doğulmaq ehtimalı var. Amma genetik müayinədən keçmək sığorta ilə qarşılanmır. Çox yaxşı olardı ki, vətəndaşlara bu baxımdan güzəşt edilsin. Bu xəstəliklər artır. Çünki DNT məlumatlarımız ətraf mühitin çirklənməsindən, şüalara məruz qalmaqdan, qidalanmadan dəyişikliyə məruz qalıb, pozulub. O səbəbdən, hətta yeni mutasiyalar, yeni gen dislokasiyaları da görə bilərik".

Sevmədiyimiz peyvənd həyatımızı xilas edir

Həkim bildirib ki, nəzərə almadığımız xəstəliklər sonradan özünü uşaqlarda ağır hallarla göstərə bilir:

"Qüsurlar adətən hamiləliyin ilk üç ayında yaranır. Bu dövrdə keçirilən infeksiyalar da problemlərə səbəb olur. Ana hamiləlik zamanı məxmərək, qızılca xəstəliyi, toksoplazma infeksiyasına yoluxarsa, bu zaman uşağın ürəyində, görməsində qüsurlar yarana bilər. Ona görə də, infeksiyalarla da vaxtında və düzgün şəkildə mübarizə aparmaq lazımdır. Peyvəndi hamiləlik zamanı vurdurmaq olmaz. Yəni hamiləlikdən öncə mütləq infeksiyalara qarşı peyvənd vurdurmalısınız. Uşağın sarılıq keçirməsi, doğuş zamanı xəsarət alması da qüsurlara gətirib çıxara bilər".

Aludə olduqlarımızın gələcək övladlarımızın həyatındakı rolu

A.İsmayılzadənin sözlərinə görə, anadangəlmə qüsurların tam müalicəsi yoxdur, dərmanları isə həddən artıq bahadır:

"Mikrosefaliya, ürəyin ağır qüsurları, anensefaliya, serebral iflic ağır xəstəliklərdəndir. Mikrosefaliyada beyin inkişafdan qaldığı üçün baş balaca olur. Uşaq əqli inkişafdan qalır, əlil arabasına möhtac olur. Bəzi xəstələrə, məsələn kistoz-fibroz xəstələrinə dərmanlar ömürlük verilməlidir. Hətta, onların dərmanları kəsildikdə dünyalarını dəyişə bilirlər. Bu xəstəliklərin həm müalicəsi, həm də müayinəsi çox bahadır. Məsələn, SMA xəstəliyinin iynəsi ağrıları və ölümü önləsə də, bir çox xəstələrin onu almağa imkanı çatmır. Bu xəstəliklərin tam müalicəsi yoxdur".

Həkim tövsiyə edib ki, gənclər özlərini mütləq şəkildə qorumalıdırlar ki, sonradan belə fəsadlarla üzləşməsinlər:

"Dünyaya övlad gətirmək istəyən cütlüklər pis vərdişlərdən uzaq dursunlar, alkoqollu, spirtli içkilərdən, siqaretdən kənar gəzsinlər. Bu, xüsusən də xanımlara aiddir. Hamiləlik zamanı siqaret çəkmək dölə çox ciddi şəkildə təsir edir. Tiroid tərkibli dərmanlardan istifadə də ziyandır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1033   Tarix: 30 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İraq İrana açılan sərhəd-keçid məntəqəsini bağladı

İraq hökuməti İranla sərhəddə yerləşən Əl-Şib sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmaq barədə qərar verib. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, "Reuters" agentliyi keçid məntəqəsindəki iki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Əl-Şib sərhəd-keçid məntəqəsi növbət

12:05 192
.

Gürcüstan Aİ ilə münasibətləri normallaşdırmaq istəyir

Gürcüstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ilə dialoqa başlamaqda maraqlıdır. xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze TASS-ın məlumatına görə, açıqlama verib. Onun sözlərinə görə, dialoqun baş tutması üçün hər iki tərəf addımlar atmalı, danışıqlar isə siyasi səviyyədə və açı

11:24 193
.

Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar

İtaliyanın köklü aristokrat ailələrindən olan Ruspoli sülaləsi Romanın mərkəzində yerləşən 16-cı əsrə aid tarixi mülkünün bərpa və saxlanılma xərclərini ödəmək üçün radikal addım atıb. "Qafqazinfo" xəbər verir ki, Şahzadə Jakinta Ruspoli və anası Mariya Piya əsrlər boyu ailələrinə məxsus ola

20.10.2026 494
.

DİM-in imtahan sualları yenidən gündəmdə: Ekspertdən İRAD

"İmtahan prosesi, sualların çətinlik səviyyəsi və ümumiyyətlə, sualların sayı yalnız statistik təhlillərdən sonra dəqiq və tam şəkildə qiymətləndirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elmin Nuriyev deyib. O qeyd edib ki, bizdə isə çox təəssüf ki, bu məsələdə tələsirik:

11:15 268
.

Azərbaycanda ərzaq bahalaşması: Daha hansı məhsulların qiyməti artacaq?

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. Bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər. Mövzu ilə bağlı BİG.AZ-a açıqlamasınd

14:50 169
.

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanında baş verib. O, avtomobildən düşərkən yolun kənarındakı yağışqəbuledicini

17:09 96
.

"Çılgın Dondurmacı" Azərbaycanda dövlət qeydiyyatına alındı

"Çılgın Dondurmacı" MMC Azərbaycanda dövlət qeydiyyatına alınıb. xəbər verir ki, MMC-nin nizamnamə kapitalı 55 00 manat, qanuni-təmsilçisi isə Dinç Ramazan Nuridir. MMC-nin hüquqi ünvanı Baki şəhəri Səbail rayonu, Abbasqulu Abbaszadə ev.25 m.58-dir. Qeyd edək ki, "Çılgın Dondurmacı"

20.10.2026 519
.

Süni intellektdə yeni mərhələ: Ən güclü deyil, ən səmərəli texnologiya qalib gələcək

Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam diqqətdən kənarda qalır. İnsanlar əsasən süni intellektin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki böyük texnologiya şirkətləri artıq başqa bir sualla da üz-üzədirlər: süni intellektdən uzunmüddətli istifadə iqtisadi baxımdan nə dərəcəd

14:09 164
.

Cibinizdəki 2 avro minlərlə dəyərində ola bilər - Bu pulları yoxlayın

Adi görünən 2 avroluq sikkələr bəzən nominal dəyərindən yüzlərlə, hətta minlərlə dəfə baha satıla bilər. Nadir buraxılışlar və sikkələrin hazırlanması zamanı yol verilən istehsal xətaları onları kolleksiyaçılar üçün qiymətli əşyalara çevirir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərin

20.10.2026 446
.